calamaya və s. toxuyurdular. Mənbənin yazdığına görə, həmin dövrdə Gəncənin toxucu
59
karxanalarında ildə 2000 ədəd ağ bez, 200 ədəd qırmızı bez (şilə-A.M.), 400 ədəd «calamaya»
adlanan nazik ağ toxunurdu.
32
Bundan əlavə, Gəncə əyalətinin əksər kəndlərində də bez
toxunurdu. Bu cəhətdən Samux mahalı əhalisi xüsusilə fərqlənirdi. Onlar əla xalçalar, ipək və
yarımipək parçalar toxumaqla yanaşı, «calamaya» adlanan yüksək keyfiyyəti pambıq parça (zərif
ağ) da istehsal edirdilər.
33
Əvvəllər olduğu kimi, XIX əsrdə də pambıq parça, xüsusilə, onun qalın növü olan bez
istehsalı Azərbaycanın hər yerində, həm şəhər karxanalararında, həm də kəndlərdə geniş
yayılmışdı. Əksər bölgələrdə bezi qadınlar toxuyurdular. Onlar cecim və şal kimi, bezi də bəsit
yer hanasında toxuyurdular. Bundan fərqli olaraq, bəzzazlığın inkişaf etdiyi bir sıra bölgələrdə
bez xüsusi culfa dəzgahında, «bəzzaz» və ya «culfa» adlanan peşəkar kişi toxucular tərəfindən
toxunurdu. Həm də bu halda bezin boyanıb şilə və ya qədək halına salınması əməliyyatı ilə
bilavasitə bəzzaz özü deyil, «şiləçi» adlanan peşəkar küp boyaqçıları məşğul olurdular.
Azərbaycanda tarixən pambıq parça, o cümlədən, bez istehsalının klassik vətəni Naxçıvan
olmuşdur. Bölgə öz üstünlüyünü uzun müddət qoruyub saxlaya bilmişdir. XIX əsrin ikinci
yarısında Azərbaycanın digər bölgələrində pambıq parça istehsalı tənəzzülə uğrayıb aradan
çıxdığı halda, Naxçıvanda bez toxuculuğu həm kustar sənət, həm də ev peşəsi formasında hələ
də davam etməkdə idi. Maraqlı haldır ki, burada bez toxuculuğu təkcə şəhər və şəhər tipli
qəsəbələrdə deyil, həm də kəndlərdə əmtəə istehsalı səciyyəsi daşımaqla satış məqsədi
güdmüşdür. XIX əsrin 80-ci illərinə aid bir mənbədə göstərilirdi ki, Naxçıvan qəzasının 3
mahalında o zaman bez istehsalı ilə məşğul olan kənd toxucularının sayı 910 nəfərə çatırdı.
Bundan əlavə, Naxçıvan və Ordubad şəhərlərində də xeyli culfa, başqa sözlə, bez toxuyan
(bəzzaz) cəmləşmişdi.
34
Bir qədər əvvəllərə aid başqa bir mənbənin yazdığına görə, Çar Rusiyası
Cənubi Qafqazı ələ keçirib bu yerlərə sahib olan zaman Naxçıvan şəhərində 40 nəfər bəzzaz
işləyirdi.
35
XIX əsrin 30-cu illərinə aid arxiv sənədində isə həmin dövrdə Naxçıvan şəhərində,
ümumiyyətlə, toxucuların sayının 126 nəfər olduğu və Ordubadda çalışan 145 nəfər bəzzazla
birlikdə isə hər iki şəhərdə 271 nəfər culfa işlədiyi xəbər verilirdi.
36
XIX əsrin sonlarından bəhs edən başqa bir mənbənin yazdığına görə, o zaman Ordubad
əhalisinin yarısı toxuculardan ibarət olub İrəvan və digər quberniyaların əhalisini pambıq parça
ilə təmin edirdi.
37
XIX əsrin birinci yarısında pambıq parça, o cümlədən, bez və ağ parça istehsalı
Azərbaycanın digər şəhərlərində (Gəncə, Şamaxı, Şuşa, Şəki, Quba, Dərbənd və b.) hələ
qalmaqda idi.
Şəhər bəzzazxanalarında olduğu kimi, Bakının Əmircan, Bülbülə və Suraxanı kəndlərində
də bezi kişilər,
38
həm də mütəhərrik culfa dəzgahında toxuyurdular. Lakin pambığın çiyiddən
təmizlənməsi, onun yay ilə atılıb mahlıc halına salınması, əl iyi və ya cəhrə vasitəsi ilə əyrilib-
bükdərilməsi, hətta kələflənib boyanması əməliyyatları ilə qadınlar məşğul olurdular.
Etnoqrafik materiallardan məlum olduğu kimi, kənd bəzzazları pambığın çiyidini əllə
çıxarıb təmizləyirdilər. Bundan fərqli olaraq, bez istehsalı ilə daimi məşğul olan peşəkar şəhər
karxanalarında pambığı çiyiddən təmizləmək üçün, adətən, «cıyrıq» adlanan çiyidtəmizləyən
alətdən istifadə olunmuşdur.
1829-cu ilin məlumatına görə, Şuşa şəhərində 80 toxucu dəzgahı olan 28 bez karxanası
fəaliyyət göstərirdi. İl ərzində həmin karkanalarda hər birinin uzunu 10 arşın, eni 7 gireh olan
8000 ədəd bez toxunurdu.
39
Həmin dövrdə bez, alaca və digər pambıq parça növlərini toxumaq üçün Dərbənd şəhərində
115 culfa dəzgahı fəaliyyət göstərirdi. Burada toxunan bezin hər bir tikəsinin uzunluğu 9 - 10
arşına qədər olurdu. Keyfiyyətindən asılı olaraq, onun hər bir topu (tikəsi) 2 manat 50 qəpikdən 5
manatadək müxtəlif qiymətlərə satılırdı.
40
Bu faktdan bir daha bəlli olur ki, o zaman bezin
müxtəlif çeşidləri toxunulurmuş.
Quba qəzası rəisinin 1841-ci il hesabatında qəzada toxunan yun məmulatları (xalça, palaz,
məfrəş, xurcun, şal, corab və s.) ilə yanaşı, bir sıra pambıq parça növləri: bez, xasa (kisəyi) və
qızıl boya ilə şəhər boyaqxanalarında qırmızı rəngə boyadılan bürmət istehsalından bəhs
olunur.
41
Qeyd etmək lazımdır ki, bu fakt pambıq parçaların «xasa» və «bürmət» adlanan tipoloji
növləri barədə XIX əsr mənbələrində təsadüf olunan ilk məlumat sayılır.
60
Həmin dövrdə Şamaxı şəhərində fəaliyyət göstərən bez karxanalarından əlavə, bir sıra
kəndlərdə pambıqdan tuman, köynək, örtük üçün bez və ya digər parçalar toxunulurdu.
42
Mənbə
müəllifinin yazdığına görə, Rusiyada kətan necədirsə, burada da bez eləcə adi idi.
43
XIX əsrin 30-cu illərində Şamaxı şəhərində ağ və qara rənglərdə olmaqla, iki cür bez
toxunurdu. Ağ bezin hər bir tikəsinin uzunu 12 arşın, eni 1,25 arşın, qara bezin isə uzunu 10
arşın, eni 3/4 arşın olurdu.
44
Burada bezdən əlavə, hər birinin uzunu 8 arşına çatan yorğan üzü də
toxunurdu.
45
Şamaxının bez (culfa) dəzgahlarının hər birində 2 nəfər işləməklə, gün ərzində 3
ədəd bez və ya yorğan üzü toxumaq olurdu.
46
Əmək məhsuldarlığının səciyyəsi barədə aydın
təsəvvür yaradan bu faktdan məlum olur ki, şəhər karxanalarındakı bez dəzgahları mütəhərrik
quruluşa, yəni təpkən vasitəsilə hərəkətə gətirilən nirə-şana sisteminə malik olmuşdur.
V.Leqkobıtov Şamaxı bezinin yuyulub təmizlənməsi və ağardılması proseslərinin ətraflı
təsvirini də vermişdir. Onun yazdığına görə, bez toxunub qurtarandan sonra təmiz suda diqqətlə
yuyulub sıxılır, daha sonra ikili-birli nisbətində götürülmüş əhəng və qəlyədaşı məhlulunda
qaynadılırdı. Hər birinin uzunu 10-12 arşın olan 10 top bezə 1 batman əhəng, yarım batman
qəlyədaşı sərf olunurdu. Ağardılmış bez yenidən təmiz suda yuyulub qurudulurdu.
47
Daxili tələbatla əlaqədar olaraq, bez istehsalı Azərbaycanın şimal-şərq bölgəsində XIX
əsrin ortalarında hələ də davam etdirilməkdə idi. Bölgədə həm yerli, həm də satınalınma pambıq
mahlıcı işlənirdi. XIX əsrin 30-cu illərində Quba əyalətində daxili istehlak üçün hər il 2500 pud
pambıq istehsal olunurdu.
48
Qubanın bir çox kəndlərdə bundan bez toxunurdu.
49
Yenə həmin dövrdə Dərbənd əyaləti əhalisinin xeyli hissəsi ipək və bez istehsalı ilə məşğul
olurdu.
50
Təkcə Dərbənd şəhərində fəaliyyətdə olan 115 toxucu dəzgahında bez, alaca və digər
pambıq parçalar toxunurdu.
51
Xəzər vilayəti rəisinin 1841-ci ilə dair hesabatında Şirvan, Talış, Quba qəzalarının fərdi
kəndli təsərrüfatlarında becərilən pambıq məhsulunun bir hissəsinin ev məişətində istifadə
edilməsi, yerdə qalan hissəsinin isə yerli bez istehsalına sərf olunmaq, yaxud xarici ölkələrə ixrac
edilmək üçün satış bazarlarına çıxarılması barədə məlumat verilirdi.
52
Bakı qəza rəisinin 1842-ci
ilə dair hesabatında isə Abşeronda məhdud miqdarda becərilən pambığın bir hissəsindən bez
toxunduğu, qalan qisminin isə satış məqsədi ilə Quba əyalətinə göndərildiyi xəbər verilir.
53
Yerli xammal əsasında işləyən pambıq parça müəssisələrində ən çox bez toxunurdu. XIX
əsrə aid rəsmi sənəd və ədəbiyyatlarda onlar, adətən, karxana, yaxud «bez karxanası» kimi
təqdim odunurdu. O dövrün arxiv materiallarında 1843-cü ildə Şirvanda 35, Dərbənddə isə 10
bez karxanasının fəaliyyət göstərdiyi xəbər verilirdi.
54
XIX əsrin ortalarında Gəncə şəhərindəki
bez karxanalarında təkcə calamaya, yəni nazik ağ toxuyan 30 dəzgah fəaliyyət göstərirdi.
55
Faktlardan göründüyü kimi, Rusiya tərəfindən işğal olunandan xeyli sonra da
Azərbaycanın ənənəvi pambıq parça istehsalı davam etdirilməkdə idi. Lakin xaricdən ixrac
olunan və ucuz başa gələn manufaktura mallarının rəqabəti nəticəsində yerli bəzzazxanalar
tədricən tənəzzülə doğru gedirdi.
Məlum olduğu kimi, Azərbaycanın ənənəvi pambıq parçalarının ən geniş yayılmış kütləvi
növü olan bezi hər bir ailədə evdar qadınlar yer hanası, yaxud culfa dəzgahında toxuyub ailənin
daxili istehlakına sərf etdirdi. Bundan əlavə, bez həm də şəhərlərdə cəmləşmiş xüsusi
karxanalarda «bəzzaz» adlanan peşəkar ustalar tərəfindən toxunurdu. Karxana bezi mütəhərrik
culfa dəzgahında toxunduğundan keyfiyyət etibarı ilə yer hanasında toxunan ev bezindən üstün
tutulurdu.
Bez toxumaq üçün pambıq, ilk növbədə əl ilə, yaxud «cıyrıq» adlanan xüsusi çiyid çıxaran
alət vasitəsilə çiyiddən təmizlənib mahlıc halına salınırdı. Naxçıvan bölgəsində isə gec açılmış
pambıq qozaları çalxov vasitəsilə gərzəkdən təmizlənirdi. Bundan sonra əl iyi və ya cəhrə
vasitəsilə mahlıcdan sap və ya iplik əyirilirdi. Çox vaxt sap öz təbii rəngində, bəzən isə qara,
qırmızı və ya göy rəngə boyanılandan sonra toxunurdu.
Adətən, «arşınnüma» qaydada toxunan bezin hər topu çox vaxt 8 və ya 10 arşın, bəzən isə
12 arşına çatırdı. Bezin eni, adətən, 1 arşın, yaxud ondan 1 çərək az və ya çox toxunurdu.
Bez mahlıcın öz təbii rəngində toxunduqda o, əhəng və qəlyədaşı məhlulu vasitəsilə bir
daha ağardılırdı. Ağartma əməliyyatı bezin keyfiyyətinə və zahiri görkəminə təsir göstərməklə
yanaşı, həm də boyanan zaman rəngi yaxşı götürməsinə kömək edirdi.
61
Bezin əriş və arğacı bəzən toxunmazdan əvvəl müxtəlif rənglərə boyanırdı. Bu səbəbdən
də, boyalı sapdan müxtəlif çeşiddə zolaqlı, yaxud xanəli pambıq parçalar toxunurdu. Buna
müvafiq olaraq, zolaqlı toxunmuş bez «təfsilə», onun xanəli bəzəyə malik olan və ədədi qaydada
toxunan növü isə «çadraşan», yaxud «codana» adlanırdı. Yerli bez istehsalı aradan çıxandan
sonra onun aşağı növü sayılan və ədədi qaydada toxunan codana həm də çadra kimi istifadə
olunmuşdur.
Dostları ilə paylaş: |