Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə49/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   45   46   47   48   49   50   51   52   ...   194
Pambıq parçalar (qumaşlar). Antik dövrdən başlayaraq Azərbaycanda pambıqçılıq 
təsərrüfatının meydana gəlməsi və inkişafı burada yeni bir toxuma materialının yaranmasına 
səbəb olmuşdur. Azərbaycanda pambıq parça toxuculuğunun yaranmasına təkan verən amillər 
sırasında pambıq mahlıcından ibarət xammal ehtiyatının bolluğu ilə yanaşı, ölkənin mülayim-isti 


 
58
iqlim  şəraitində  əhalinin sərin pambıq parçalara tələbatının böyük olması faktı da mühüm rol 
oynamışdır. Azərbaycanın təbii-iqlim  şəraiti üçün pambıq parçalar həm geyim, həm də ev 
məişəti üçün ən sərfəli toxuma materialı sayılırdı. 
Ev məişətində, xüsusilə də ənənəvi geyim dəbində pambıq parçalara tələbatın böyük olması 
həm də əhalinin orta və kasıb təbəqələrinin maddi imkanı ilə bağlı olmuşdur. Bahalı ipək və yun 
parçaları  əldə etmək imkanı  məhdud olan ictimai zümrələr pambıq parçalarla kifayətlənməli 
olurdular. 
Ənənəvi pambıq parçalar arasında başlıca yeri bez tutmuşdur. Azərbaycanda pambıq bitkisi 
sanki bez üçün becərilib yetişdirilirdi. Yun və  kətan parçaları kimi, bez  toxuculuğu da yerli 
xammal  əsasında təşəkkül tapmışdır. Məlum olduğu kimi, pambıqdan toxunan parçaların  ən 
arxaik növlərindən biri kərbas olmuşdur. Bu istilahın mənşə etibarı ilə sanskrit dilində «pambıq» 
mənasını bildirən «karpassi» sözündən törədiyini nəzərə alan mütəxəssislər onun hind mənşəli 
olduğunu və  hələ e.ə. IV əsrdə Hindistandan İrana və digər qonşu ölkələrə keçdiyini güman 
edirlər.
26
 Bununla yanaşı, orta əsrlərdə Azərbaycanda  ərəb mənşəli «qütni», yəni pambıq 
mənasını bildirən zərif parça toxunduğu bəlli olur.
27
 
M.X.Heydərov yazılı  mənbələrə istinad edərək, qütninin kərbasa nisbətən daha zərif 
olduğunu, hətta bəzən ipək və ya güləbətin qatışığı ilə toxunduğunu da xəbər verir.
28
 Görünür, 
hələ ərəb işğalları dövrünə qədər Azərbaycanda pambıq parça istehsalı geniş yayılmış və onun 
toxuma texnikasında xeyli dərəcədə təkmilləşmə baş verilmişdir. 
Görünür, sonralar tədricən «kərbas» və «qütni» ifadələri aradan çıxıb işlək formasını 
itirmiş, müvafiq surətdə «bez» və «ağ» istilahları ilə əvəz olunmuşdur. «Ağ» təkcə rənginə görə 
deyil, həm də zərif toxunuşu ilə kobud və qaba bezdən fərqlənirdi.  
Ənənəvi pambıq parçaların boyama üsulu ilə hazırlanan bir sıra növləri: kisəyi və fitə son 
orta əsrlərdən etibarən tədricən şilə  qədək ilə əvəz olunmağa başlamışdır. Şilə və qədəyin dəb 
düşməsində,  şübhəsiz ki, bez istehsalının geniş yayılması  və kütləvi səciyyə daşıması faktı 
mühüm rol oynamışdır. 
 Məlum olduğu kimi, xam bezi qırmızı rəngə boyamaqla, ondan şilə, tund göy və ya mavi 
rəngə boyadıqda isə  qədək  əldə edilirdi. Bezdən hazırlanan  şilə çox vaxt fitə  kimi istifadə 
olunduğundan, görünür, nazik ağdan, yaxud bahalı ipək parçalardan fitə hazırlanmasına ehtiyac 
qalmamışdır. Bunun müqabilində  məhdud miqdarda istehsal olunan nazik ağ («hümayin ağı») 
başlıca olaraq, çit və qələmkar parçaların hazırlanmasına sərf olunmuşdur. 
Göründüyü kimi, ənənəvi pambıq parça növlərinin bir qisminin adı dəyişib yerli istilahlarla 
əvəz olunsa da, onların istehsalı dayanmamışdır. 
XIX əsrdə Azərbaycanın ənənəvi pambıq parça istehsalında tarixən olduğu kimi, yenə də 
Gəncə, Naxçıvan və Ordubad görkəmli yer tuturdu. Qeyd etmək lazımdır ki, XIX əsrin ikinci 
yarısından etibarən ölkəyə Avropa və Rusiyadan ixrac olunan ucuz manufaktura mallarının 
idxalı ilə əlaqədar olaraq, Azərbaycanda ümumən pambıq parça istehsalı tənəzzülə uğramışdır. 
Bununla belə, həmin əsrin sonlarına doğru Naxçıvan qəzasında hələ də pambıq becərilir və evdar 
qadınlar ondan parça toxuyurdular.
29
 Bu dövrdə bez və ağ istehsalı Şamaxı və Şuşa şəhərlərində 
də davam etdirilməkdə idi. 
XIX  əsrin 30-cu illərinə aid yazılı  məlumatlar Azərbaycanda pambıq parça istehsalının 
ümumi vəziyyəti barədə dolğun təsəvvür yaradır. Bu dövrdə bez istehsalı, əvvəllər olduğu kimi, 
şəhərlərdə «bəzzazxana» adlanan bez karxanalarında kustar üsul ilə hazırlanmaqdan  əlavə, bir 
sıra kəndlərdə ev peşəsi formasında hələ də qalmaqda idi. Bu faktı o dövrə aid mənbələrdən əxz 
olunmuş  məlumatlardan da aydın görmək olur. XIX əsrin 30-cu illərində sabiq Qazax 
sultanlığından bəhs edən bir mənbədə xalça, palaz, şal və s. kimi yun məmulatları ilə yanaşı, hər 
bir ailədə bez toxunduğu xəbər verilir.
30
 
Ənənəvi pambıq parça, o cümlədən, bez istehsalında  şəhər karxanaları (bəzzazxanalar) 
başlıca yer tuturdu. XIX əsrin 30-cu illərinə aid statistik məlumatlarda vaxtilə Azərbaycanın iri 
toxuculuq, o cümlədən, pambıq parça istehsalı mərkəzlərindən olmuş Gəncə şəhərində 164 nəfər 
toxucu işlədiyi xəbər verilir.
31
  Şəhərdə parça toxucularının xeyli hissəsini  bəzzazlar (bez 
toxuyan ustalar) təşkil edirdi. Onlar müxtəlif çeşiddə  qumaş  parçalar:  ağ bez, qırmızı bez, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin