Çadraşan təfsilədən fərqli olaraq, şahmatsayağı xanəli toxunurdu. Bunun üçün toxuma
prosesində həm əriş düzümü, həm də arğac keçirmələri müxtəlif rəngli sapların köməyi ilə
müəyyən saydan sonra aldəyişik edilirdi. Xanələrin ölçülərinin böyük və ya kiçik olması
müxtəlif rəngli əriş-arğac saplarının müəyyən saydan sonra aldəyişik edilməsi, başqa sözlə,
onların sayının azaldılıb artırılması yolu ilə təmin edilirdi.
Çadraşan, əsasən, çadra (çarşab) məqsədi ilə istifadə olunmaqdan əlavə, həm də boxça, fitə, bəzən qətfə kimi də işlənirdi. Elə bu səbəbdən də çadraşan ədədi qaydada toxunub satılırdı.
Məmulatın növündən, başqa sözlə, hansı məqsədlə istifadə edilməsindən asılı olaraq, o müxtəlif
ölçülərdə toxunurdu.
Keçmiş məişətdə istifadə olunan yerli qumaşlar arasında mitqalvə çit mühüm yer
tutmuşdur.