Mühazirə: 04 Atropatena və Albaniya dövlətləri. Azərbaycanda feodal münasibətlərinin yaranması və inkişafı. Alban feodal dövləti. Plan



Yüklə 331,83 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix29.10.2022
ölçüsü331,83 Kb.
#66781
növüMühazirə
  1   2   3   4   5   6   7
mt-is muhazire-04 (1)



1
Mühazirə: 04 
Atropatena və Albaniya dövlətləri. 
Azərbaycanda feodal münasibətlərinin yaranması və inkişafı. 
Alban feodal dövləti. 
Plan: 
1. Atropatena dövlətinin yaranması, Atropatena dövlətinin xarici siyasəti və qonşu dövlətlərlə 
münasibəti.
2. QədimAtropatena dövləti Sasanilərin hakimiyyəti dövründə. Atropatenanın təsərrüfatı və mədəniyyəti.
3. Antik Albaniya dövlətinin yaranması, qonşu dövlətlərlə münasibətləri, Romalılara qarşı mübarizə.
4. Azərbaycanda feodalizmin yaranması və inkişafı.Təsərrüfat və mədəniyyət 
5. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə. 
6. Azərbaycan xalqının təşəkkül prosesi. Albaniyada xristianlıq. 
 
İstifadə olunacaq ədəbiyyat: 
1. Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər 
üçün dərslik. Bakı, 2019, “Elm və Təhsil” nəşriyyatı,Məmmədov T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. 
Bakı, 2006 
2.Fazili A. Atropatena (e.ə. IV – e. VII əsrləri). Bakı, 1992. 
3.Kalankaytuklu M. Albaniya tarixi. Bakı, 2006. 
4.Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993. 
5.Məmmədov T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2010. 
6.Османов Ф. История и культура Кавказской Албании. Баку, 2006. 
7.Алиева Ф. Культура АнтичногоАзербайджана- Мидийской Атропатены и Кавказской Албании 
(IV в. до н.э. - III в. н.э.). Баку, 2007. 

Atropatena qədim dövrdə. Atropatena e.ə. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran 
Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunanca adıdır. 
Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyəti, inkişaf etmiş 
əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin ölkə idi. E.ə IV əsrin 50-ci illərin 
əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə doğru gedirdi.
E.ə. 334-cü ilin yazında Makedoniyalı İskəndər Kiçik Asiyaya soxuldu. E.ə.
334-cü ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İskəndərin İran ordusu ilə ikinci döyüşü e.ə. 
333-cü ildə İss şəhəri yaxınlığında oldu. Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçdı. 
Kiçik Asiya İskəndərin hakimiyyəti altına keçdi. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın 1-də Qavqamel 
kəndi yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. Ancaq III Dara məğlub olmaq 
istəmirdi. O, Midiyaya qaçdı və orada ordu toplamağa başladı. Midiyanın satratı Atropat idi və o, 
Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə 
etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir. Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, 
Atropatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III 
Daranı müdafiə etmir. Buna görə də III Dara Həmədana qaçır və orada ölür. Atropat da öz siyasətini 
dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifəsinə 
bərpa edilir.
III Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır. 
Əhəmənilər imperiyası Zaqafqaziya xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi 
mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu döyüşdə atlı kəşfiyyat 
dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının zəiflədiyi dövrdə Atropat Bütün Cənubi 
Azərbaycan ərazisinin, həmçinin Şimali Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. 
İskəndər başqa torpaqları işğal etməklə məşğul olan zaman Atropat öz hakimiyyətini möhkəmləndirir. 
Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil olmamışdır. Atropat makedoniyalılarla 
qohum olur. O öz qızını İskəndərin yaxın sərkərdələrdən birinə Perdikaya verir. Ümumiyyətlə İskəndər 
yerli İran aristokratiyası ilə qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 İran şahzadə qızına evlənmiş, 


2
onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Suz təntənələrində 10 min döyüşçü Asiyalı 
qadınlarla evlənmişdi. E.ə. 324-cü il yayın sonunda Midiyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər 
özünü İran və Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. Atropat öz 
qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və onlar da onu edam edirlər. Bundan 
sonra Atropatın makedoniyalılarla münasibəti daha da yaxşılaşır. E.ə. 323-cü ilin iyununda İskəndər ölür. 
İskəndərdən sonra onun varisi Atropatın yeznəsi Perdika olur. E.ə. 321-ci ildə Perdikanın ölümündən 
sonra satraplıqlar ikinci dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölgüyə daxil olmur. Görünür bu 
dövrdən kiçik Midiya müstəqil dövlət olur.
Kiçik Midiya Şərqdə makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün 
“Coğrafiya” əsərində yazırdı – Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya adlanır. İkinci Atropat 
Midiyasıdır. O, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına imkan vermədi. 
Strabonun məlumatına görə Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi. Manna 
dövlətinin süqutundan sonra Azərbaycanda ilk müstəqil dövlət meydana gəldi. Bu dövlətin yaranmasının 
bir neçə şərtləri var idi. Ən mühüm şərtlərdən biri dövlətin meydana gəldiyi regionun yüksək iqtisadi – 
sosial, mədəni və siyasi inkişaf yüksəlişinə malik olması idi. İkinci mühüm cəhət o dövrün siyasi şəraiti 
idi. İskəndərin ölümündən sonra onun sərkərdələrinin başının hakimiyyət uğrunda mübarizəyə qarışması 
yeni dövlətin yaranmasına şərait yaratdı. Həmçinin burada Atropatın şəxsi keyfiyyətləri və onun 
qohumluq əlaqələri mühüm rol oynadı. İskəndərin oğlu İskəndər həddi-buluğa çatandan sonra taxta sahib 
olmalı idi. Əslində dövlətə qoşun başçısı xəzinədar Perdikka başçılıq edirdi. E.ə. IV əsrin sonunda 
selevkilər dövlətinin yaranmasının əsası qoyuldu. Selevk (e.ə. 305-280) və onun oğlu Antioxun (e.ə.280-
261) səylərinə baxmayaraq e.ə. III əsrin ortalarına yaxın selevkilər dövləti tənəzzül qarşısında idi. 
Baktriya, Soqdiana və Parfiya ondan ayrılır. Tezliklə Parfiya müstəqil dövlətə çevrilir. Atropatena 
dövlətinin adına bizim e.ə. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə 
Artabazanın çarlığı xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi və Ermənistan və 
İberiya və onun tərkibinə daxil idi. Selevki çarı III Antioxun dövründə (e.ə..223-187) Selevkilər 
Atropatena dövlətinin daxili işlərinə qarışmağa cəhd edir. III Antioxun Artabazanla müharibəsi sülh yolu 
ilə başa çatır. Atropatena bir müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur olur. Er.əv.III əsrin 
sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq e.ə. 190-cı ildə III Antiox romalılarla müharibədə 
məğlub olandan sonra selevkilər dövlətinin tənəzzülü dövrü başlayır. Artıq e.ə. II əsrin 60-cı illərində 
Atropatena tam müstəqil dövlət olur. Selevkilərin tərkibinə daxil olan bir sıra ərazilər ondan ayrılır və 
müstəqil dövlətə çevrilir. E.ə. II əsrin 50-ci illərində parfiyalılar həlledici siyasi qüvvəyə çevrilir. 
Təqribən er.əv.148-147-ci ildə Parfiya çarı I Mitridat Midiyanı tutur. Selevkilərin İranda hakimiyyətinə 
son qoyulur. E.ə. 130-cu ildə Selevkilərin öz hakimiyyətlərini bərpa etmək cəhdləri məğlubiyyətə 
uğrayır.
E.ə. II əsrin sonu I əsrin əvvəllərində Parfiya dövləti ən qüdrətli dövlətə çevrilir. Parfiya dövlətinin 
Atropatenaya da təsiri güclənir. Ancaq Parfiyanın Atropatenanı işğal etməsi barədə fakt yoxdur. E.ə. I 
əsrdə Atropatena Roma işğalçılarına qarşı müharibədə iştirak etmişdir. E.ə. I əsrin ortalarında dünya 
xəritəsi Parfiya və Roma arasında bölünmüşdür. E.ə. 53-cü ildə Parfiya Romalıları ciddi məğlubiyyətə 
uğradır. Bu döyüşdə Atropatena Parfiyalıların müttəfiqi olmuşdur. E. ə. 36-cı ildə Roma dövlətinin 
başçısı Antoninin də Atropatena və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatır. Ancaq tezliklə 
Atropatena ilə Parfiya arasında narazılıq başlayır. Atropatenanın köməyinə arxalanan Antoni e.ə. 34-cü 
ildə Erməni dövlətinə hücum edərək onu özünə tabe edir. Ancaq onun Parfiyaya qarşı hücumu təxirə 
salınır. Belə ki, Antoni ilə 2-ci triumviratın üzvü Oktavian arasında başlanan hakimiyyət uğrunda 
mübarizə buna mane olur. Romalılar tərəfə keçmiş Atropatena tezliklə Roma qoşunlarının ölkədən çıxıb 
getməsi ilə əlaqədar olaraq Parfiya tərəfindən tutulur. Ancaq bu uzun çəkmir. Eramızın təqribən 20-ci 
ilində Atropatilər sülaləsinin Atropatenada hakimiyyətinə son qoyulur. Atropatenada hakimiyyəti 
Parfiyalıların kiçik qolu olan Arşakilərin əlinə keçir. Atropatenanın tarixində Roma təmayülünə son 
qoyulur və beləliklə Atropatena yenidən Parfiyanın təsiri altına keçir.

Yüklə 331,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin