Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə69/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   65   66   67   68   69   70   71   72   ...   194
Basma məmulatı 
 Azərbaycanın  ənənvi basma məmulatı «basmaqəlib» və «təpmə» olmaqla, texniki 
cəhətdən iki üsulla istehsal olunmuşdur. Bunların hər birinin özünəməxsus istehsal texnologiyası 
yaranmışdır. 
Basmanaxış parçalar. Basma üsulu ilə pambıq və ipək (kəlağayı) məmulatının 
bəzədilməsi dekorativ tətbiqi sənətin mühüm sahələrindən biri olub, XX əsrin əvvəllərinə qədər 
davam etmişdir. 
Parçaları basmanaxış üsulu ilə  bəzəmək  ənənəsinin tarixi çox qədim zamanlara gedib 
çıxır. E.ə.V əsrdə yaşamış görkəmli yunan tarixçisi Herodot Qafqazdan bəhs edərkən yazırdı ki, 
bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını əzərək su ilə qarışdırır 
və bu məhlul ilə paltarlarına naxışlar vururdu. Bu naxışlar silinməyib parça köhnələnə  qədər 
qalırdı.
152
 
Basma bəzəklər parça üzərinə xüsusi naxış çeşnilərinə malik qəliblər vasitəsi ilə 
köçürülürdü. Ona görə də sənətkarlar arasında bu texniki üsul çox vaxt «basmaqəlib» adlanırdı. 
Gəncə, Şəki, Naxçıvan şəhərləri, Şamaxı və onun ətraf kəndləri (Basqal və Mücü) parça üzərinə 
ağac qəliblərlə basma naxışlar köçürtmə işində mahir idilər.  
Basma qəliblər xüsusi qəlibkeş ustalar tərəfindən, əsasən, tilişkə və çat verməyən armud 
ağacından hazırlanırdı. Bu məqsədlə ağacdan müəyyən ölçüdə «pəstaha» kəsilir, polad qələm və 
çəkic vasitəsilə qazma və qaşıma yolu ilə onun üzərinə lazımi naxış-bəzək motivi salınırıdı. Çox 
vaxt hər bir rəng üçün ayrıca qəlib nümunələri hazırlanırdı.
153
 
Basmanaxış ünsürləri «haşiyə» («kənarə»), «köbək» (göl), «xonça» və «ara sahə» (aralıq) 
olmaqla, səciyyə etibarilə bir-birindən fərqlənirdi. Bunların hər birinin bəzək tələbinə müvafiq 
qəlib nümunələri hazırlanırdı. Bu səbəbdən də basma məmulatının bəzədilməsi prosesində bu 
qəlib növlərinin hər birinin özünə məxsus yeri var idi. Məsələn, haşiyə qəlibləri köbək (göl) və 
xonça bəzəklərində, yaxud aralıq sahələrin naxışlanmasında işlənmirdi. Bütün bunlardan əlavə, 
ədədi qaydada hazırlanan basma qəlib nümunələri haşiyəsiz naxışlandıqda xüsusi «künc» 
qəlibləri ilə bəzədilirdi. Bunun sayəsində naxış çeşnisi tamamlanıb bitkin hala gətirilirdi. 
Üzərindəki bəzəklərin səciyyəsinə görə, basma qəliblərin hər birinin müxtəlif çeşni 
nümunələri yaranmışdır. Bu baxımdan «haşiyə» («kənarə) qəliblərinin  ən çox istifadə olunan 
səciyyəvi nəqş növləri aşağıdakı bəzək nümunələrindən ibarət idi. 
Çiçək haşiyə. Qəlibin bu növü uzun və ensiz olub, içərisində səkkiz ləçəkli gül, yarpaq və 
ya, üç ləçəkli qönçədən ibarət bitki mənşəli naxışlar olurdu. Bu qəliblərlə parçanın kənar 
haşiyəsinə naxış basırdılar.
154
 
«Kölgə» buta. Qəlibin hər iki kənarında bir-birindən azca aralı, xırda nöqtələr düzülürdü. 
Qəlibin ortasında isə yenə də nöqtələrdən ibarət yan-yana düzülmüş xırda butalar olurdu. Qəlibin 
bu növü, haşiyə bəzəyində daha çox istifadə olunurdu. 
Yarpaq haşiyə. Parçanın kənar haşiyəsini bəzəmək üçün işlənən ensiz qəlib növü olub, bir 
tərəfi əyri xətlərdən, əsas naxış ünsürü isə içərisindəki yarpaqşəkilli, tağvari formalardan ibarət 
olurdu. Hər bir tağın üstündə beş  ədəd xırda nöqtə qoyulurdu. Tağların birləşmə yerində 
paxlavaşəkilli xırda xonçalar düzülürdü.
155
  
Quyrum haşiyəsi. Kələğayı və ya pambıq parçaların kənarına naxış basmaq üçün işlədilən 
ensiz qəlib olub, bir tərəfi dalğavari, fasiləsiz xətlərdən, digər tərəfi isə təkrar olunan quyrumlu 
bitki naxışlarından ibarət olurdu. 
Basmaqəlib əməliyyatlarında künc naxışları xüsusi yer tuturdu. Bu məqsədlə işlənən künc 
qəliblərinin aşağıdakı növləri daha geniş yayılmışdı. 


 
76
Künc gülü. Ürəkvarı formada olmaqla, kənarında yan-yana xırda nöqtələr düzülürdü. 
Qəlibin ortasında  əyri xətlərdən düzəldilmiş  bəzəkli xonçalar kiçik ürəkcik və halqalarla 
əhatələnirdi. Bu tip qəliblərlə məmulatın yalnız küncləri bəzədilirdi. 
Künc-paxlava. Kənarları  həndəsi xətlərlə  bəzədilmiş  və  aşağı  tərəfində qoç buynuzuna 
bənzəyən naxışları olan, düzbucaqlı üçbucağa oxşar qəlib növü idi. Onun ortası paxlavanı 
xatırladan sınıq xətlərlə bəzədilirdi. Belə qəliblərlə məmulatın küncləri bəzədilirdi. 
Badambuta. Basmaqəliblərin bir qismi müştərək səciyyə daşımaqla, məmulatın həm 
ortasında, həm də künclərində işlədilirdi. Badambuta da belə qəliblərdən idi. O, içərisində dörd ədəd 
badama oxşar buta yerləşən uzunsov qəlib növü idi.  
Köbək dövrəsi. Ürək  şəklinə  bənzəyən bu qəlibin ortasında uzunsov bir medalyon 
(xonça), onun sağ və solunda isə budağa oxşar əyri xətlər olurdu. Bu qəlib növü məmulatın ya 
künclərinə, ya da xonçanın  ətraflarına naxış basmaq üçün işlədilirdi. Elə bu səbəbdən də 
basmaqəlib ustaları onu «aralıq» qəlibləri qrupuna aid edirdilər. 
Şah buta (bala buta). Ölçü etibarı ilə bir-birindən fərqlənən bu uzunsov qəliblərin 
kənarları düz xətlərlə diş-diş  kəsilmiş, ortasında butadan ibarət güllü xonça motivi əmələ 
gətirilmişdir. Bu qəliblə haşiyədən bir qədər aralı olmaqla, parçanın istənilən yerinə, xüsusilə
haşiyə və köbək arasındakı boşluqlara naxış basılırdı. 
Basmaqəlib üsulu ilə parça üzərinə naxış  və ya bəzək salma əməliyyatı xüsusi 
hazırlanmış «boyaq yağı» və «rəngab» vasitəsi ilə görülürdü. Bunun üçün ilk növbədə «boyaq 
yağı» hazırlanırdı. Bu məqsədlə müəyyən nisbətlərdə götürülmüş saqqız, mal piyi və arı 
mumunu qarışdırıb mis qazan və ya tiyanda qaynadırdılar.  
Karxana şəraitində boyaq yağını, adətən, kiçik tavalara bölüb isti qalmaq üçün vam yanan 
kömür kürəsi və ya köz üzərində saxlayırdılar. Hər bir basmanaxış ustasının əlinin altında daima 
isti saxlanılan yağ tavası olurdu. Məhz bu səbəbdən də kəlağayı istehsalnda basma-qəlib ustası 
çox vaxt «tavakeş» adlanırdı. Bu da təsadüfi deyildi. Çünki basmanaxış  əməliyyatı bilavasitə 
tavada isti saxlanılan və məmulat üzərinə basıldıqdan sonra tezliklə donub silinməz, qalın örtük 
əmələ gətirən yağ vasitəsilə icra olunurdu. Sənət dili ilə bu əməliyyat «gül götürmə» adlanırdı. 
Basmaqəlib məmulatı yekrəng və çoxrəng olmaqla, müxtəlif növdə hazırlınırdı. Basma 
əməliyyatı həm pambıq parça, həm də ipək, əsasən də, kəlağayı üzərində aparılırdı. 
Çit.  Ənənə olaraq, bez toxunuşlu, nazik pambıq parçalardan basma qəlib üsulu ilə al-
əlvan bəzədilmiş çit hazırlanırdı. 
Çitsaz ustalar başlıca olaraq, nəbati naxışlı qəliblərdən istifadə edirdilər. Bu səbəbdən də 
el arasında ona çox vaxt «güllü çit» deyilirdi. 
Çitin basmaqəlib üsulu ilə naxışlanıb bəzədilməsi əməliyyatı texnoloji baxımdan kəlağayı 
ilə eyni idi. Onların hər ikisinin bəzədilməsi  əməliyyatı xüsusi boyaq yağı  və müxtləif növ 
rəngablar vasitəsilə görülürdü. Bundan əlavə, bu prosesdə müxtəlif naxışlı  qəlib və istehsal 
ləvazimatından istifadə olunurdu.  
Basmaqəlib üsulu ilə  bəzədilmiş toxuma məmulatı arasında  kəlağayı  (çarqat) istehsalı 
mühüm yer tutmuşdur. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin