Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə64/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   60   61   62   63   64   65   66   67   ...   194
yorğanüzü, örpək,  şərf  və digər məmulatlar istehsal etməyə başlamışlar. Bir sözlə,  şamaxılılar 
fabrikə qarşı müharibə elan etmişlər, bu onlar üçün həyati məsələ olduğundan həmin mübarizəni 
aparmağa məcbur olmuşlar.
121
  
Yun parçalar. Azərbaycan  əhalisinin geyim mədəniyyəti və ev məişətində vaxtı ilə 
yundan toxunma parça, xalça-palaz və basma (həllaclıq) məmulatı önəmli yer tutmuşdur. 
Etnoqrafik materialların təhlilindən bəlli olur ki, Azərbaycan  əhalisinin sosial-iqtisadi 
həyatında mühüm rol oynamış çoxsaylı ev peşələri və kustar sənət sahələri arasında əsrlər boyu 
yun məmulatı istehsalı başlıca yer tutmuşdur. Bu isə  təsadüfi olmayıb, bir sıra amillərlə üzvi 
surətdə bağlı idi. Ölkədə yun məmulatı istehsalının hərtərəfli inkişafına, hər şeydən öncə, həmin 
məmulatlara əhalinin daxili tələbatı, başqa sözlə, zəruri geyim və məişət ehtiyacları güclü təkan 
vermişdir. Belə vəziyyət isə ilk növbədə, Azərbaycanın sosial-iqtisadi həyatından, burada tarixən 
təşəkkül tapmış təsərrüfat tipinin xüsusiyyətindən irəli gəlmişdir. Azərbaycanın oturaq və köçəbə 
əhalisinin  qoyunçuluq  məşğuliyyəti ilə üzvi surətdə bağlı olan xammal ehtiyatının bolluğu 
tarixən burada yun məmulatı  (parça, xalça-palaz, keçə, çopoz, yapıncı) istehsalının inkişafına 
əlverişli zəmin yaratmışdır. 
Etnoqrafik materiallardan anlaşıldığı kimi, Azərbaycanda yun məmulatı istehsalının 
meydana gəlməsində, hər şeydən öncə, müxtəlif növ xammal ehtiyatının: qoyun yunu, dəvə yunu, 
qəcil və s.  yanaşı, təbii boyaq bitkilərinin bolluğu da həlledici rol oynamışdır.  
Azərbaycanda yun ehtiyatının bolluğu barədə aydın təsəvvür əldə etmək üçün belə bir faktı 
xatırlatmaq kifayətdir ki, XIX əsrin sonlarında təkcə Bakı quberniyasında 2 milyon baş qoyun 
saxlanılırdı. Hər il bu təsərrüfatlardan 250 min pud yun hasil olunurdu.
122
 Buraya o zamankı ölkə 
ərazisinin ikinci yarısını  əhatə edən Yelizavetpol (Gəncə-A.M.) quberniyasındakı 1 milyon və 
Naxçıvan qəzasındakı 80 min baş qoyun
123
 da əlavə olunarsa, Azərbaycanın həmin dövrdəki yun 
ehtiyatının ümumi miqdarı barədə tam təsəvvür yaranmış olar. Belə bol xammal ehtiyatı 
zəminində yun məmulatının müxtəlif növləri və çoxsaylı çeşidləri yaranmaya bilməzdi. 
Yun məmulatı toxuculuğunu labüd edən digər mühüm bir amil də ölkədə çöl təsərrüfat 
işlərindən azad qadın əməyindən ibarət külli miqdarda asudə ehtiyat əmək qüvvələrinin mövcud 
olması idi. Əsas məşğuliyyəti ev-məişət işləri ilə məhdudlaşan evdar qadınların keçmiş guşənişin 
həyatı onları ailədən aralanıb, digər kənar işlərlə, xüsusilə faydalı ictimai fəaliyyətlə  məşğul 
olmaq imkanındın məhrum etmişdi.
124
 Belə  şəraitdə onlar ev toxuculuğu ilə  məşğul olmaq, öz 
əməklərini toxuyub-tikməyə  sərf etməklə  fərdi istedad və qabiliyyətlərini təzahür etdirmək 
imkanı  əldə edirdilər. O zamankı digər  Şərq qadınları kimi, Azərbaycan qadınlarının da sosial 
vəziyyəti, onların şəriətlə məhdudlaşdırılan guşənişin həyatı ailədən kənar işlərlə məşğul olmağa 
imkan vermirdi. Ona görə  də onlar ömür-günlərini ev işlərinə  həsr etməli, ev peşələrinə 
yiyələnməli, bütün səy və bacarıqlarını tikib-toxumağa sərf etməli olurdular. Belə bir faktı 
xatırlatmaq kifayətdir ki, 1900-cü ildə Yelizavetpol quberniyasında təkcə xalça-palaz toxuculuğu 
ilə 100 min nəfərə qədər qadın məşğul olurdu.
125
 Onlar təkcə xalça-palaz məmulatı deyil, həm də 
parça (şal, cecim, örkən, dolaq, patava və s.) toxuyurdular.  
XIX əsrdə Azərbaycanın fərdi qoyunçuluq təsərrüfatlarından əldə edilən yunun bir hissəsi 
rəvac ticarət məhsulu kimi, xaricə ixrac edilir
126
, yerdə qalan hissəsindən isə yerli istehlak 
məhsulları: hörmə, basma və toxuma (parça, xalça) mallar hazırlanırdı. 


 
71
Məlum olduğu kimi, Azərbaycanda tarixən müxtəlif qoyun cinsləri (bozax, herik, dönmə, 
mazıx, balbaz, qaradolaq, qala, şahsevən və b.) yetişdirilmişdir. Qoyun cinslərindən asılı olaraq 
yunun keyfiyyətində fərq nəzərə çapırdı. Bundan əlavə, qırxım mövsümündən asılı olaraq, qoyun 
yunu qaba və ya zərif, cod və yaxud yumşaq, liflərin uzun («yanağı»), yaxud qısa («küzəm») 
olması, habelə  rəng çaları (ağ, boz, çal,qara, qonur, qumral və s.) etibarilə bir-birindən 
fərqlənirdi. Bu və ya digər məmulat növünün hazırlanmasında yun növlərinin hər birinin istehsal 
xüsusiyyətləri, hansı  məqsəd üçün istifadə edilməyə yararlı olduğu nəzərə alınırdı. Yunun 
istehsal xassələri arasında onun liflərinin uzun və ya qısa olması mühüm əhəmiyyət kəsb edirdi. 
Bu səbəbdən uzun lifli «yolma» yun, adətən, «qırxma» yundan fərqləndirilirdi.
127
  
Yun ipin boyağı yaxşı götürməsi yunun rəng çalarından və zəriflik xüsusiyyətindən xeyli 
dərəcədə asılı idi. Ona görə də bu və ya digər məmulat növü üçün xammal tədarükü zamanı bu 
cəhıətə xüsusi diqqət yetirilirdi. Məsələn, quzu küzəmi həddən ziyadə zərif olub hər cür rəngi, 
xüsusilə də qara boyanı yaxşı götürür və şəvə parıltısı verirdi.
128
 
Yuxarıda adları  çəkilən yun növlərinin hər birinin özünə  məxsus  ənənəvi tətbiq sahəsi 
mövcud idi. Yun toxuculuğu mərkəzlərində  qısa lifli quzu küzəmi başlıca olaraq, şal  və ya 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin