53
Bütün bu texniki irəliləyişlər,
basma (basmaqəlib) və
qələmkarlıq məmulatlarının yaranmasına
da təkan vermişdir.
Mingəçevir qazıntılarından tunc dövrünə aid parça qalıqlarının tapılması faktı
2
artıq
həmin
dövrdə parça istehsalı sahəsində
dəzgah toxuculuğunun mövcud olduğunu söyləməyə əsas verir.
Bəsit toxucu dəzgahı olan
yer hanası hörmə əməliyyatından əriş-arğac sisteminə malik,
çal-çarpaz keçirmə üsulu
ilə icra olunan toxuma texnikasına keçməyə imkan vermişdir. Tədricən
yer hanası ilə yanaşı, dik hana da meydana qəlmişdir.
Məhsuldar qüvvələrin sonrakı inkişafı nəticəsində baş verən texniki irəliləyişlər
təpkən
vasitəsilə hərəkət etdirilən
mütəhərrik toxucu dəzgahlarının yaranmasına gətirib çıxarmışdır.
Məlum olduğu kimi,
üfüqi dəzgahların
ayaqla işlədilən mütəhərrik növü ilk dəfə hələ yeni
eranın I-III əsrlərində meydana gəlmişdir.
3
Onun ilk vətəni ərazi və mədəni-tarixi əlaqə
baxımından Azərbaycana yaxın
olan Mesopotamiya, Suriya və İran olduğu güman edilir.
4
İlk
orta əsrlərdə Azərbaycanın İranla siyasi-inzibati və mədəni-texniki əlaqələri nəzərə alınarsa,
nirə
və
şana sisteminə malik, təpkənli toxucu dəzgahlarının ölkəmizdə məhz həmin dövrdə
yayıldığını söyləmək olar.
5
Bu faktı erkən orta əsrlərə aid arxeoloji qazıntılardan əldə olunan
parça qalıqlarının texnoloji təhlili də aydın göstərir. Antik dövr və orta əsrlərə məxsus parça
toxuculuğu üçün səciyyəvi olan bu tip təpkənli mütəhərrik dəzgahlar
XIX əsrdə Azərbaycanda
hələ də istifadə olunmaqda idi. Həm də Azərbaycanda «şərbaf dəzgahı», «cecim dəzgahı»,
«mahud dəzgahı», «şal dəzgahı», «kətan dəzgahı», «xalça (palaz) hanası», «yer hanası» «bağ
dəzgahı» («şalabəndçü», «xonçar dəzgahı», «dağar») və s. adlarla bəlli olan və təkmillik
baxımından bir-birindən seçilən toxucu dəzgahlarının müxtəlif tipoloji növləri mövcud
olmuşdur. Toxucu dəzgahlarının bu bəsit növləri müxtəlif
tarixi dövrlərdə yaransa da, onların
çoxu XIX əsrə qədər gəlib çatmışdır.
Ənənəvi dəzgah toxuculuğu, tipoloji cəhətdən
parça və
xalça-palaz məmulatı istehsalı
olmaqla iki istiqamətdə inkişaf etmişdir.
Dostları ilə paylaş: