78
basma (təpmə) məmulatının hazırlanmasına sərf olunurdu.
Bir qayda olaraq basma məmulatının hazırlanması əməliyyatı ilə “həllac” adlanan
peşəkar ustalar məşğul olurdular. Onlar yunu ilk növbədə daraqdan keçirmədən “yay” adlanan
atıcı alət vasitəsi ilə atıb pərqulandırırdılar.
“Təpmə” (basma) əməliyyatı döşəmə üzərində, palaz və ya
həsir üstünə yunun bərabər
qalınlıqda sərilməsindən başlanırdı. Bu məqsədlə çox vaxt bezdən tikilmiş xüsusi ölçülü “qəlib
torbası”ndan istifadə olunurdu. Əvvəlcə yun layı torbanın üstünə yayılıb səriləndən sonra onu
torba qarışıq loğalaqlayır və beləliklə də torbanın alt qatını onun üstünə çevirirdilər. Sonra
torbanın içində qalmış yun loğalağını açıb yenidən həllac oxu üzərinə dolayırdılar. Uzunu 3 m,
diametri 10-12 sm-ə çatan hamar ox üzərinə dolanmış yun loğanası dağılmasın deyə onu iplə
möhkəm sarıyırdılar.
Çox vaxt, xüsusilə şəhər həllacxanalarında bu məqsədlə “karxana” adlanan ayrıca
otaq və
ya dəyə ayırırdılar. Loğalağı, adətən,karxananın hamar döşəməsi üzərində 3 nəfər həllac
təpikləyə-təpikləyə irəli-geri istiqamətdə bir qədər diyirləyəndən sonra onun sarıq və dolağını
açıb sərir seyrək və aladəmgil yerlərini bərpa edəndən sonra üstünə isti su çiləyib təkrar
loğalaqlayırdılar. Loğalağı yenidən palaza bürüyüb örkən vasitəsi ilə əvvəlkindən də bir qədər
bərk sarıyandan sonra təpmə əməliyyatı davam etdirilirdi.
Bu qayda ilə su çiləmə prosesini
bir neçə dəfə təkrar etməklə, loğalağı aramsız olaraq
təpikləyib diyirləyirdilər. Təpmə əməliyyatı nəticəsində yun layları bir-birinə möhkəm yapışaraq
bərk kütlə halına düşürdü.
Gəzərgi həllaclardan fərqli olaraq, şəhər həllacxana- larında çox vaxt keçə qara rəngə
boyadılırdı.
Bununla belə, keçmişdə Qazax və Gəncə qəzalarında varlı ailələr alaçıqlarının üstünü
ağ rəngli keçə qəliblərlə örtməyi üstün tutarmışlar. Bu səbəbdən də onlar ağ rəngli yundan keçə
qəlibləri basmağı sifariş edərmişlər.
161
Saya
keçənin səthi hamar və bəzəksiz olurdu. Standart ölçülərdə basılıb hazırlanan keçə
qəlibləri istifadə məqamından asılı olaraq, bir qədər fərqli formada basılırdı. Ən çox trapes
formalı keçə qəlibləri dəbdə olmuşdur. Alaçıq tipli evlərin üstünü
örtmək üçün belə qəlib
forması daha sərfəli sayılırdı. Evin döşəməsinə, çarpayı, taxt və ya kürsü üzərinə salmaq, yaxud
alaçıq qapılığı üçün düzbucaqlı formaya malik qəlib növü də hazırlanırdı.
Keçmiş məişətdə keçə qəlibin üzünə yer palazı və ya şəddə çəkməklə ondan “kürsü
yorğanı” düzəldənlər də az deyildi.
XIX əsrin sonlarına doğru yerli keçəçiliyin tədricən tənəzzülə uğradığı müşahidə olunur.
Bu işdə 1889-cu ildə Tiflis şəhərində buxar maşınları ilə işləyən
keçə fabrikinin fəaliyyətə
başlaması
162
faktı mühüm rol oynamışdır. Bu məsələdə köçəbə elat əhalisinin oturaqlaşması
prosesi, habelə getdikcə, atlı nəqliyyatın rolunun azalması faktı da az rol oynamamışdır.
Dostları ilə paylaş: