Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə51/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   47   48   49   50   51   52   53   54   ...   194
Təfsilə toxumaq üçün əriş düzümünü əmələ gətirən sapların rəng çaları hər dəfə müəyyən 
saydan sonra növbəli sürətdə al-dəyişik edilirdi. Bunun sayəsində parça toxunduqca onun 
üzərində uzun zolaqlar əmələ  gəlirdi. Parçanın zolaqlarını köndələn  şəkildə salmaq lazım 
gəldikdə isə əriş düzümü eyni rəngdə sabit saxlanılır, onların arasından keçirilən müxtəlif rəngli 
arğac sapları müəyyən saydan sonra dəyişdirilirdi. 
Pambıq parçada bəzək zolaqlarının enli və ya dar salınması, yaxud bir-birini əvəzləməsi 
əriş düzümündə, yaxud arğac keçirmələrində eyni rəngli sapların miqdarını dəyişdirmək yolu ilə 
tənzimlənirdi. 
Təfsilənin bəzək zolaqları  bəzən müxtəlif rəngli arğac saplarını eyni qaydada əvəzləmə 
yolu ilə əmələ gətirilirdi. Təfsilənin bu çeşidi «miləmil» adlanırdı. 
Keçmiş məişətdə milə-mil təfsilə ən çox yorğan, döşək, mütəkkə, nimdər üçün mitil və ya 
üzlük məqsədi ilə işlənirdi. Bəzən onu qadın geyim tiplərində astar çəkmək  məqsədi ilə istifadə 
edirdilər. 
Miləmil toxunuşlu təfsilə Orta Asiya xalqları arasında «süzəni» adı ilə geniş yayılmışdı. 
Həm də təfsilədən fərqli olaraq, süzəni təkcə pambıqdan deyil, ipəkdən də toxunulurdu. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin