Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə48/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   44   45   46   47   48   49   50   51   ...   194
 və ya cəhrə vasitəsilə 
«kec», yaxud «kej» adlanan zərif kətan sapı hasil olunurdu. Kej həm tikiş, həm də parça, palaz, 
xaral, kisə, süfrə və s. toxuma məqsədilə istifadə olunurdu. 
Bir qayda olaraq,  vicin (kəndir lifinin) daraqda qalan kilkəsindən «ciyə» adlanan yoğun ip 
(kəndir) əyirilirdi. Kilkə piltələrindən talışların «lanqa» adlandırdığı dördpərli əyircək vasitəsilə 
ciyə hasil edilirdi.  
Qədim tarixə malik olan lanqanın qolları bir-birinə keçiriləndən sonra ox vasitəsilə ortadan 
birləşdirilirdi. Oxun ucuna bərkidilmiş qarmağa bənd edilən ciyəni burub eşməklə, kec (keş), 
yəni kəndir ipi hasil edilirdi. 
Kətan lifindən əyrilmiş kecdən parça toxumaqdan əlavə, bir sıra zəruri məişət və təsərrüfat 
vasitələri də hazırlanırdı. 
Kecin bərk bükdərilmiş növündən «navşa» adlanan ikibaşlı əmək aləti vasitəsilə «səl» (quş 
toru), «nəvet» (sallama balıq toru), «muloşq» (atma tor), «domja» və s. hörülüb hazırlanırdı. 
Kecdən habelə «kargah» adlanan dəzgahda şalvar və tuman üçün bağ toxunurdu. 
Vicdən, habelə  dük  (əyircək, teşi) vasitəsilə nazik sap  əyrilirdi. Kecin nazik növündən 
qadınlar  kargah, yaxud «giş  dəzgahı» adlanan hanada eyniadlı  kətan parça növü (giş) 
toxuyurdular. Keçmişdə gişdən qadın və kişi geyim dəsti tikilib hazırlandığını qocalar indi də 
xatırlayırlar. 
Kec və ya ciyə qatışığından «çaxçu» (çarxçu) adlanan xüsusi eşmə  dəzgahında müxtəlif 
yoğunluqda kəndir (tay kəndiri, yük kəndiri, sicim, buraz, kəmənd və s.) eşilib hazırlanırdı.
22
  
Azərbaycanın  şimal-şərq bölgəsində daha çox «kəndir» adı ilə  bəlli olan kətan lifinin 
əyrilməsi və  eşilməsi  əməliyyatlarında istifadə olunmuş  əmək alətləri Talış bölgəsindəki 
alətlərdən xeyli fərqlənirdi. Burada, əvvəla kətan bitkisinin saplağı xüsusi lifləyici dəzgahın 
köməyi ilə deyiltoxmaq (dəyənək) vasitəsilə, bəsit döymə üsulu ilə döyəclənib lifdən ayrılırdı. 
İkincisi, əzilmiş kətan saplağının lifləri cülədən əl ilə seçilib təmizlənirdi. 
Bunlardan  əlavə, Quba kəndlərində cod xassəli kəndir lifini yumşaldıb zərif hala salmaq 
üçün onu dəmir dişləri çıxarılmış əl və ya ayaq dingi vasitəsilə ehmalca döyəcləyirdilər. Hətta 
kəndir lifi az olduqda, onu ding vasitəsi ilə deyil, əldə övkəşdirmə üsulu ilə yumşaldırdılar.
23
 
Quba bölgəsində kətan lifininin əyrilməsinin müxtəlif üsul və vasitələri qeydə alınmışdır. 
Əlharayı  xırda-para tikiş  işlərini görmək (çarıq tikmək, xaral, kisə  ağzını gözəmək, yamaq 
salmaq, palan-navar tikmək, «sigəzi» adlanan kətan kisənin yanını calamaq və s.) üçün çilik 


 
57
vasitəsilə, bəsit burma üsulu ilə qısa ölçülü nazik ciyə hazırlanırdı. Bunun üçün lif cəngəsindən 
bir qarış boyda uzadıb ucunu çiliyə  bənd etdikdən sonra onu sağ  əl ilə  fırladırdılar. Çilik 
fırlandıqca çəngədən ayrılan lifi burub ip, ciyə və ya sap halına salırdı. İpin nazik və ya yoğun 
əyrilməsi burulmaqda olan kəndir liflərinin sayı ilə müəyyən edilirdi. 
Kəndir lifini əyirməyin nisbətən təkmilləşmiş üsulu fırlağan  və ya vəlvələ  vasitəsi ilə 
əyirmə olmuşdur. Bu arxaik üsul və alətlərin bir qismi zəmanəmizədək gəlib çatmışdır.
24
 
