Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə66/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   62   63   64   65   66   67   68   69   ...   194
136
, mahi-
zire
137
  və s.) xatırlansa da, onların çox cüzi bir qismi dövrümüzə  qədər qalmışdır. Bunun 
müqabilində ənənəvi yun parçaların şal, mahud, dügürd, məndulə və s. adlarla tanınan, toxuma 
texnikasına və xammal növünə görə bir-birindən müəyyən qədər fərqlənən müxtəlif növləri 
zəmanəmizə  gəlib çatmışdır. Bununla belə, Azərbaycan etnorafik gerçəkliyində yun parçaların 
hamısı çox vaxt ümumi bir ad altında «şal», onu toxuyan usta isə «şalbaf» adlanmışdır. Həm də 
şalbaf, əsasən, mütəhərrik şal, yaxud mahud dəzgahında yun parça toxuyan ustaya deyilirdi. Bir 
qayda olaraq, şalbaflıq sənəti ilə kişilər məşğul olurdu. Onlar həm  şal, həm də mahud 
toxuyurdular. Bundan fərqli olaraq, yer hanasında toxunan «qılıc şal» və ya «yer şalı» adlanan 
nisbətən qaba parça növünü, bir qayda olaraq, evdar qadınlar istehsal edirdilər.  
Digər  ənənəvi parça növləri kimi, yer şalı da «ədədi» qaydada toxunarmış. Bu da yun 
parçanın boyunun bu və ya digər məmulat növünün biçilib-tikilməsinə kifayət etməsi 
lüzumundan irəli gəlirdi. Bununla belə,  şal parçalar həmişə tam vahid ölçüdə toxunmurdu. 
İstehsal mərkəzlərindən və toxucunun istəyindən asılı olaraq şalın ölçülərində müəyyən qədər 
fərq nəzərə çarpırdı. Məsələn, Yelizavetpol (Gəncə-A.M.) qəzasının 1841-ci ilə dair statistik 
icmalından göründüyü kimi, o zaman qəzanın demək olar ki, hər bir kəndində qadınlar xalça, 
palaz, çul, çuval, məfrəş və s. ilə yanaşı, «mahud» adlanan çox zərif və yüksək keyfiyyətli şal 
toxuyurdular. Onun hər bir ədədinin uzunu 7 arşın, eni 4 çərəyə çatırdı. Keyfiyyətindən asılı 
olaraq,  şalın hər bir ədədi o zamanın pul məzənnəsi ilə 7 manatdan 10 gümüş manatadək 
qiymətləndirilirdi.
138
 
Ənənəvi şal toxuculuğunda «yer şalı» istehsalı daha geniş yayılmışdır. Ev peşəsi səciyyəsi 
daşıyan  şal istehsalının bu forması  hər bir ailənin daxili tələbatının ödənilməsi məqsədi 
güdmüşdür. Ölkədə uzun müddət davam edən natural təsərrüfat  şəraiti də bunu labüd edirdi. 
Digər tərəfdən,  əmtəə-pul münasibətlərinin zəif inkişafı da ev peşələrinə, o cümlədən yer şalı 
istehsalına  əlverişli zəmin yaratmışdır. Belə halda evdar qadınlar öz ailələrinin istehlakı üçün 
gərək olan şal parçanı özləri toxumalı olurdular.
139
 
 XIX əsrdə Azərbaycanda şal istehsalı, demək olar ki, bütün bölgələrdə geniş yayılmışdı. 
Lakin onun qabaqcıl mərkəzləri arasında Qazax, Gəncə, Şamaxı, Göyçay, Quba, Şuşa, Cəbrayıl, 
Cavad, Zəngəzur, Naxçıvan qəzaları xüsusi yer tuturdu. Bununla belə, şal istehsalının həcminə 
və inkişaf səviyyəsinə görə, bunların arasında müəyyən fərq nəzərə çarpırdı. Məsələn, xammal 
(yun) ehtiyatının bolluğu baxımından daha çox fərqlənən Qazax, Şamaxı və Göyçay qəzalarında 
şal istehsalı texniki inkişaf səviyyəsinə görə bir-birinə  bənzəmirdi. XIX əsrin 80-ci illərində 
Qazax qəzasında ildə 5000 ədəd şal
140
 toxunsa da, onun istehsalçıları evdar qadınlar olmaqla, ev 
peşəsi səciyyəsi daşıyırdı. Həmin dövrdə Şamaxı və Göyçay qəzalarında isə hər il bazara 5-6 min 
ədəd satlıq  şal çıxarılırdı.
141
Mənbənin yazdığına görə,  Şirvanın dağ  kəndlərində (Ximran, 
Həftasiyab, Cülyan, Daxar-Mulux, Zarat-Xeybəri, Aşağı Zarat, Məlhəm və b.) xüsusi olaraq 
«bazarı şal» toxunurdu.
142
Bazarı şal istehsalı ilə yanaşı, Şirvanın aran kəndlərində, xüsusilə də 
elat obalarında qadınlar yer hanasında «yer şalı» və ya «qılıncı şal» adlanan, nisbətən kobud yun 
parça, toxuyurdular. 
Əmtəə istehsalı səciyyəsi daşıyan «bazarı şal» mütəhərrik toxucu dəzgahında, həm də çox 
vaxt arşınnüma toxunurdu.  
Satış məqsədi ilə istehsal olunan şal toxunub hazır olandan sonra «bişirilirdi». Bunun üçün 
təzə toxunmuş xam şal təknəyə tökülmüş isti suda ayaqla tapdanıb toxumaları sıxlaşdırılırdı. Bu 
səbəbdən də el arasında  şalın bu növü çox vaxt «təpmə  şal», həmin proses isə «təpmə» və ya 
«basma» adlanırdı. Şirvan əhalisi arasında o, daha çox «basma şal» adı ilə tanınırdı. 
Ara ipi uzatma taylarının çarpazları arasından  əllə ötürülən yer hanasından fərqli olaraq, 
mütəhərrik dəzgahlarda ara ipi «məkik» vasitəsilə keçirilirdi. Məkik uzatma taylarının ara 


 
73
boşluğu ilə gah sağdan sola, gah da soldan sağa sürətlə ötürüldükcə onun milinə keçirilmiş 
lülədən çözələnib açılan ara ipi uzatma çarpazlarının «ağzına» düşürdü. Bu halda külkə-
bağaradan asılmış  şanalı  dəftin vasitəsilə ara ipini çəkib irəli gətirmək və beləliklə  də,  əvvəlki 
toxumaya yapışdırmaq mümkün olurdu. Hər dəfə uzatma çarpazlarının vəziyyətini nirə vasitəsilə 
dəyişdirəndən sonra çarpazların təzə  əmələ  gətirdiyi «ağız» boşluğuna yenidən ara ipi 
ötürülürdü. Bu sayaqla növbəti ara ipi şana vasitəsilə özündən əvvəlki ötürməyə yaxınlaşdırılıb 
sıxlaşdlırıldıqca parça toxuması əmələ gəlməyə başlayırdı.
143
 
Şal toxunub irəli getdikcə  dəzgahın «küngah» adlanan oturacağında  əyləşmiş ustadan 
uzaqlaşırdı. Ona görə  də  şalbaf toxuma əməliyyatını dayandırıb  şalın hazır hissəsini pəlkeş 
vasitəsilə «nəvərd» adlanan dolağac oxuna  dolayırdı. Sonra əvvəlki qayda ilə toxuma prosesi 
davam etdirilirdi. 
Basma (təpmə) şal istehsal texnologyası baxımından mahuddan bir o qədər də seçilmirdi. 
Məhz bu səbəbdən də XIX əsrə aid rusdilli mənbədərdə çox vaxt onların hər ikisi «sukno», 
yaxud yerli terminologiya ilə «şal» adlandırılırdı.  
Təpmə şal yalınqat, əmələ və ikiqat olmaqla, üç növdə toxunurduYalınqat şalın uzatma və 
atması birqat əyrilmiş ipdən, əmələ şalın uzatması ikiqat bükdərilmiş ipdən, ara atması isə birqat 
ipdən toxunurdu. «Dügürd» adlanan ikiqat şalın həm uzatması, həm də atmacı iki tay ipdən 
ibarət bükdərilir və çox sıx toxunurdu. Dügürdun sıx toxunmasını  təmin etmək üçün dəftinin 
zərbələri möhkəm vurulurdu. 
Təpmə  şalın çeşidlərinin hər biri texniki keyfiyyət etibarilə digərindən fərqlənirdi. Ona 
görə  də  təpmə  şal növlərinin hər birinin özünə  məxsus tətbiq sahəsi yaranmışdı.  İkiqat  şal 
möhkəm və  sıx toxunmaqla ən çox çuxa və xirqə tikmək üçün sərf olunurdu. Əmələ  şaldan 
şalvar, yalınqat şaldan isə arxalıq tikərmişlər.
144

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin