Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə109/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   105   106   107   108   109   110   111   112   ...   194
«tapan» düzəldirdilər. Tapanın möhkəm olması üçün qamış qomlarının başını  çəp vəziyyətdə 
əyərək xüsusi qaydada bir-birinə keçirirdilər. Bu səbəbdən də  çəpərin bu növü el arasında 
«sındırma çəpər» adlanırdı.
53
 Aran kəndlərində  çəpər bəzən bitili qarğıdan da düzəldilirdi. Bu 
məqsədlə yaz başı, hələ bitki oyanmamış qarğını  kəsir və  həyətin kənarı boyunca qazılmış 
xəndəyin yumşaq torpaq örtüyü üzərinə köndələn vəziyyətdə uzadıb üstünü torpaqlayırdılar. Nəm 
torpağa kök salmış qarğı buğumlarından tədricən pöhrələr göyərib qalxırdı. Köhnə  çəpərin 
arasından boy atan həmin budaqlar bir müddətdən sonra sıx çəpər halına düşürdü. El arasında 
buna «bitili çəpər» deyilirdi. Bitili çəpərin başqa bir növü böyürtkan kolundan əmələ gəlirdi. 
Şəhər həyətlərinin hasarı,  əsasən, daş, möhrə, çiy və ya bişmiş  kərpiclə hörülürdü. 
Azərbaycanın  şimal-qərb bölgəsində «cəbir» adlanan daş  və ya kərpic hörgülü həyət barılarını 
yağmurdan qorumaq məqsədilə, onların üstü qamış, küləş  və ya kirəmitlə maili vəziyyətdə 
örtülürdü. Həyət barılarının üstünə  bəzən bişmiş  kərpic düzülür, yaxud divarın üstü balıqbeli 
formasına salınıb qalın suvanırdı. 
Meşəiçi və meşəətrafı yaşayış  məskənlərində geniş yayılmış «çubuq-hörmə» çəpərlərin 
müxtəlif növü qeydə alınmışdır. Onların bəziləri tək və ya qoşa çubuqla çəpərəsayağı hörülürdü. 
«Təpmə  çəpər» adlanan qom  çəpər eşmə çubuq qomları ilə hörüldüyündən çox yaraşıqlı 
görünürdü.  
Həyət hasarlarının bir növü də  ağas zolalarından düzəldilən və «zobalağ» adlanan çax-
çax hasardan ibarət idi. Zobalağ hasar düzəltmək üçün 4-5 ədəd ağac zolası (diametri 9-12 sm) 
həyətin kənarı boyunca bir-birindən müəyyən məsafədə aralı basdırılmış payalara sıyrım və ya 
çubuqla sarınıb bağlanırdı. Azərbaycanın bir sıra bölgələrində bu cür hasar çox vaxt «çax-çax» 
adlanırdı. Çax-çax hasarların başqa bir növü isə  ağac zolalarını  həyətin dövrəsi boyunca 
basdırılmış yoğun dirəklərə dəlib keçirtmə üsulu ilə düzəldilirdi. 
Kol çəpərlərin «payalı», «tirli», «xəndəkli» və s. olmaqla, müxtəlif növləri yaranmışdı. 
Kol çəpər düzəltmək üçün həyətin dövrəsinə  əvvəlcə bir ucu itmil ağac payalar basdırılır və 
onlara qaratikan, böyürtkən basması, göyəm şaxı və s. taxılırdı. Sonra çəpərin bayır tərəfindən 


 
113
xəndək qazılır və onun torpağı çəpərin dibinə tökülməklə möhkəmləndirilirdi.  
Ağac budaqlarından düzəldilmiş tirli çəpər, əsasən, meşəiçi kəndlərdə geniş yayılmışdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin