İpək parçalar. Azərbaycanın ənənəvi ipək parçaları kecivə xam ipəktelindən toxunmaqla,
tarixən iki tipoloji növdə istehsal olunmuşdur. Buna müvafiq olaraq, burada ipək emalının
texnoloji cəhətdən bir-birindən fərqlənən əyirmə və sarıma olmaqla, iki başlıca forması təşəkkül
tapmışdır. Bu səbəbdən də Azərbaycanda tarixən istehsal texnikası və inkişaf səviyyəsi cəhətdən
bir-birindən xeyli dərəcədə fərqlənən keci(cecim) və xam ipəktoxuculuğu təşəkkül tapmışdır.
Ənənəvi ipək toxuculuğunun bu formalarının hər birinə xas olan fərqli texnoloji xüsusiyyətlər
istehsal proseslərinin hər bir mərhələsində: baramanın açılması, ipək tellərinin ilkin emalı, xam
63
ipəyin bişirilməsi, çillə və ara ipəyinin hazırlanması, toxuma texnologiyası, boyama və
naxışsalma üsul və vasitələrində aydın nəzərə çarpırdı.