Tafta toxunuşlu parçalar. Orta əsrlərdə Azərbaycanda xam ipəkdən güləbətinsiz toxunan
ipək parçaların çox geniş çeşidi (atlaz, tafta, darayı, məxmər, kisəyi, fitə, qanovuz, alaca və s.)
yaranmışdır. Bunların hər birinin də özünə məxsus toxuma texnikası, rəng və bəzək-nəqş
xüsusiyyətləri mövcud olmuşdur. Güləbətinsiz parça növlərinin hamısı istehsal texnikası
baxımından taftasayağı toxunmuşdur.
Atlaz. İnkişaf etmiş feodalizm dövrünün yüksək keyfiyyətli ipək parçaları arasında atlaz spesifik toxuma texnikasına görə, xüsusi yer tutmuşdur. Uzatma (çillə) düzümünün sıxlığına
görə atlaz yalnız kimxadan geri qalırdı. Bu mənada o, ən sıx toxunuşlu ipək parçalardan biri
sayılırdı. Digər ipək parçaların toxuma texnikasından fərqli olaraq, atlaz toxumasının çarpazları
hər dəfə 7 tay uzatmadan (çillə tayından) bir olmaqla «ağız» açır və ara ipəyi onların arasına
düşürdü. Elə bu səbəbdən də çillə və ara ipəyinin çarpazları seyrək düşdüyündən onun səthi
hamar alınırdı. Onun adı da buradan, ərəbcə «hamar» mənasını bildirən «atlaz» sözündən
göturulmuşdur.
86
XII-XIII əsrlərdə Azərbaycanda atlaz istehsalının mühüm mərkəzləri Təbriz və Gəncə
şəhərləri olmuşdur.
87
Monqol işğalından sonra da Təbriz şəhəri Şamaxı ilə yanaşı, atlaz
toxuculuğunun ən qabaqcıl mərkəzlərindən biri olaraq qalırdı.
88
XVI-XVII əsr mənbələrində
atlaz istehsalının mühüm mərkəzləri sırasında (Çin, Türkiyə, Bursa, Yezd) ilə yanaşı, tez-tez
Təbriz və ya Qızılbaş atlazının adı çəkilir.
89
İstehsal texnikasına və bəzək-nəqş xüsusiyyətlərinə görə, vaxtilə atlazın nəbəti və həndəsi
motivli bəzək ünsürlərinə malik çox zəngin çeşidləri toxunmuşdur. Bəzən atlaz üzərində insan
surətinin əks olunması faktlarına da təsadüf edilirdi.
90
Hətta atlaz üzərində güləbətin sapla
müxtəlif motivli tikmə nümunələri hazırlanırdı. Həmin tikmələrin ölçülərindən (böyük, orta və
kiçik) asılı olaraq, atlazın keyfiyyətində və qiymətində fərq nəzərə çarpırdı.
91