Üç hissədən (gövdə, onun uclarına keçirilmiş  dəstək və iydən) ibarət olan fırlağan 
vasitəsilə ip əyirmə daha geniş yayılmaqla, kütləvi səciyyə daşımışdır. Dəstək vasitəsi ilə 
fırlağanı  hərəkətə  gətirib fırlatdıqca onun iyinə  bənd edilmiş  kəndir lifi burulub uzanır və ipə, 
yaxud sapa çevrilirdi. Kəndir lifi burulub uzandıqca fırlağanın iyinə sarınıb  dükçə  əmələ 
gətirirdi. 
Kətan lifini əyirməyin digər bir səmərəli  əmək aləti Qubanın dağ  kəndlərində geniş 
yayılmış, «vəlvələ» adlanan pərsəngli  əyircək  olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Şahdağ 
xalqları keçmişdə  vəlvələdən təkcə  kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip 
əyirərmişlər. 
Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu 
oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış  gəzlərə siyirtmə bağlanan 25-30 sm 
uzunluğunda  əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə  fırlanmasını  təmin etmək üçün 
onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan 
pərsəng hərləncəkdən 6-7 sm-ə qədər  ondan aralı qalırdı.
25
  
Çarx.  Kəndir lifinin əyirilməsi və  eşilməsi  əiəliyyatının  ən təkmil və qismən də 
mexanikləşdirilmiş vasitəsi  çarx  olmuşdur. Quruluşuna və  işləmə prinsipinə görə,  Şəki 
(Vəndam), Lənkəran (Hişkədərə) və Quba (Yuxarı  Ləgər) bölgələrində qeydə alınmış  kəndir 
çarxı arasında elə bir ciddi fərq yox idi. 
Çarx (çaxçu, çarxa) «kötük» adlanan düzbucaqlı formalı, 10-12 sm qalınlığında taxta 
lövhədən ibarət olmuşdur Onun üzərinə mütəhərrik vəziyyətdə spiralvari yivə malik 4 ədəd eyni 
ölçülü ağac çarx bərkidilirdi. Bundan əlavə o,  «qıra» (girə, qırça) adlanan və üzərində, 4 ədəd 
növü olan tənzimləyicidən və bir ucu qarmaqlı «midbar»dan ibarət olurdu. Çarxların fırlanması 
üçün onların hər biri başı qapaqlı ox vasitəsi ilə kötüyə birləşdirilirdi. Çarxların hər birinin ucuna 
metal qarmaq bərkidilir və halqavarı bağlanmış uzun ciyə vasitəsilə fırladılırdı. Bütün bunlardan 
əlavə, axırıncı çarxın yivinə dolanmış ciyənin səviyyəsini tənzimləyib sabit saxlamaq üçün kötük 
üzərinə xırda haça və qövsvarı ağac qarmaq taxırdılar. 
Kəndir çarxı vasitəsilə həm əyirmə, həm də eşmə əməliyyatı yerinə yetirilirdi.  
Bir qayda olaraq, çarxı 2 nəfər müştərək işlədirdi. Onlardan biri çarxların yivlərinə 
dolanmış ciyəni dartmaqla onları  hərəkətə  gətirib fırladır, «qıraçı» adlanan ikinci nəfər isə 
qucağında tutduğu kəndir lifinin ucundan bir qədər burub uzatmaqla, çarxın qarmağına bənd edib 
dal-dalı olmaqla, tədricən geri çəkilirdi. Bu halda çarxçı dolama ciyəni  əllə dartdıqca çarxlar 
mexaniki surətdə fırlanır və kəndir cəngəsindən ayrılmış lifləri burub ip, yaxud sap halına salırdı. 
Əyrici geri çəkilib çarxdan uzaqlaşdıqca kəndir lifləri əyrilib uzanırdı. 
Mexaniki surətdə  fırladılan çarx əmək məhsuldarlığının yüksəldilməsinə imkan 
verdiyindən çox vaxt bükdərmə əməliyyatı da onun köməyi ilə icra olunurdu. Bu halda əyrilmiş 
kəndir ciyələrini qoşalaşdırıb, ikiqat, üçəm və ya dördqat olmaqla, hər birinin ucunu çarxlardan 
birinin qarmağına bənd edirdilər. Çarxlar hərəkətə  gətirilib fırlandıqca qıraçının qıra vasitəsilə 
tutduğu tayları  eşib bir-birinə dolayırdı. Kəndir taylarının dolaşmaması üçün onların hər biri 
qıranın üzərindəki novlara salınırdı. Qıraçı çarxa tərəf irəlilədikcə onunla midbar arasında qalan 
kəndir hissəsi eşilib bir-birinə dolanırdı. 
Beləliklə, kətan lifindən həm ciyə, həm də kətan parça toxumaq üçün sap hazırlanırdı. 
Nazik və  zərif olan kətan sapından mütəhərrik toxuma dəzgahlarında müxtəlif növ kətan 
parçalar toxunurdu. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin