“Həyat Fəaliyyətinin Təhlük



Yüklə 256.97 Kb.

səhifə1/4
tarix21.04.2017
ölçüsü256.97 Kb.
  1   2   3   4

“Həyat Fəaliyyətinin Təhlükəsizliyi” Fənni Üzrə  

mtahan Suallarının Cavabları 

 1. nsanlar üçün təhlükə ziddiyəti necə başa düşülür? 

Riskin ictimai təhlükə kimi qəbul edilməsi subyektivdir. Belə ki, insanlar baş verən 

hadisələrdə kütləvi təlafatlara daha çox reaksiya verirlər, nəinki bir qəzada bir-iki 

nəfərin  tələf  olmasına.  Riskin  subyektiv  qiymətləndirilməsi,  araşdırılmalarda 

istifadə edilən üsul və metodologiyaların buraxdığı səhvlərin nəticəsidir. Təhlükəni 

qiymətləndirmək üçün “risk”dən istifadə etmək məqsədə uyğundur, nəinki ənnəvi 

göstəricilərlə qiymətləndirmə.   

-  Potensial  təhlükə  “risk”lə  qiymətləndirilir.  Risk-  təhlükənin  reallaşmasıdır. 

Təhlükəsiz  vəziyyət  isə  riskin  olmaması,  yəni  təhlükənin  həyatdan  kənarlaş-

dırılması  üçün  labüd  şəraitin  olmamasıdır.  Nəticə  etibarı  ilə  təhlükə  mənbəyi 

olduğu  zaman,  tam  təhlükəsizliyə  nail  olmaq  mümkün  deyil.  Risk  uzun  müddət 

realizə olunmaya bilər.  



 

2.HFT  elminin  ən  vacib  məsələlərinə  nələr  daxilldir?  Vibrasiya  və  səs-küy 

amillərini xarakterizə edin. 

Həyat  fəaliyyətinin  təhlükəsizliyinin  əsas  vəzifələrindən  biri,  həyat  fəaliyyətinin 

müxtəlif  şəraitlərdə  insanların  təhlükəsizliyini  təmin  etmək  üçün  yeni 

istiqamətlərin  axtarılması  ilə  təhlükəsizliyin  təmin  edilməsidir.  Müasir  dövrdə 

insanlar  ən  çox  özləri  tərəfindən  yaradılmış  təhlükələrdən  zərər  çəkirlər,  nəinki 

elmi araşdırmaların bir dəfəlik zərərlərindən. 

HFT elminin ən vacib məsələlərinə bunlar daxilldir: 

-  Texniki  sistemlərin  və  texnologiyaların  təhlükəliyinin  elmi  nöqtəyi-nəzərdən 

qiymətləndirilməsi. 

- nnovasion  sistemlərin  və  texnologiyaların  elmi  nöqtəyi  nəzərdən  qiymətlən-

dirilməsi. 

- Elmi əsaslarla məişət cihazlarının yaradılması. 

- Reaktorların, sürətləndiricilərin və lazerlərin texnologiyalarının idarə edilməsi. 

- Elmi əsaslarla kosmik texnikanın təhlükəsiz idarə edilməsi. 

-Kosmik  şualanmanın  insanın  fəaliyyət  dairəsinə  təsirinin  elmi  əsaslarının 

öyrənilməsi. 

Silkələnmə, titrətmə mexaniki təsir olmaqla, cismlərin qarşılıqlı sürtünməsi zamanı 

yarana bilər.  

     Titrətmədən  tibbi  təbabətdə  istifadə  edilir,  lakin  titrəmənin  uzun  müddətli 

orqanizmə  təsiri  qorxuludur.  Titrəmə  o  vaxt  qorxulu  hal  alır  ki,  onun  yaranma 

şə

raiti  orqanizmə  bilavasitə  təsir  edir  və  titrətmənin  yaratdığı  təsir  daim  mərkəzi 



sinir  sisteminə  güclü  təsir  edir.  Titrəmənin  maşın  və  mexanizmlərə  təsiri,  onun 

təsir gücünün maşın və mexanizmlərin hərəkətinə bilavasitə təsir etdikdə, təhlükə-

lər yarana bilər. 

    Titrəmə iki növdə özünü biruzə verir: 

-ümumi titrəmə- orqanizmin bütün hissələrinə təsiri zamanı baş verir; 


-yerli titrəmə zamanı isə orqanizmin bir hissəsi həmin təsirə məruz qaldığı zaman 

olur. 


      Fəaliyyət  zamanı  insan  çox  hallarda  həm  ümumi  və  həm  də  yerli  titrəmə 

təsirinə məruz qalmağa məcbur olur, buna kombinə olunmuş titrəmə də deyilir. 

     Titrəmənin  təsirindən  ürək-damar  sistemi  əziyyət  çəkir,  sinir  sistemi  fizoloji 

təsirə  məruz  qalaraq,  orqanizmə  neqativ  təsir  göstərir,  insanlarda  ürək  bulanma, 

ümumi halsızlıq müşahidə edilir.  

     Orqanizmdə titrəmənin ən çox təsiri titrəmə tezliyi 6-9 hers olduqda hiss edilir. 

Titrəmə-silkələnmənin parametrləri yerdəyişmə amplitudası ilə xarakterizə edilir. 

    Titrəmə  və  silkələnmədən  mühafizə  kompleks  halda  aparılmalıdır.  Mexaniki 

silkələnmə özü –özlüyündə titrəmə, səs-küy, ultra- və infra- səslərin birgə təsirini 

yaratdığı üçün, onlardan ayrı-ayrı mühafizə olunmaq qeyri mümkündür. 

    Titrəmə  (vibrasiya)  kompleks  tədbirlər  nəticəsində  3-4  db-ya  qədər  azaldıla 

bilər.  Belə  tədbirlərdən  ən  əsası  titrəmə  yaradan  amili  fiziki  və  ya  mexaniki 

yollarla aradan qaldırmaq mümkündür.  

nsan orqanizminə təsir edən neqativ amiilərdən biri də səs - küydür. 

Səs daim olduqda insan yorulur, onun əmək qabiliyyəti aşağı düşür.  

Səsdən mühafizə üsulları müxtəlifdir: 

-Səsdə mühafizə qurğularının quraşdırılması, 

-Səs yaratmayan cihazlardan istifadə edilməsi, 

-Səs uducuların quraşdırılması. 

 

3.Sənaye,  inşaat  kənd  təsərrüfatı  və  başqa  sahələrdə  əmək  fəaliyyətinin 



təhlükəsizliyinin təmin edilməsində qanun verici aktlar hansılardır? 

Sənaye,  inşaat  kənd  təsərrüfatı  və  başqa  sahələrdə  əmək  fəaliyyətinin 

təhlükəsizliyinin təmin edilməsində, qanun verici aktlar aşağıdakılardır: 

-Azərbaycan Respublikasının “Əməyin mühafizəsi”; 

-Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik”; 

- Azərbaycan Respublikasının “ stehsalat sanitariyası”; 

-Azərbaycan Respublikasının “Əməyin mühafizəsinin təmini üzrə texniki vasitələr-

dən istifadə” haqqında qanunları. 

-“Əməyin  mühafizəsi” haqqında qanun: təşkilatı, sosial iqtisadi, texniki, gigeynik 

və  müalicə  prafilaktik  tədbirlərin  icrası  sistemi  olmaqla,  insanların  təhlükəsiz-

liyinə, sağlamlığının bərpasına və əmək məhsuldarlığının artırılmasına yönəldilmiş 

aktlar sistemidir. 

-“Texniki  təhlükəsizlik”  haqqında  qanun:  təşkilatı  və  texniki  tədbirlər  sistemi 

olmaqla,  insanın  fəaliyyətinə  təsir  edən  təhlükəli  və  zərərli  istehsalat  faktorlarına 

qarşı  mühafizə  tədbirlərini  əhatə  edir.  Bura  fərdi  və  texniki  təhlükəsizlik  vasitə-

ləridə daxildir. 

-“ stehsalat  sanitariya”sı  haqqında  qanun:  təşkilatı  tədbirlər  və  texniki  vasitələr 

sisteminin tətbiqi ilə insanlara təsir edən neqativ halların təsirini azaldılması və ya 

tam  aradan  çıxarılmasını  təmin  edən  tədbirlər  sistemidir.  Həmin  bu  tədbirlər 


sisteminin  effektli  şəkildə  sənayedə  və  başqa  sahələrdə  ekoloyi  tarazlıq 

vəziyyətindən  asılıdır  (rütubət,  barometrik  təyziq,  temperatur,  havanın  hərəkət 

surəti və s.). 

 

4. stehsalatda  bədbəxt  hadisələrin  səbəblərinin  tədqiq  edilməsi  və  qeydə 

alınması necə baş verməlidir? 

stehsalatda  işçilərə  baş  vermiş  bədbəxt  hadisələrin  səblərinin  tədqiq  edilməsi  və 

qeydə alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il 

tarixli  27  saylı  qərarı  ilı  həyata  keçirilir.  Qərarın  qüvvəsi  mülkiyyət  formasından 

asılı  olmayaraq  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün 

hüquqi və fiziki şəxslərə, eləcədə xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil 

edilir.  Işçinin  səhhətinin  pozulması  aşağıdakı  hallarda  tətbiq  edilməli  və  qeydə 

alınmalıdır: 

-əmək  vəzifələrini  yerinə  yetirərkən  (o  cümlədən  ezamiyyət  zamanı),  eləcədə 

müdiriyyətin tapşırığı olmadan, lakin müəssənin mənafeyi üçün hər-hansı fəaliyyət 

göstərərkən; 

-müəssisənin nəqliyyatında işə gedərkən və ya işdən qayıdarkən; 

-müəssisənin ərazisində və iş yerində iş vaxtı ərzində (fasilədə də), işin başlanma-

sından əvvəl və iş qurtarandan sonra; 

-istehsal avadanlıqlarında və obyektlərində baş vermiş qəzalar zamanı; 

-Növbə  istirahətində  olan  işçilər,  obyekt  ərazisində,  nəqliyyat  vasitəsində  olduğu 

vaxtda və s.  

 

5.Bədbəxt  hadisələrin  qeydə  alınmasında  dövlət  və  ictimai  təşkilatların 

fəaliyyətləri nədən ibarətdir? 

Bədbəxt  hadisələrin  baş  verməməsi  və  yaxud  onların  baş  verməsi  nəticəsində 

dəymiş  ziyanın  azaldılması  haqqında  dövlət  təşkilatlarının  hüquqi  normativ 

aktlarının tərtib olunması;  

-sanitar epidimoloji təşkilatlar tərəfindən qanunda nəzərdə tutulan vaxtlar ərzində 

yoxlamaların keçirilməsi; 

-baş  vermiş  qəzalar  nəticəsində  tələfat  zamanı  cinayət  tədbirlərinin  araşdırılması 

üçün hüquq-məhkəmə orqanlarının fəaliyyəti; 

-zərər çəkmişə sığorta vəsaitinin normal təmin edilməsi; 

-təlafata  uğrayaraq  vəfat  etmişin  ailəsinə  maddi  təminatın  ödənilməsi  ilə  ailə 

üzvünün işlə təmin edilməsi. 

 

6.Mikroklimat nədir? Onu xarakterizə edin. 

Mikroklimat  insanların  fəaliyyəti  zamanı  onu  əhatə  edən  mühit  şəraitində 

dəyişiklik törədən amillərdi. Dəyişikliklərə aiddir: 

1. stiliyin  təsiri:  yüksək  temperatur  və  kəskin  soyuq  ətraf  mühitdə  baş  verdikdə 

fəaliyyətin  keyfiyyətinə  təsir  etdiyindən  temperatur  +40

olduğu  halda  ,  və  ya 



temperatur -15

0

olduğu halda, küləyin sürəti 30m/san olduğu halda əmək fəaliyyəti 



dayandırılmalıdır. 

2.Temperatur dəyişməsinin insan fəaliyyətinə təsiri aşağıdakı kimi ola bilər: 



-Əgər  əhatə  edən  mühitin  temperaturu  insan  bədəninin  temperaturuna  (36.6

0



bərabər  olarsa,  və  ya  ondan  çox  olarsa  insanların  iş  qabiliyyəti  azalır,  bədəndə 

fizioloji dəyişikliklər baş verir (qan təzyiqinin dəyişməsi, baş gicələnmələr və s.). 

-Əgər  insanı  əhatə  edən  mühitin  temperaturu  bədənin temperaturundan 15-20

0

  az 



olarsa, o zamanda fizioloji dəyişiklər baş verir, insan xəstələnir (soyuqlayır, sətəl-

cəm və s.).  

-Ətraf  mühitin  temperaturun  dəyişməsi  insan  bədənində  yorulmalara,  bədən 

halsızlığına gətirib çıxarır ki, bu zaman tibbi müəssələrdə müalicə tələb edilir. 

-Bu amillər insanın əmək məhsuldarlığını azaldır, əməyin keyfiyyətini aşağı salır.     

 

 

7.Əhatə edən mühitdə nisbi rütubətin təsiri necə ola bilər? 

Nisbi  rütubət  minimum  rütübətin  maksimum  rütubətə  olan  nisbətidir.  %-lə  ifadə 

edilir (w

nisbi 


w

о



  

)

x



100

                        



W

max


 

Nisbi rütubəti yaradan amillər bunlardır: 

-Hər bir insan öz fəaliyyəti zamanı  bir saat ərzində 20mq nəmlik (tər) ifraz edir. 

Okeanların,  göllərin,  çayların  buxarlanması  nəticəsində  əmələ  gələn  rütubət, 

yağışdan  sonra,  qarların  əriməsindən  və.s.  rütubət  yaranır.  Nisbi  rütubət  insan 

orqanizminə aşağıdakı təsirləri yaradır: 

-bədəndə  fizioloji  dəyişmələrin  baş  verməsi  nəticəsində,  halsızlıq,  yorğunluq 

yaranır; 

-insanın həyat fəaliyyətini zəiflədir, əmək məhsuldarlığını aşağı salır, 

iş otaqlarında, istehsalat sahəsində rütubətin azaldılmasına yönələn tədbirlər aşağı-

dakılardır: 

-temperaturun  yüksəldilməsi,  istehsalat  sahəsində  hava  dəyişmənin  təmini 

(vintelyasiya), havanın hərəkət sürətinin dəyişilməsi; 

-iş  yerlərində  havanın  dəyişmə  sürətinin  0,4m/san-dən  az  olması  fəaliyyətə  təsir 

etmir, çox olması isə havanın sürətini dəyişir, nəticədə insan özünü zəif hiss edir və 

xəstələnir; 

-Barometrik  təzyiq  qravitasiya  təsiri  nəticəsində  yaranır  (temperaturların  kəskin 

fərqinə  görə),  və  onun  artması  və  azalması  neqativ  hallara  gətirir.  Ona  görədə 

obyekt və iş yerlərində təzyiqi sabit saxlamaq lazımdır. 

 

8.Mikroklimaksa təsir edən digər amillər hansılardır?     

-  Günəşin  ultra  qırmızı  və  infra  bənövşəyi  şualarının  yaratdığı  ionlaşmalar, 

kimyəvi radioaktiv maddələrin və izotopların yaratdığı şualar nəticəsində havanın 

ionlaşması,  istehsalatda  istifadə  edilən  atom  reaktorların  yaratdığı  şuaların  əmələ 

gətirdiyi  ionlaşmalar,  elementar  hissəciklərin  surətləndirilməsi,  onlardan 

fazatronlar-dövründə

 

ş

ualanmanın  yaratdığı ionlaşmalar  və s.. Bu  mühitin ionlaş-



masının  insan  orqanizminə  təsiri,  onun    60-65%  sudan  ibarət  olduğuna  görə, 

orqanizmin    ionlaşması  nəticəsində  əsaslı  fizioloji  dəyişikliklər  baş  vermə 

ehtimalını yaranır. 

-Elektromaqnit  dalğaların  yaranması  ilə  əlaqədar  istifadə  edilən  kompüter,  mobil 

telefonlarının insan orqanizminə ionlaşdırıcı təsirləri (halsızlıq, beyin yorğunluğu, 

orqanizmdə pisixoloji dəyişikliklər və s.), onlardan mühafizə tədbirləri: xüsusən, 

fərdi və kütləvi mühafizə vasitələrindən istifadə etməklə; 

radiasiyanın  təsirinin  azaldılması  üzrə  tətbiq  edilən  “protektor”  dərmanlardan 

istifadə, məişət avadanlıqlarından (kompüter, mikrodalğalı sobalardan, mobil tele-

fonlardan, fenlərdən və.s.) müəyyən dərəcədə az müddətdə istifadə olunmalıdır. 

 

9.Səs küyün insan orqanizminə və həyat fəaliyyətinə təsiri necə ola bilər?  

Səs küy insan orqanizminə müxtəlif neqativ fizioloji təsirlər göstərir: 

-ultrasəs:  insan  tərəfindən  eşidilmir,  lakin  onun  təsiri  insan  orqanizminə  danıl-

mazdır; 


-ultrasəs: insan onu eşitmir, lakin o bədəndə fizioloji dəyişiliklər etməyə qadirdir; 

-insan 16-20000 qers  tezlikli səsdə  özünü  konfort  hiss edir və  bu  zaman  fizioloji 

dəyişikliklər baş vermir; 

stehsalatda səs-küyün azalmasına aşağıdakılar aiddir: 

1.Səs-küy yaradan amillərin uzaqlaşdırılması; 

2.Ekranlardan istifadə etməklə, səs-küyün azaldılması; 

3.Səs yaradan elementlərin fiziki dəyişdirilməsi; 

4.Səs uducu vasitələrdən istifadə edilməsi; 

5.Texniki vasitələrdən istifadə edilməsi və.s. 

Səs-küyün insan orqanizminə təsiri bunlardır: 

-halsızlığın əmələ gəlməsi; 

-güclü səs sayəsində depresiyanın yaranması; 

-qan təzyiqinin dəyişməsi; 

-fiziki yopğunluq. 



 

10. stehsalat sahələrində və iş yerlərində işıqlanmanın insan fəaliyyətinə təsiri 

necədir? 

Müasir elm təsdiq edir ki, istehsalat sahələrinin və iş yerlərinin işıqlandırılması iki 

ə

sas yol ilə həll edilir: 



1.Süni yolla. 

2.Təbii yolla. 

-süni  yolla  işıqlanma  müxtəlif  işıqlanma  vasitələrindən  istifadə  etməklə  təmin 

edilir; 


-təbii işıqlanma günəş şuasından istifadə edilərək baş tutur; 

-komfort işıqlanma norması 14 lüks vahidi olduqda baş verir. 

ş

ıqlanma  istehsalat  sahəsində  və  ya  iş  yerində  pəncərələrin  sayından  asılı  olaraq 



dəyişir, bundan başqa pəncərə və nəfəsliklərin ölçülərindən də asılıdırlar. 

Böyük  ərazilərin  işıqlandırılması  isə  (stadionların,  sexlərin  və  digər  sahələrin), 

xüsusi projektor avadanlıqlarından istifadə etməklə icra edilir. 

-Süni  işıqlanmanı  təmin  etmək  üçün,  qızma  elementinlərində  istifadə  olunan 

volfram

 

lampalarından,  ionlaşdırıcı- qaz maddələrindən  istifadə  etməklə,  mövcud  



lampalardan, bəzi istehsal sahələrində (zərgərlik, toxuculuq, kompüter), işıqlanma 

norması istisna hal kimi dəyişə bilər. 

 

11. stehsalatda  istifadə  edilən  və  ya  istehsal  edilən  zərərli  maddələrə  qeyri 

üzvi və üzvü maddələr olduğunu bilərək, mühitə necə təsir göstərirlər? 

Bu  maddələrdən  xlor,  ammoniyak,  kimyəvi  turşular,  fosgen,  difosgen, 

xlorasetafenon,  müxtəlif  turşular,  istehsalatda  istifadə  olunan  müxtəlif  spirtlər, 

üzvü birləşmələr tərkibli neft məhsulları, etan, metan, propan və digər üzvü qazlar, 

həmçinin  mayeləşdirilmiş  məhsullar,  doymuş  və  doymamış  karbohidrogen 

birləşmələri (karbooksidlər), benzin, kerasin və sairə birləşmələr, 

üzvü əsaslı kimyəvi zəhərli maddələr (sinir sistemini iflic edən, dəri zöhrəvi təsir 

edən və sairə), boğucu və gözyaşardıcı qazlar (Si-ES, Bi-zet). 

Müvafiq  olaraq  müasir  dövrdə  yuxarıda  adlarını  göstərdiyimiz  kəskin  təsirli 

zəhərləyici  maddələrdən  mühafizə  olmaq  üçün,  müxtəlif  müasir  fərdi  mühafizə 

vasitələrindən  səmərəli  istifadə  olunur.  Onlardan  ən  vacibi  tənəffüs  üzvülərini 

mühafizə  edən  vasitələrdən  süzgəc  əleyhiqazları,  tədric  edici  vasitələr  və 

respiratorlar istifadə olunurlar. Dəri hissəsini mühafizə etmək üçün isə ümumqoşun 

mühafizə  geyim  dəsti,  L-1  yüngül  mühafizə  dəsti  və  adi  gündəlik  geyimlərdən 

istifadə edilməsi məsləhətdir. 

Belə  hallarda  əhalinin  kütləvi  mühafizə  tədbirlərini  icra  etdikdə,  təhlükə  ehtimalı 

yaranmış  ərazidən  tərxiyyə  edilməsi  ən  aktual  xarakter  daşıyır,  eyni  zamanda 

insanların təhlükəsizliyin təmin etmək üçün, zəhərli maddələrin xarakterini nəzərə 

alaraq, kollektiv mühafizə qurğularından səmərəli istifadəsi nəzərdə tutulur.   

 

12.Titrəyiş törədən, yüksək təzyiq yaradan, yüksək tezlikli maqnit sahəsi olan 

vasitələrdən  istehsalatda  istifadə  edilməsi.  Fiziki,  mexaniki  və  yüksək  tezlikli 

təsirli avadanlıqlarla iş zamanı mühafizə üsulları hansılardır? 

-Titrəyiş törədən vasitələrə aiddir: sürtünmələr, surət ötürmələri, dartma və sıxılma 

alətləri,  yüksək  təzyiq  titrəmələri,  metal  emalı  dəzgahları,  təzyiq  altında 

fırlanmalar (kompressorlar, nasoslar); 



-Yüksək  təzyiq  yaradan  vasitələrə  aiddir:  kompressorlar,  nasoslar  (vakuum, 

mərkəzdən qaçma üsullu), turbinlər, neft ayırma sistemləri, təzyiq altında nəqliyyat 

kəmərləri; 

-Yüksək  tezlikli  maqnit  sahələri  olan  vasitələrə  aiddir:  yüksək  tezlikli  ötürücülər 

(tele, radio, mobil ötürücü stansiyaları), rentgenoskopiya avadanlığı; 

-Ultra  dalğalı  qızdırıcılar:  lazer  şualanmaları,  ionlaşdırıcı  şualar  (alfa,  betta, 

qamma şüaları). 

Fiziki,  mexaniki  və  yüksək  tezlikli  təsirli  avadanlıqlarla  iş  zamanı  mühafizə 

üsulları aşağıdakılaedır: 

1.Texniki təhlükəsizlik qaydalarına riəyət edilməsi. 

2.Texniki təhlükəsizlik avadanlıqlarından istifadə edilməsi. 

3.Fərdi və kütləvi mühafizə vasitələrindən istifadə edilməsi. 

4.Müalicə-profilaktik tədbirlərin tətbiq edilməsi. 

5.Sanitar-gigiyenik vasitələrdən istifadə edilməsi.  

Bütün bu tədbirlərlə insanlara olan bütün neqativ təsirlərin azaldılması və ya tam 

aradan  qaldırılması  nəticəsində  insanların  sağlamlıqlarının  və  təhlükəsizliyinin 

təmin edilməsi. 

 

13.Neqativ amillərin insan orqanizminə hansı təsirləri olur? 

a)  kimyəvi  zəhərləyici  və  güclü  təsir  edici  maddələr  əsasən  insanların  nəfəs 

orqanlarına və dərinin səthinə təsir edərək güclü fizioloji dəyişmələrə (zəhərlənmə, 

yanıqlar, ionlaşmaya) səbəb olur. 

b)  yüksək  təzyiqli  avadanlıqların  insan  orqanizminə  təsiri  aşağıdakı  kimi  olur. 

Avadanlığın  titrəməsi,  qəza  zamanı  təzyiqin  və  yüksək  surəti  olan  maddənin 

orqanizmə təsiri müxtəlif xarakter daşıyır. Titrəmələr orqanizmdə qan dövranının, 

ürək  fəaliyyətinin  və  baş-beyin  sisteminin  fizioloji  dəyişməsinə  şərait  yaratmaqla 

orqanizmdə narahatlıq törədir. Baş ağrısı, ürək bulanması, halsızlıq baş verir, insan 

iş qabiliyyətini itirir, məhsuldarlıq azalır. 

c)yüksək tezlikli elektro-maqnit dalğaları olan vasitələrin insan orqanizminə təsiri: 

Ə

sasən insanların sinir sisteminə, qan-damar orqanlarına və ionlaşmanın təsirindən 



dəri səthinin zədələnməsinə təsir edir, göz-görmə qabiliyyətini azaldır, yorulmalara 

və  iş  qabiliyyətinin  itirilməsinə  səbəb  olur.  Güclü  təsir  nəticəsində,  qəbul  edilən 

dozanın  miqdarından,  gücündən  asılı  olaraq  şua  xəstəliyinin  baş  vermə  ehtimalı 

yaranır.  Radioaktiv  şualanmalar  nəticəsində  dinc  dövrdə  qəbul  edilmiş  illik 

dozanın miqdarı 5 rentgendən çox olmamalıdır (günəş şualanması nəticəsində). 

     Radioaktiv  maddələrlə  işləyən  müəssisələrdə  qəbul  edilmiş  illik  doza  10-15 

rentgendən  çox  olmamalıdır  (radioizotoplarla,  rentgen  aparatları  ilə,  dozimetrik 

cihazlarla iş zamanı). 



 

14. Neqativ təsirlər zamanı əhalinin xəbardar edilməsi necə olur? 

XXI-ci əsrdə əsasən bütün neqativ təsirlər aşkar edilir, ölçülür və qeydə götürülür. 

Radiasiya  amili  və  təhlükəsi  dozimetrik  cihazlar  vasitəsilə  aşkar  edilir, 

qiymətləndirilir və onlardan mühafizə fövqalədə hal kimi, təmin edilir. Fövqalədə 

Hallar  zamanı  əhalinin  mühafizəsinin  əsas  üsulları  aşağıdakılardan  (A.R.”Mülki 

müdafiə” haqqında qanuna əsasən) ibarətdir: 

-əhalinin  kütləvi  mühafizə  qurğularında  yerləşdirilməsi  (sığınacaqlar,  radiasiya 

ə

leyhinə daldanacaqlar, metro, keçidlər, səngər və zirzəmilər), 



-əhaliyə  fərdi  və  tibbi  mühafizə  vasitələrinin  paylanması  (nəfəs  orqanlarının 

mühafizə  vasitələri,  dəri  səthinin  mühafizə  vasitələri,  fərdi  tibbi  mühafizə  vasitə-

ləri, A-2 apteçkası, kimyadan mühafizə paketi   PP-8, sarğı materialı), 

-təhlükəli  ərazidən  xəbərdar  edilərək,  əhalinin  köçürülməsi  (təxiyyə  edilməsi)  və 

təhlükəsiz ərazidə müvəqqəti və ya uzun müddətli yerləşdirilməsi. 

Fövqalədə  Hallar  zamanı  tətbiq  edilən  bütün  tədbirlərdə  fərdi  və  kütləvi 

təhlükəsizlik norma və qaydalarına riəyət edilir. 

 

15.  stehsalatda komfort iş şəraitinin yaradılmasına nə aid edilir? 

stehsalatda komfort şəraiti təşkilatı, texniki və mexaniki vasitələrlə əldə edilir. 

a)

  ş  yerində  temperatur  rejiminin  yaradılması  (ventilyator,  kondinsioner  və 



nasoslar vasitəsilə). 

b)

  Istehsalatda normal işıqlanmanın təmin edilməsi (təbii və süni işıqlandırma 



vasitələri ilə). 

c)

  Iş yerlərində normal nisbi rütubətin təmin edilməsi. Komfort şərait 23-25



o

istilikdə,  60-65



 

%  nisbi  (rütubətdə)  nəmlikdə  və  normal  işıqlanmada  ola 

bilər. 

d)

  ş  yerində  havanın  sürətinin  tənzimlənməsi  nəticəsində,  0,4m/san 



yaradılması  təmin  edilir.  Normadan  yuxarı  sürətli  hava  dəyişməyə  səbəb 

olur və soyuqlama-sətəlcəm xəstəliyinə şərait yaradır. 

e)

  Iş  yerində  səs-küyün  normativ  səviyyəsi  16-20000  qers  tezliyi  təmin 



edilməlidir. 

f)

  Iş yerində tozluğun səviyyəsi 0,2-0,6mq/m



2

 çatdırılır. 

g)

  Iş yerində görünən və görünməyən neqativ amillərin miqdarı hava dəyişmə 



sistemi vasitəsilə tənzimlənir. 

Komfort  şərait  iş  qabiliyyətinin  artmasına,  işin  keyfiyyətinə  və  miqdarına, 

insanların sağlam mühitdə fəaliyyətinə müsbət təsir edir, bu zaman yorulmalar, 

halsızlıq, soyuq dəymə və xəstələnmə halları aradan götürülür. Belə iş şəraitinin 

yaradılmasına işə götürən təşkilat cavabdehlik daşıyır.  ş yerində təhlükəsizliyin 

təmin edilməsinə dövlət orqanları, ictimai təşkilatlar nəzarət edirlər. 



: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə