Mühazirə: 04 Atropatena və Albaniya dövlətləri. Azərbaycanda feodal münasibətlərinin yaranması və inkişafı. Alban feodal dövləti. Plan


termini əvəzinə “bəndək” və “ənməhrik” sözləri işlədilmişdir



Yüklə 331,83 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix29.10.2022
ölçüsü331,83 Kb.
#66781
növüMühazirə
1   2   3   4   5   6   7
mt-is muhazire-04 (1)

termini əvəzinə “bəndək” və “ənməhrik” sözləri işlədilmişdir. Sasanilər dövründə dövlət özünə 
qüvvətli ictimai dayaq yaratmaq məqsədilə dövlət idarələrində, orduda xidmət edən şəxslərə və habelə 
ruhanilərə ehtiyaclarını ödəmək məqsədi ilə torpaq ayırırdı. Torpaq sahibləri əsas etibarı ilə qul 


5
əməyindən istifadə edirdilər. Lakin artıq III əsrdən etibarən quldarlıq sistemi get-gedə zəifləyib 
dağılmağa başlamışdı.
Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi və inkişafı.  
Eramızın III-IV əsrlərində Azərbaycanın istimai-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş 
vermiş, məhsuldar qüvvələrin inkişafında əsaslı irəliləyişlər olmuşdur. Arxeoloji qazıntılar nəticəsində 
tapılmış əmək alətləri, məişət əşyaları və kənd təsərrüfatı məhsullarının qalıqları təsərrüfatın (əkinçiliyin, 
maldarlığın, sənətkarlığın) daha da inkişafını göstərir. Tapılan gavahınlar, dəryazlar, oraqlar, bellər və 
kərkilər, metaləritmə və metal emalı alətləri, dulusçuluq və parça toxumaq üçün dəzgah bu inkişaf 
səviyyəsini müəyyən edir. Tapılmış yivli və oyma möhürlər bu dövrdə Azərbaycanda xüsusi mülkiyyətin 
də inkişaf etdiyinə dəlalət edirdi.
Köhnə istehsal münasibətləri yeni-feodal münasibətləri ilə əvəz olunurdur. Getdikcə maddi marağı 
söndürən isma torpaq sahibliyi dağılır, o torpaqlar baş mülkiyyətçinin ixtiyarından xüsusi şəxslərin əlinə 
keçirdi. Baş mülkiyyətçilər kəndlilərin istifadəsində olan torpaqlardan gəlir götürmək hüququ olan orduda 
və dövlət aparatında xidmət edən şəxslərə ver deyilirdi. Xüsusi şəxslərin əlinə keçən torpaq mülkiyyəti 
feod və ya len adlanırdı.
Feodallaşma prosesi torpaq mülkiyyətinin xarakterini dəyişdirdi. Əgər feodalizmdən əvvəlki dövrdə 
torpaq dövlətin və əyyanların mülkiyyəti idisə, feodalizm dövründə torpaqların bir hissəsi feodalların 
əlinə keçmişdi. Bu torpaqlar xidmətinə görə baxışlanmışdı. Feodalizmin ilkin dövründə (təqribən III-V 
əsrlərdə) torpaq mülkiyyətinin dövlət (hökmdarın simasında) forması üstün idi. Xüsusi feodal torpaq 
mülkiyyəti isə öz növbəsində iki yolla formalaşırdı.
1) 
Feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyət (dastakert-fars dilində termindir). 
Torpaq mülkiyyətinin bu forması torpaq üzərində mülkiyyət formasının pozulması, habelə icma 
torpaqların hakim sinfin nümayəndələrinə votçina hüququ əsasında mülk kimi baxışlanması yolu ilə 
meydana gəlmişdir;
2) 
Şərti torpaq mülkiyyəti xostak (bu da fars dilində termindir). Bu forma isə hakim sinfin 
nümayəndələrinə vassal xidməti müddətində dövlət tərəfindən müvəqqəti istifadə üçün torpaq verilməsi 
yolu ilə yaranmışdır. Qeyd etmək lazımdır ki, «xostak» kimi müvəqqəti istifadə üçün verilmiş torpaqların 
«dastakert», yəni şəxsi mülkiyyətə çevrilməsi ənənəsi də mövcud idi.
Dastakertlərin sahibləri – çarın sarayı, feodallaşan zadəgan nəsilləri, yeni yaranmış feodal əsilzadə 
hökmdar sarayında qulluq etməklə irəli çəkilmiş varlı kəndli təbəqəsinin bir hissəsi idi. Xostak sahibləri 
isə hərbiçilər və kiçik dövlət vəzifələrində olan zadəganlar (azatlar) və kilsə xadimləri idi.
Feodal münasibətləri cəmiyyətin sosial tərkibini dəyişdirdi. Feodalizm cəmiyyətində iki sinif 
feodallar və asılı kəndlilər sinfi meydana gəldi. Feodallar iki qrupa 1) dünyavi, 2) ruhani feodallar 
bölünürdü. Dünyavi feodallar da öz növb
ə
sində iri və xırda feodallar bölünürdülər. Roma – Biznas 
mənbələrində iri feodallara patriklər, xırda feodallara isə azatlar deyilirdi. Ruhani feodallar təbəqəsini 
Atropatenada zərdüşt kahinləri Albaniyada isə əvvəllər bütpərəstlik dini kahinləri sonralar isə xristian 
kilsəsi xadimləri təmsil edirdilər.
Feodal sahibkarlığı şəraitində iri torpaq mülkiyyətçiləri iri feodallar meydana çıxırdı. Onlar feodal 
asılı kəndliləri istismar edir, onları məhsul və pul ödəməyə, mükəlləfiyyətlər yerinə yetirməyə məcbur 
edirdilər. Feodalizm cəmiyyətində əsas yeri natural təsərrüfat tuturduBeləliklə, məhsuldar qüvvələrin 
inkişafı nəticəsində Azərbaycanda feodal münasibətləri formalaşırdı. Quldarlıq quruluşundan sonra 
yaradılan feodal istehsal üsulu ölkənin məhsuldar qüvvələrinin daha da inkişaf etməsinə imkan yaradırdı. 
Feodal münasibətlərinin əsasını feodalın torpaq üzərində tam və istehsalçı-feodal asılı kəndli üzərində 
tam olmayan mülkiyyətini təşkil edirdi.
Feodal münasibətlərinin formalaşması prosesi Azərbaycanda bərabər sürətlə getmirdi. Belə ki, bəzi 
yerlərdə hələ də quldarlıq münasibətləri qalmaqda idi. Əyan feodallar təkcə asılı kəndlilərin deyil, 
qulların da əməyindən istifadə edirdilər.
Buna baxmayaraq istimai münasibətlər sistemində əsas yeri durmadan inkişaf edib, möhkəmlənən 
feodal münasibətləri tuturdu. Azərbaycanda feodalizm quruluşunun özünəməxsus xüsusiyyətləri var idi. 
Əvvəla, burada feodalların özlərinin çox az təsərrüfatları olmuş və ya heç olmamışdır. Çünki, süni 
suvarma şəraitində böyük xərc tələb edən təsərrüfat düzəltmək əlverişli deyildi.
İkincisi, feodallar əsasən öz xüsusi təsərrüfatlarında məşğul olan kəndlilərindən məhsul və pul 
rentası almaqla kifayətlənirdilər.


6
Üçüncüsü-bütün Şərqdə olduğu kimi Azərbaycanda da orta əsrlər boyu məhsul rentası üstün yer 
tutmuşdur
Dördünsüsü-Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da təhkimçilik hüququ tərtib 
edilməmişdir. Bu da feodalların xüsusi təsərrüfatlarının zəif inkişaf və ya heç olmaması ilə əlaqədar idi. 
Azərbaycanda olan feodal dövlətlərindən biri Albaniya idi. Albaniyada feodal münasibətləri mənbələrə 
görə IV əsrdə formalaşmışdır. Bu dövrdə əhalinin sosial tərkibini hakimlər, azatlar, ruhanilər, vergi verən 
kəndlilər və sənətkarlar təşkil edirdi.
Alban feodal dövləti III-V əsrlərdə bir sıra vilayətlərə bölünürdü. Onlardan
Çola (Çori), Şəki, Linina, Girdman, Uti və Paytakaranı (Beyləqan) göstərmək olar. Onlar bir-birindən 
dağlar, çaylar və başqa təbii sərhədlərlə təcrid olunmuş ərazi idilər. Çola indiki Dərbənddən Beşbarmaq 
dağına qədər Kaspi dənizi boyunca uzanan ərazini tuturdu. Bura Alban qapıları adlanırdı. Vilayətlərdə 
üzümçülük, meyvəçilik və taxılçılıqla məşxul olurdular. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti, 
Çola ilə Şəki arasında Lipina yerləşirdi. Albaniyanın paytaxtı Qəbələ şəhərində yerləşirdi. Girdiman 
vilayəti metal məmulatlar istehsal edir. Mərkəzi Bərdə olan Uti vilayəti əkinçilik, maldarlıq, toxuculuqla 
məşğul olurdu. Albaniyanın Paytakaran vilayəti Mil düzünün və Muğanın bir hissəsini əhatə edirdi.
Din feodal hakimiyyətinin möhkəmləndirilməsində mühüm rol oynamışdı. Alban feodallarının 
başında knyaz Urnayır olmaqla IV əsrin əvvəllərində xristianlığı qəbul etməkdə də bu məqsədi 
güdmüşdülər. Onlar bu dini zorla əhali arasında yaymağa və kilsələr tikməyə başlamışlar. Hətta hökmdar 
Urnayır kilsələr üçün torpaq sahələri də ayırmışdı. Kilsələrin nəfinə kəndlilərdən məhsulun 10/1-i qədər – 
kilsə onda biri adlanan vergi qoyulmuşdu. Xristianlıq mənbələrə görə Albaniyanın qərb hissəsində daha 
güclü idi. Arsaq vilayətində xristianlığın təsiri artmışdı.
V-VI əsrlərdə sasanilərin hakimiyyəti zamanında Azərbaycanda feodal münasibətlərinin inkişafı 
prosesi güclənmişdi. Atropatenada kəndlilərin əksəriyyəti isma torpaqlarını ələ keçirmiş feodallardan asılı 
olmuşdur.
İri torpaq sahiblərinin nəzarət dairəsi günü-gündən genişlənir və ixtiyarında olan sahələrdən vergi 
toplamalı idilər. Bu səbəbə görə dövlət özü də müəyyən dərəcədə vergilərin toplanmasında feodallardan 
asılı vəziyyətə düşürdü. Dövlətin isə feodalların nüfuzunu aradan qaldırmaq cəhdi çox vaxt 
müvəffəqiyyətsizliklə nəticələnirdi. Feodalların vəziyyəti elə bir dərəcəyə gəlib çatdı ki, şah maliyyə və 
ordu cəhəddən onlardan asılı vəziyyətə düşdü.
Böyük torpaq sahələri məhdud müəssisə şəklini almaqla onların əksər hissəsi icarəyə verilirdi. 
Kəndlilərə natural formada əmək haqqı verilirdi: vergilər də natural formada toplanırdı. Mülkədarlar 
şəhərlərdə deyil, kəndlərdə öz malikənələrində möhkəmləndirilmiş yerlərdə yaşayırdılar. Kənd yerlərində 
sikkə tədavülü olduqca azalmışdı. Bu zaman imperiyada sabit bir iqtisadi formasiya yaranmış oldu.
Bu sabit iqtisadi formasiya şübhəsiz ki, feodalizm quruluşu olmuşdur. Bu
dövrdə kəndlilərin vəziyyəti getdikcə ağırlaşırdı.
I Xosrovun keçirmiş olduğu islahat nəinki zəhmətkeşlərin vəziyyətini yüngülləşdirirdi, əksinə, onu 
daha da çətinləşdirirdi. Bu islahat başdan-başa dövlət və əyanların mənafeyini müdafiə edirdi.
Əvvəllər azad ismaçı mənasını verən dehqan sözünün özü belə artıq torpaq sahibi mənasında 
işlədilirdi. Onlar Sasani qoşunlarında mühüm rol oynayırdılar. Ölkədə sürətlə təbəqələşmə gedirdi. III-IV 
əsrlərdə səmiyyəedə 3 silk – kahinlər, hərbçilər, torpaq sahibləri, VI əsrdə 4 silk – kahinlər, hərbçilər, 
mirzələr (yazıçı, şair və s.) qulluq göstərənlər var idi.
Sasani hakimi I Qubadın başladığı və I Xosrovun başa çatdırdığı vergi siyasəti Atropatenada feodal 
münasibətlərini möhkəmləndirdi. Əvvəlki vergi sistemi (torpağın münbitliyinə görə 3/1, 5/1 və 6/1 
həcmində vergi, natural vergi sistemi) dəyişdirildi. Torpaqların, meyvə ağaclarının, vergi verəcək 
«baş»ların ciddi hesabı aparılırdı. Natural vergi pulla əvəz olunurdu. Əhali əmlak vəziyyətindən asılı 
olaraq 12, 8, 6 və 4 dirhəm can vergisi verməli idi. Adlı-sanlı kahinlər, məmurlar və mirzələr san 
vergisindən azad edilirdilər.
Sasanilər dövründə alınan torpaq vergisinə xərac (məhsulun 5/1 hissəsi), can vergisinə gezit, 
sənətkarların və tacirlərin xəzinə üçün verdikləri vergiyə bas vergisi deyilirdi. Bunlar ildə 3 dəfə 
toplanırdı.
498-ci il Aquen kilsə məclisinin çağrılmasının səbəbini izah edən Kalankatlı yazır ki, «camaatla 
ruhanilər, azadlarla rəiyyət arasında narazılıq baş verdi: onda hökmdar yığıncax böyük məclis çağırmağı 


7
arzu etdi». Feodal münasibətlərinin hüquq normaları dünyavi və ruhani feodalları Aquen kilsə 
yığıncaxında təsbit edilmişdir. Bu hüquq normalarında vergi verən kəndli təbəqəsi 3 qrupa bölünürdü.
- Kifayət qədər əmlakı olanlar
- Yoxsullar
- Əkini, üzümlüyü olmayan kəndlilər

Yüklə 331,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin