47
Növbəti mərhələdə şığa eşməsi yastılanıb «pəstəha» halına çatdırılırdı. Lakin «yatağan»
üçün əvvəlcə o, əyilib müvafiq görkəmə salınırdı. Düz tiyəli qılıncdan
fərqli olaraq, «yatağan»ın
əyri tiyəsi ortadan başlayaraq uca doğru tədricən geriyə tərəf əyilib qövsvari görkəm almışdı.
Tiyə halına düşmək üçün pəstəha bir neçə dəfə kürədə qızdırılıb zindan üzərində
döyülürdü. Həm də bu halda təkcə tiyənin özü deyil, habelə onun dəstəyi də döyülüb müvafiq
görkəmə salınırdı. Tiyənin beli və «qəbzə»si nisbətən qalın olur, kəsər hissəsi
isə tədricən nazilib
iti hala düşürdü.
Qəbzə döyülüb müvafiq görkəm alandan sonra ona ağac, buynuz və ya sümükdən «üzlük»
çəkilirdi. Bunun üçün qəbzənin maha vasitəsilə üzərində iki-üç yerdən deşik açılırdı. Qılınc və
xəncər qəbzəsinə çox vaxt qoz və ya çinar ağacından hazırlanmış qoşa üzlük bərkidilirdi.
Düz tiyəli qılıncların «qəddarə» adlanan böyük və ağır növü çox vaxt qoşa novlu
hazırlanırdı. Qəddarəni, adətən,
süvari döyüşçülər, ən çox isə sərkərdə və hökmdarlar kəmər və
ya qurşaq- larında gəzdirirdilər.
Qılınc və xəncər tiyəsi «yarma-şığa» üsulu ilə də hazırla- nardı. Bu halda tiyənin küpü
poladqarışıq dəmirdən, kəsər hissəsi isə xalis polad şığadan döyülüb düzəldilirdi.
Bunun üçün
usta əvvəlcə, «qaynaq dəmiri»ndən silahın tiyəsinə müvafiq pəstəha hazırlayırdı. Sonra onu
qızdırıb arasını yarır və «ağzına» polad şığa kəsib qoyurdu. Daha sonra onları təkrar-təkrar
qızdırıb döyməklə, bir-birinə
qaynaq edirdi.
Bir qayda olaraq, soyuq silahların tiyəsi
tənəkar
vasitəsilə qaynaq edilirdi. Yarmaşığa üsulu ilə ən çox təkağızlı silahların tiyəsi hazırlanırdı. Bu
üsul silahın elastikliyini artırmaqla yanaşı, onun sərtliyini və sınma ehtimalını azaldırdı.
Tiyə istehsalı
ovxarlama və
suyatutma əməliyyatları ilə başa çatırdı. Digər kəsici alətlərdə
olduğu kimi, soyuq silahların tiyəsi də,
bir qayda olaraq, isti halda ovxalanırdı.
Törpü, iri və narın
dişli
yeyələr vasitəsilə icra olunan bu əməliyyat nəticəsində tiyənin ağzının kəsər hissəsi nazilib
tələb olunan iti həddə çatdırıldı.
Tiyənin sərtlik xassəsi kəsb etməsi və iti qalması suya tutmaq yolu ilə təmin edilirdi.
Poladın növündən asılı olaraq, soyuq silahların tiyəsi müxtəlif vasitələr (su, hava, neft, ərinmiş
yag və s.) ilə suya tutulurdu. Tiyənin kəsərliyi və tələb olunan sərtlik xassəsi ustanın
məharətindən, suvermə əməliyyatına onun düzgün əməl etməsindən asılı idi. Belə ki, suyunu çox
götürmüş tiyə sərtliyindən tez sınır, az su almış tiyə isə çarxa verilərkən onu «qılov vurur» və
tezliklə korşalırdı.
Ənənəvi tiyə istehsalında ciddi əməl olunan texnoloji proseslərdən biri də
zağlama ildi.
Tiyə, adətən, 2-3 gün zağ məhlulunda qalırdı. Bunun sayəsində zağın
kimyəvi təsiri nəticəsində
tiyənin tərkibindəki dəmir qismən aşınır, xalis polad nisbəti isə sabit qalırdı. «Cövhərləmə»
adlanan bu üsul ilə hazırlanmış tiyə olduqca yüksək qiymətləndirilirdi.
Tiyənin itilənmə əməliyyatı
xart daşı, bülöv və
satıl vasitəsilə görülürdü. Tiyə əvvəlcə
çarxa verilir, sonra satıla çəkilirdi.
Xəncər və qılıncın itiliyi, başqa sözlə, həm də onu hazırlayan sənətkarın ustalıq məharəti
tük və ya ipək yaylıq vasitəsilə sınaqdan keçirilirdi. Havada yaylığı kəsə bilən tiyə el arasında iti,
onu hazırlayan usta isə kamil sənətkar sayılırdı.
Xəncər və qılınc ustaları tiyənin
forma və quruluşuna müvafiq qın da hazırlayırdılar. Qın
şam, şümşad və ya qoz ağacından yonulmuş qoşa lövhədən ibarət olub üzərinə aşılanmış dəri,
yaxud məxmər üzlük çəkilirdi. Üzlük, adətən, qına
çiriş vasitəsilə yapışdırılırdı. Qının möhkəm
qalması üçün onun ucuna «dürcək» adlanan metal ucluq bərkidilirdi. Gülmıx vasitəsilə qına
bərkidilən ucluq çox vaxt gümüşdən düzəldilirdi. Qarasavad üsulu ilə bəzədilmiş qın ucluqları,
adətən, sifarişlə yerli gümüşbəndlərə düzəltdirilirdi. Qının
bəndi metaldan düzəldilir və xırda
gülmıxla ona bərkidilirdi. Qını kəmərdən asmaq üçün bəndin üst kənarına halqa keçirilirdi.
Keçmişdə soyuq silahların qəbzə və qınını zərgərlik üsulları (xamətkarlıq, qarasavad,
minalama, aynalama və s.) ilə bəzətdirmə ənənə halını almışdı.
XIX əsrin sonunda Zaqafqaziyada silahsazlığın, xüsusilə soyuq silah istehsalının güclü
inkişaf etmiş mərkəzləri arasında Nuxa və Cəbrayıl qəzaları mühüm yer tutmuşdur. K.Xatisovun
yazdığına görə bu qəzalarda silahsazlıq kustar sənət səciyyəsi daşımışdır.
102
Dostları ilə paylaş: