Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə39/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   35   36   37   38   39   40   41   42   ...   194
Soyuq silahlar. Ənənəvi soyuq silahların xeyli hissəsini çox qədim tarixə malik olan bəsit 
zərbə  vasitələri (dəyənək, toxmaq, kötək, zopa  və s.) təşkil etmişdir. Lakin ağacdan 
düzəldilmələri səbəbindən onların ilk nümunələri zəmanəmizədək gəlib çatmamışdır. Bununla 
belə, zərbə silahlarının təkmilləşmiş növlərinin xeyli hissəsi (toppuz, toxmaq, şeşpər, gürz, 
əmud) mənşə etibarilə  dəyənək və toxmaqla bağlı olub, son orta əsrlərə  qədər özlərinin  əməli 
əhəmiyyətini itirməmişdir. 
Qədim və orta əsr hərb sənətində kütləvi səciyyə daşıyan yaraq növləri arasında  atma 
silahlar (sapand, yay-ox, nizə və s.) başlıca yer tutmuşdur. 
Sapand  uzaqvuran atma silahların  ən bəsit növü olub çox qədim zamanlarda  meydana 
çıxmışdır. Yumru və oval formalı  xırda çay daşları vaxtilə atma silah növü - mərmi kimi 
işlənmişdir. 
İlk vaxtlar əllə atılan daşın hədəfə çatma məsafəsini uzatmaq məqsədi ilə «sapand» adlanan 
xüsusi daşatma vasitəsi icad olunmuşdur. 
Neolit dövründə meydana gəldiyi güman olunan sapand üç hissədən: daş qoyulan «aya» və 
hər tayının uzunluğu 1 metrə çatan bir cüt hörmə «qol»dan ibarət hazırlanırdı. 
Qədim dövrdə sapandın qolu və enli «aya»sı lifli bitkilərdən, elastik ağac sıyrımından, 
sonralar isə ip və ya köşədən hörülərmiş.   
Sapand daşını atmaq üçün onun qollarından birinin ilgəkli ucunu sağ  əlin  şəhadət 
barmağına keçirib, digər ucunu əldə tutur və ayasına qoyulmuş daşı baş üzərində bir neçə dəfə 
fırladandan sonra ilgəksiz qolunu sərbəst buraxırdılar. Bunun nəticəsində daş sapandın ayasından 
çıxır və süzüb uzaq məsafəyə düşürdü. 
Tir-kaman. Atma silahların tipik nümunəsi olan yay-ox  hələ mezolit dövründə  bəlli idi. 
Mezolit abidələrindən çaxmaq daşından qəlpələmə üsulu ilə düzəldilmiş xeyli saplaqlı  ox 
ucluqlarına  təsadüf edilmişdir. Bu fakt, yəni daş saplaqlı ucluqların aşkar olunması atma 
silahların təkmilləşdiyini göstərməklə yanaşı, yay (kaman) və oxdan hələ mezolit dövründən 
etibarən istifadə olunduğunu təsbit edir. Şübhə yoxdur ki, ucu sürtmə yolu ilə itilənib  şiş hala 
salınmış  və ocaqda ütülərək möhkəmləndirilmiş  ağac  çubuq uzun müddət ucluqlu oxu əvəz 
etmişdir. 
Maraqlı haldır ki, sonralar tuncdan düzəldilən ox ucluqları həm tipoloji cəhətdən, həm də 
forma və quruluş etibarilə çaxmaq daşından hazırlanan saplaqlı  və qoşa qanadlı ox ucluqlarını 
təkrar etmişdir. Ox ucluqlarının bu cür qanadlı və itmil formada düzəldilməsi oxun havada yaxşı 
süzüb uzaq məsafəyə çatmasını təmin etməkdən əlavə, həm də hədəfə dərin batmasına və onun 
ölümcül yaralanmasına imkan vermişdir. 
Dəmir dövründə istehsal olunan ox ucluqları tipoloji cəhətdən, xüsusilə  də forma və 


 
45
quruluş etibarilə özlərinin daş və tunc sələflərindən o qədər də fərqlənmirdi. Qəlpələmə və yaxud 
tökmə üsulu ilə hazırlanan daş  və  ya tunc ucluqlardan fərqli olaraq, dəmir (polad) ucluqlar 
«istidöymə» texnikası ilə düzəldilirdi. 
Qədim tarixə malik olan fərdi döyüş vasitələrindən biri də  kəmənd olmuşdur. Məlum 
olduğu kimi, qədim və orta əsrlərin döyüş taktikasında ordu başçısını, yaxud onun sərkərdələrini 
kəməndə salmaqla, atdan yıxıb tutmaq, beləliklə də, sərəsgərini itirmiş döyüşçüləri tərən-pərən 
salmaq üsulundan geniş istifadə olunurdu. Bu taktiki fənd əlbəyaxa döyüş əməliyyatlarında çox 
vaxt rəqibi çaş-baş salmaqla qələbənin  əldə olunmasına və düşmənin basılmasına təminat 
yaradırdı. Ona görə  də keçmişdə döyüşən orduda digər hərbi təlim və savaş  fəndlərini təmrin 
edib mənimsətməklə yanaşı, sərrast kəmənd atmağı bacaran mahir kəməndçilər yetişdirilməsinə 
də qayğı göstərilirdi. Xüsusilə düşməni at belində  təqib edərkən kəməndin halqasını  rəqibin 
başına keçirmək  əməliyyatını  sərrast icra edə bilmək üçün «durbaş» adlanan uzun dəstəkli (4-
5m), iki barmaqlı yabaya oxşayan döyüş vasitəsindən istifadə olunurdu. Azərbaycanın orta əsr 
məişətinə, o cümlədən hərb sənətinə  dərindən bələd olan Nizami Gəncəvinin məşhur «hanı o 
kəmənd ki, durbaşı olmasın» mətləli beytindəki misradan aydın olur ki, o zamankı döyüşlərdə 
düşmənin sərəsgərini kəməndə salıb tutmaq və bu yolla savaşı udmaq üçün kəməndlə yanaşı, 
«durbaş» adlanan silah növü də gərək olurmuş.
95
 
Durbaşdan həm də düşmən kəməndini dəf edib ondan qorunmaq üçün müdafiə vasitəsi 
kimi də istifadə olunmuşdur. Bütün bunlardan əlavə, keçmişdə əsilzadə şəxslər ov zamanı bərk 
qaçan heyvanları (ceyran, cüyür, tur) kəməndə salmaq üçün durbaşdan istifadə edərmişlər. 
Nizə.  Qədim və orta əsr hərb sənətində  tətbiq olunmuş atma-sancma səciyyəli hücum 
silahları arasında nizə xüsusi yer tutmuşdur. Nizənin təkamül tarixinə nəzər saldıqda bəlli olur ki, 
o, ibtidai insanların vəhşi heyvanları ovlamaq üçün istifadə etdikləri ucu yonulub şiş hala 
salınmış toxmaqdan törəmişdir. Qədim insanlar ov aləti kimi işlətdikləri cidavari toxmağın təsir 
gücünü artırmaq məqsədi ilə ona daş və ya sümük ucluq, sonralar isə metal ucluq əlavə etmişlər. 
Bununla da ağac toxmaq tədricən ikili səciyyə  kəsb edərək ov alətindən soyuq silah növünə 
çevrilmişdir. 
Nizənin bir növü olan polad ucluqlu cida Azərbaycanda ərəb işğalları dövründən etibarən 
«mizraq» adlanmışdır. Yarpaqvari quruluşa malik olan cida (mizraq) ucluğu bir qayda olaraq, 
ağac dəstəyə keçirilirdi. Ona görə  də, onun «küp» rolunu oynayan saplağı boru formasında 
düzəldilirdi.  
Nizə tipli soyuq silah növləri  əlbəyaxa döyüşlərdə  həm sancma, həm də atma silah kimi 
istifadə olunmuşdur. Uzun dəstəkli nizə daha çox süvari silahı sayılırdı. Lakin əlbəyaxa döyüşdə 
ondan piyadalar da istifadə edirdilər. Kütləvi silah növü olması səbəbindən antik dövrə aid əsgər 
qəbirlərinin hər birində 7-10, bəzən daha çox nizə ucluqlarına təsadüf edilir.
96
 Alban döyüş-
çülərinin vaxtı ilə istifadə etidikləri yarpaqvari nizə ucluqları  ən çox Mingəcevir,  Şamaxı, 
Qəbələ, Nüydi, Uzunboylar, Qırlartəpə  və digər arxeoloji abidələrin nekropollarındakı torpaq 
qəbir- lərindən tapılmışdır.
97
 
Düşməni yaxın və uzaq məsafədən vurub yaralamaq üçün istifadə olunmuş alban 
nizələrinin ucluqları dəfnə yarpağı forma- sında uzunsov düzəldilmişdir. Müxtəlif ölçüyə malik 
olan nizə ucluqları, bir qayda olaraq, iki hissədən: boruşəkilli küp və ucu itmil hala salınmış yastı 
tiyədən ibarət düzəldilirdi. Nizə ucluğunun tiyəsinin ortası azca qabarıq olmaqla yanlara doğru 
getdikcə nazilir və kənarları iti kəsərli lövhə halını alırdı. Tiyənin bu forması onun hədəfə yaxşı 
sancılmasını təmin edirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin