Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə54/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   50   51   52   53   54   55   56   57   ...   194
Codana. Bezin nistəbən yoğun sapdan toxunmuş qaba növü «codana» adlanırdı. Adətən, 
codana özünün təbii rəngində az istifadə olunurdu. Codananı çox vaxt mavi  (göy) rəngə 
boyamaqla, ondan çadra hasil olunurdu. Bu səbəbdən də codana çox vaxt ədədi qaydada, başqa 
sözlə, çadra ölçüsündə (2x1,5 arşın) toxunurdu. 
Xalis pambıq mahlıcından toxunan qumaşlarla yanaşı, XIX əsrin  əvvəllərində  şəhər 
karxanalarında ipək və pambıq qatışığı ilə bir sıra parça növləri: kəsənfə, namazı, tətinlik, alaca 
və s. toxunduğu ədəbiyyat materiallarından aydın görünür.
56
  
Digər  ənənəvi parça növləri (yun, ipək,kətan) kimi, pambıq parçalar da toxunub hazır 


 
62
olandan sonra bir sıra texnoloji əməliyyatlardan (yuyulub təmizlənmə, ağardılma, bişirilib 
sıxlaşdırılma və s.) keçirdi. Bundan əlavə, hazır pambıq parçaların böyük qismi habelə boyama, 
yaxud basma-qəlib üsulu ilə naxışlanıb bəzəkli hala salınır, beləliklə də dekorativ-tətbiqi sənət 
məhsuluna çevrilirdi. 
Bunların arasında boyaq  məmulatı  (şilə, qədək)  xüsusi yer tuturdu. Pambıq parçaların 
naxışlanıb bəzədilməsi ilə xüsusi karxanalarda, həm də peşəkar boyaqçı  və  qəlibkeş ustalar 
məşğul olurdular. Bu məmulat növlərinin hər birinin özünə məxsus bəzək texnologiyası təşəkkül 
tapmışdır. 
Pambıq parça məmulatının bəzi növlərinin bəzədilib naxışlanmasında isə  həm boyama, 
həm də basmaqəlib (basmanaxış) üsullarından müştərək istifadə olunmuşdur. 
Etnoqrafik materialları  əbədiyyat məlumatları ilə tutuşdurduqda məlum olur ki, XIX 
əsrədək gəlib çatmış  ənənəvi pambıq parçalar (bez, codana, calamaya, mitqal, ağ)  ən çox 
boyama, qismən isə basmaqəlib  üsulları ilə  bəzədilmişdir. Boyaq üsulu ilə bezdən  şilə, qədək, 
bezin qaba (cod) növü olan codanadan isə çadra hazırlanırdı. «Calamaya» və ya «humayın ağı» 
adlanan zərif ağdan basma-qəlib üsulu ilə çit hazırlanırdı. 
Azərbaycan  əhalisinin kasıb zümrələrinin məişətində boyama üsulu ilə  ağ bezdən 
hazırlanan şilə və qədək o dərəcədə mühüm yer tutmuşdur ki, ilk baxışda elə görünürdü ki, sanki 
burada bez yalnız boyaq materialı məqsədi ilə kasıblar üçün toxunulurmuş.  
Ağardılmış bezi qırmızı  rəngə boyamaqla, ondan şilə,  mavi  (göy) rəngə boyadıqda isə 
qələk əldə edilirdi. Adlarının etimoloji mənası Azərbaycan dilinin leksik materialı ilə o qədər də 
səsləşməyən bu pambıq parça növləri
57
 XIX əsrdə Azərbaycan  əhalisinin müxtəlif sosial 
zümrələrinin geyim mədəniyyəti və məişətində hələ də mühüm yer tutmaqda idi. Şilədən bir sıra 
qadın geyimləri tikilməkdən əlavə, həm də balınc və mütəkkə üzü, taxça və camaxatan pərdəsi 
düzəldilir, habelə ondan boxça və hamam fitəsi kimi də istifadə olunurdu.  
Keçmişdə qədəkdən ən çox köynək, bulaşa, kişi arxalığı tikilərmiş. Bu mənada qədək bir 
növ kasıb libası, abır paltarı üçün ən münasib və sərfəli parça materialı sayılarmış. Bununla belə, 
yerli bez istehsalı kənardan, ən çox isə Rusiyadan idxal olunan ucuz pambıq və kətan parçaların 
rəqabətinə dözməyib XIX əsrin ikinci yarısından etibarən tənəzzülə  uğramağa başlamışdır. 
Bununla əlaqədar olaraq, yerli bezdən hazırlanan şilə və qədək istehsalı da aradan çıxmışdır. 
Ucuz fabrik parçalarının idxalı nəticəsində tənəzzülə uğrayan bezdən fərqli olaraq, codana 
daha möhkəm və davamlı olması səbəbindən xeyli müddət özünün istehsal əhəmiyyətini qoruyub 
saxlamış  və  kənardan idxal olunan ucuz manufaktura ağının rəqabətinə dözə bilmişdir. 
Codananın möhkəmliyini təmin etmək üçün, adətən, onun uzatma və atmacı nisbətən yoğun 
əyrilməkdən əlavə, həm də möhkəm bükdərilirdi.
58
  
Pambıq parçalara, xüsusilə də, zərif toxunuşlu ağ (hümayin ağı) və basma üsulu ilə ondan 
hazırlanan çit parçalara əhalinin varlı təbəqələrinin də məişət və geyim tələbləri böyük idi. Ona 
görə  də pambıq parçalara əhalinin müxtəlif zümrələrinin geyim və  məişət tələbatı bütün orta 
əsrlər boyu dəyişməz olaraq qalmışdır. Bütün bu amillər Azərbaycanda pambıq bitkisinin 
becərilməsini və ondan müxtəlif növ qumaş parçalar toxunmasını zəruri etmişdir. 
Lakin XIX əsrin sonlarına doğru nəinki yerli pambıq parçalar, habelə ipək qatışığı ilə 
toxunan ənənəvi qumaşlar tənəzzülə uğrayıb aradan çıxmışdır. Əvvəlcə İngiltərədən, sonralar isə 
Mərkəzi Rusiyadan idxal olunan yüksək keyfiyyətli fabrik parçaları ucuz başa gəlmələri 
səbəbindən tədricən yerli pambıq parça istehsalını sıxışdırıb aradan çıxarmışdır.
59
 A.S.Piralovun 
yazdığına görə, bunun üçün, yəni yerli pambıq parçaların istehsalının aradan çıxmasına yarım 
əsrədək vaxt gərək olmuşdur. Kustar pambıq parça istehsalı ilə  bərabər pambıq bitkisinin 
becərilməsi də aradan çıxmağa başlamışdır.
60

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin