64
ölçüsü hananın əriş uzatmalarının iki mislinə bərabər olurdu. Əgər yer hanası 5 arşın məsafədə
qurulardısa, onda toxunmuş parçanın boyu 10 arşın alınırdı. Əgər yer hanasında əriş tayları 6
arşın məsafədə qurulardısa, belə halda parça 12 arşın uzununda toxunmuş olurdu. Bu ölçülər isə
keci parçadan hazırlanacaq məmulatın boyuna müvafiq gəlirdi. Elə bu
səbəbdən də keci parçalar,
adətən, ədədi qaydada, həm də bu və ya digər məmulat növünün ölçüsünə, başqa sözlə, onun
biçilib tikilməsinə kifayət edəcək müvafiq ölçüdə toxunurdu. Ona görə də cecim toxunuşlu keci
parçalar çox vaxt bu və ya digər geyim növünün («şalvar», «köynək», «çuxa», «çarşab»,
«qurşaq» və s.), yaxud məişət vasitəsinin («yorğan üzü», «döşək üzü», «mütəkkə üzü» və s. )
adını daşıyırdı.
Keci sapdan toxunmuş geniş çeşiddə ipək məmulatı arasında
cecim, tətinlik, xasqırmızı,
Dostları ilə paylaş: