Məxmər. Azərbaycanın ənənəvi ipək parçaları arasında məxmər də mühüm yer tutmuşdur.
Mürəkkəb istehsal texnikasına malik olan və bu səbəbdən də baha başa gələn məxmərin başlıca
müştəriləri feodal cəmiyyətinin hakim təbəqələri idi. Onların dəbdəbəli məişət tərzi üçün
məxmər ən münasib bahalı parça növü sayılırdı. Məxmərin qısa xovları onu xoşagələn,
ürəyəyatımlı etmişdi.
Orta əsrlərdə Təbriz şəhəri məxmər parçaların başlıca istehsal mərkəzinə çevrilmişdi.
Mənbələrdə o, çox vaxt «Təbriz məxməri» adı ilə təqdim olunurdu.
97
Keçmişdə məxmər, adətən, «həlil məxmər» adı ilə müxtəlif rəng çalarında (qırmızı, qızılı,
zoğalı, göy, mavi, abı, yaşıl, qəhvəyi və s.) toxunmuşdur.
98
Bəzən məxmər güləbətin sap qatışığı
ilə də toxunurdu. Həlil məxmər ev məişətində və qadın geyim dəstində istifadə olunmaqdan
əlavə, həm də müxtəlif növ tikmələrdə yerlik material kimi işlənmişdir.