42
cəmləşmişdir. Son orta əsrlərdən başlayaraq mərkəzi dövlət nəzdindəki silah karxanalarından
əlavə, ölkənin ayrı-ayrı bölgələrində fərdi silahsazlar da fəaliyyət göstərirdi. Ölkəmizdə yerli
silahqayırma sənəti Rusiya işğalınadək davam etmişdir. Şimali Azərbaycan şəhərləri arasında
Şamaxı, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Bakı, Gəncə, Lənkəran, Quba ustaları bu sahədə xüsusi
şöhrət qazanmışdılar.
XIX əsrin 30-cu illərinə aid bir mənbədə Şamaxı şəhərində 26 nəfər silahqayıran ustanın
işlədiyi xəbər verilir. Bunlardan 5 nəfəri təbərzin, 9 nəfəri xəncər, 12 nəfəri isə qundaq ustası
idi.
71
XIX əsrin birinci yarısında Azərbaycanın bir sıra şəhərlərində silah ustalarının sayının
artmasına baxmayaraq, bu irəliləyiş, əsasən,
soyuq silah, xüsusilə xəncər istehsalının
genişlənməsi hesabına baş vermişdi. 1849-cu ildə Şamaxı şəhərində silah ustalarının sayı 66
nəfərə çatırdı.
72
İşğala məruz qalmasına baxmayaraq, Azərbaycanın digər şəhərlərində də silahsazlıq sənəti
davam etməkdə idi. 1848-ci ildə təkcə Şəkidə 13 nəfər silahqayıran usta çalışırdı.
73
Həmin
dövrdə Şuşa, Naxçıvan, Ordubad şəhərlərinin hər birində hələ də 2-3 nəfər silah ustası işləyirdi.
74
XIX əsrin birinci yarısında Azərbaycanda odlu silah istehsalı məhdud səciyyə daşımasına
baxmayaraq, bir sıra istehsal mərkəzlərində o yüksək inkişaf səviyyəsinə çatmışdı. Uzun lüləyə
malik olan yerli tüfənglər möhkəmliyi, sərrast atəşi və gülləsinin uzaq məsafəyə süzməsi ilə
fərqlənirdi. O.V. Markqrafın yazdığına görə, Qafqaz müharibəsi (1817-1864) zamanı yerli
tüfənglər məhz bu cəhətdən rus qoşunlarının silahlandığı süngülü tüfənglərdən üstün idi.
75
XIX əsrin 20-30-cu illərində Azərbaycanda odlu silah istehsalı mərkəzləri arasında Lahıc
kəndi xüsusilə fərqlənirdi. Həmin dövrdə burada 8 silah emalatxanası fəaliyyət göstəriridi.
76
O
zamankı statistik ədəbiyyatda «zavod» adı ilə təqdim edilən həmin emalatxanaların hər birində
silahsaz ustadan başqa bir neçə nəfər kargər və şagird çalışırdı. Lahıc ustalarının hazırladığı
silahlar bütün Şirvan, Şəki, Quba, Qarabağ, Bakı əyalətlərində, Dağıstan və İranın bir sıra
yerlərində məşhur idi.
77
Bu tip kustar silah «zavod»ları Azərbaycanın digər şəhərlərində də
qeydə alınmışdır. O Yevetskinin yazdığına görə XIX əsrin 30-cu illərində Şəkidə bir neçə silah
zavodu (emalatxana –A.M.) işləyirdi.
78
D.Zubaryevin yazdığına görə, Qarabağın Çiləbürt
mahalında tüfəng və tapança lüləsi hazırlamaqla 1 nəfər usta məşğul olurdu. Onun 4
nəfər
köməkçisi var idi. Bundan başqa, Vəng və Şeşgirt kəndlərinin hərəsində bir nəfər tüfəng süngüsü
hazırlayan usta var idi.
79
XIX əsrin son rübündə Azərbaycanda silah istehsalının kəskin surətdə azaldığı nəzərə
çarpır. Silahsazlıq sahəsində baş verən tənəzzül təkcə Lahıc və Şamaxı karxanalarını deyil, digər
silah istehsalı mərkəzlərini də bürümüşdü. Akademik Ə.S.Sumbatzadə arxiv sənədlərinə
əsaslanaraq, XIX əsrin 80-ci illərində Şamaxıda 2 nəfər, Bakıda 3-4 nəfər, Lənkəranda 2 nəfər,
Gəncədə 8 nəfər, Şuşada 1 nəfər, Şəkidə 11 nəfər silah ustası işlədiyini xəbər verir.
80
XIX əsrin
80-ci illərində az miqdarda silah ustası kənd yerlərində də qeydə alınmışdır. 1885-1886-cı illərdə
Ərəş qəzasının Ağdaş kəndində 3-4 nəfər silah ustasının çalışdığı və bunlardan 3 nəfərinin
bilavasitə xəncər istehsalı ilə məşğul olduğu o zamankı dövri mətbuatdan aydın görünür.
81
Xəncər istehsalı sahəsində sabiq Nuxa qəzasının Küsnət kəndi də məşhur idi. Küsnət ustalarının
hazırladığı xəncərlər nəinki yerli bazarlarda satılır, habelə Şuşa və Tiflis şəhərlərinə də ixrac
olunurdu.
82
XIX əsrin 80-ci illərində Qutqaşendə (indiki Qəblə şəhəri –A.M.) cidalı əsa
hazırlanır, Xaçmaz kəndində isə odlu silah-tüfəng istehsal olunurdu.
83
Silah istehsalına dair mövcud statistik materiallar XIX əsrin ikinci yarısında Azərbaycanda
tüfəngsazlıq sənətinin tənəzzülə uğradığını göstərir. Ə.S.Sumbatzadə bu tənəzzülün başlıca
səbəbini həmin dövrdə Avropa və Rusiyanın silah zavodlarında istehsal olunan daha təkmil odlu
silahların satışının genişlənməsi ilə izah edir.
84
Bu cəhət, yəni odlu silah istehsalının azalması
faktı XIX əsr müəlliflərinin də diqqətindən yayınmamışdır. Həmin dövrdə Zaqafqaziyada tüfəng
və tapança istehsalının tənəzzülə uğramasının səbəbini K.Xatisov nisbətən ucuz başa gələn Tula
və Belçika ixrac mallarının rəqabətində görürdü.
85
A.S.Piralov isə yerli silahqayırma sənətinin
tənəzzülə uğramasının başlıca səbəbini Rusiya və xaricdən ixrac
olunan yüksək keyfiyyətli
zavod məmulatının rəqabəti ilə yanaşı, Qafqaz müharibəsindən sonra burada odlu silah
istehsalının qadağan edilməsində görürdü.
86
Yerli silah istehsalının, o cümlədən tüfəngsazlıq
sənətinin süqut etməsi səbəbləri arasında bu amil daha önəmli rol oynamışdır.
43
Silahqayırma sənətində başlıca məsələlərdən biri yüksək keyfiyyətli poladın əldə edilməsi
və ondan istifadə üsulunun mənimsənilməsi idi. Silahın keyfiyyəti hər şeydən öncə, onun
hazırlandığı xammaldan asılı olduğundan istər soyuq,
istərsə də odlu silah istehsalçıları bu cəhətə
xüsusi diqqət yetirirdilər. Ona görə də silahqayırma sənətində xammal tədarükü zamanı çox vaxt
xam dəmirə nisbətən işlənib sıradan çıxmış köhnə metal məmulatı qırıntılarına daha çox
üstünlük verilirdi. Xüsusilə istifadə nəticəsində korlanıb sıradan çıxmış «nalpara»
∗
adlanan
köhnə nal parçaları silah ustalarının ən etibarlı xammal növü sayılırdı. Məhz bu səbəbdən də
keçmişdə nalbəndlər köhnə nalları toplayıb silah ustalarına satırdılar. Səbəbi indiyədək tam
aydınlaşdırılmayan bu empirik təcrübənin səmərəli cəhəti bundan ibarət idi ki, nalparadan
xaspolad daha asan əldə edilirdi. Görünür, işlənmə zamanı reaksiya nəticəsində nalın
kimyəvi
tərkibində dəmirin miqdarı azalır və o, polad keyfiyyəti kəsb edirdi. Yüksək istehsal keyfiyyətinə
malik olan köhnə xammalı polada qatmaqla, silah istehsalı üçün zəruri olan olduqca sərfəli yeni
metal-dəmirqarışıq polad əldə olunurdu. Silah ustaları xaspolad keyfiyyəti kəsb etmiş bu metal
növünü çox vaxt «qaynaq dəmiri» adlandırırdılar. Xalq empirik təcrübəsi əsasında hazırlanan
yeni metal əslində dəmirdən daha çox sərtlik xassəsini itirmiş yumşaq poladı xatırladırdı.
Qaynaq yolu ilə əldə olunmuş metalın bu xüsusiyyəti isə silah istehsalı üçün olduqca vacib
şərtlərdən sayılırdı.
Bununla belə, köhnə dəmir ehtiyatının kifayət etməməsi üzündən yerli silah emalatxanaları
xam dəmir və polad tədarükü qayğısından tam azad deyildilər. Yerli dəmir istehsalı çətin, həm
də baha başa gəldiyindən və məhdud səciyyə daşıdığından Azərbaycanın silah emalatxanalarında
idxal yolu ilə əldə olunan əcnəbi xammala daim ehtiyac hiss olunurdu. Orta əsrlər boyu
Azərbaycana dəmir və polad Türkiyə və Rusiyadan ixrac olunmuşdur.
87
Türkiyə vasitəsilə
gətirilən polad Osmanlı imperiyasının müxtəlif guşələrində (Rumıniya, Bolqarıstan, Suriya və s.)
hasil olunmasına baxmayaraq, Azərbaycana «Osmanlı poladı», yaxud «Dəməşq poladı» adı ilə
daxil olurdu. Həm də silah ustaları daha çox Dəməşq poladına üstünlük verirdilər.
XYIII-XIX əsrlərdə Azərbaycanın silahqayırma emalatxanalarının xammal təchizatından
bəhs edərkən belə bir faktı da qeyd etməliyik ki, Qərbi Azərbaycanda daha çox yerli,
Daşkəsən
dəmiri, ölkənin şərq əyalətlərində isə Rusiyadan idxal olunmuş xammal üstünlük təşkil edirdi.
Lakin XYIII əsrin əvvəllərindən başlayaraq işğalçılıq siyasətini genişləndirən Rusiya qonşu
ölkələri silah istehsalından məhrum etmək və onları hərbi cəhətdən zəif salmaq üçün Şərq
ölkələrinə dəmir və polad ixracını məhdudlaşdırmağa çalışırdı. I Pyotr İran və Xəzərsahili
əyalətlərin əhalisini silah istehsalı üçün zəruri xammaldan məhrum etmək məqsədilə özünün
1717 və 1719-cu il tarixli fərmanları ilə buraya dəmir ixracını qadağan etmişdi. Bu
məhdudiyyətlər XYIII əsrin ortalarınadək davam etmişdir.
88
Yalnız Rusiyaya sadiq olan bəzi
yerli hakimlər mərhəmət əlaməti olaraq Rusiyadan dəmir almaq səlahiyyəti əldə etmişdilər.
Y.Veydenbaumun söylədiyinə görə, XYIII əsrin 70-ci illərində Xəzərsahili vilayətlərin əhalisi
çox baha qiymətə olan dəmir, polad və qurğuşunu acgözlüklə alırdı.
89
A.S. Piralovun yazdığına
görə, cüzi metal qırıntısına burada çox vaxt olduqca qiymətli bir əşyanı almaq mümkün idi.
90
XIX əsrdə silah istehsalı üçün zəruri olan xammal Azərbaycana başlıca olaraq, Bakı
vasitəsilə Rusiyadan gətirilirdi.
91
Azərbaycanın xam dəmir və polad təchizatında sonralar da Rusiya həlledici rol oynamışdır.
Y.Veylenbaum akademik Abixə istinad edərək, Qafqazda dəmir filizi yataqlarından çox qədim
zamanlarda
istifadə olunduğunu söyləsə də, burada dəmirə həmişə böyük ehtiyac olduğunu, yerli
əhalinin uzaq ölkələrdən ixrac edilən bu xammalı çox yüksək qiymətə aldığını xəbər verirdi.
92
XIX əsrin 40-cı illərində Bakı şəhəri regionda dəmir ticarətinin başlıca mərkəzinə
çevrilmişdi. İran və Zaqafqaziya üçün zəruri olan xam dəmirin hamısı əvvəlcə Bakıya gətirilir,
sonra buradan quru və su nəqliyyatı vasitəsilə hər yana daşınırdı. Yerli dəmir istehsalı baha başa
gəldiyindən və onun istehsalı məhdud səciyyə daşıdığından rus dəmiri burada heç bir rəqabətlə
qarşılaşmırdı.
93
Dostları ilə paylaş: