44
(həmlə) və
müdafiə (mühafizə) yaraqları olmaqla iki qismə ayrılır.
Hücum silahları
atma (
kəmənd, yay-ox, sapand, nizə, «durbaş» adlanan haça nizə),
sancma (
cəng yabası, cida),
çapma (
təbərzin, qılınc, xəncər)
və
zərbə (
toppuz, gürz, əmud,
şeşpər)
olmaqla müxtəlif məqsədlərlə istifadə olunurdu. Ənənəvi müdafiə-mühafizə vasitələrinə
zireh (
«cövşən» adlanan
dava köynəyi, qolçaq, dəbilqə və
qalxan) daxil idi.
Orta əsrlərdə Azərbaycanda xəzinəyə (şah, xan, sultan) məxsus zireh karxanalarından əlavə, iri
şəhərlərdə fərdi zireh emalatxanaları da fəaliyyət göstərmişdir.
Azərbaycanın ənənəvi
odlu silahları (
tüfəng, tapança, top) həmçinin, atəşsaçma üsuluna
görə
«çaxmaqlı» və
«pistonlu» olmaqla iki qismə bölünür.
Odlu silahlar meydana gələndən sonra ənənəvi soyuq silahların (
nizə, ox, kaman, təbərzin,
toppuz, şeşpər və s.) bir qismi aradan çıxmış, yalnız xəncər və qılınc istehsalı davam
etdirilmişdir. Odlu silah istehsalının genişlənməsi nəticəsində bir sıra əsləhə növləri (dəbilqə,
qalxan, qolçaq, cövşən və s.) həmçinin, gərəksiz olmuşdur.
Odlu silahların meydana gəlməsi ilə əlaqədar Azərbaycanın ənənəvi silahqayırma sənətində
ixtisaslaşma baş vermiş,
tüfəngsazlar tədricən soyuq silah ustalarından ayrılmağa başlamışdır.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın silahqayırma sənətində daha bir ciddi
dəyişiklik də baş vermişdir. Qafqaz müharibəsindən sonra odlu silah istehsalının qadağan
olunması
94
ilə əlaqədar olaraq, soyuq silah istehsalı daha çox
bıçaqçılıq, odlu silah istehsalı isə
çilingərlik səciyyəsi kəsb etməyə başlamışdır.
Dostları ilə paylaş: