Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə40/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   36   37   38   39   40   41   42   43   ...   194
Kəsici silahlar. Qədim və orta əsr hərb sənətinin  ən kəsərli və geniş yayılmış  kəsici və 
deşici yaraq növü xəncər və qılınc idi. 
Qılınc.  Əlbəyaxa savaşın  ən dəyərli, həlledici silah növü olmaq etibarilə  qılınc hələ tunc 
dövründə meydana çıxmışdır. Azərbaycanın tunc dövrü abidələrindən xeyli miqdarda tunc qılınc 
aşkarlanmışdır. 
Tunc qılınclar tökmə-qəlib üsulu ilə düzəldilməklə uzun tiyə  və «qəbzə» adlanan qısa 
dəstəyə malik idi. Tunc qılıncların tiyəsi, adətən, düz və ikiağızlı hazırlanır, onların qəbzəsinin 
üzərinə ağac, sümük və ya mis üzlük çəkilib bəzədilirdi. 
Mənşə etibarilə  xəncərdən törəyən qılınc,  əsasən, tiyəsinin uzun və enli olmasına, habelə 


 
46
qəbzəsinin formasına görə ondan fərqlənirdi. 
Düz tiyəli qılıncın uzunluğu 80-90 sm, bəzən də 1 m olurdu. Qılıncın qəbzəsinin hər iki 
üzünə  ağac və ya sümük üzlük, bəzən bundan əlavə,  qının ucuna xüsusi formalı metal ucluq 
bərkidilirdi.  
E.ə.I minilliyin əvvəllərindən etibarən qılınclar dəmir və poladdan istidöymə üsulu ilə 
hazırlanmağa başlamışdır. Arxeoloji materiallardan göründüyü kimi, erkən dəmir dövrünə aid 
qılıncların qəbzəsinin tuncdan, düz və ikiağızlı uzun tiyəsinin isə dəmirdən hazırlandığı nəzərə 
çarpır. Bundan fərqli olaraq, antik dövr qılınclarının qəbzəsi dəmirdən, tiyəsi isə  dəmirqarışıq 
poladdan düzəldilmişdir. 
Tiyəsinin formasına, görə polad qılınclar əyri və düz tiyəli olmaqla, bir-birindən seçilmişdir. 
Qədim türklərə məxsus olan əyri tiyəli qılınclar «gorda», yaxud «yatağan» adlanmışdır. Əyri tiyəli 
qılınclar, adətən, birağızlı düzəldilirdi. 
Ərəb işğalları dövründə Azərbaycanda «qəddarə» adlanan uzun və düz tiyəli qılınc növü 
xüsusilə geniş yayılmışdı. 
Qılınc, bir qayda olaraq, tiyəsinin formasına müvafiq qında saxlanırdı. 
Xəncər.  Əlbəyaxa döyüşdə digər soyuq silahlarla yanaşı, ikiağızlı  xəncərlər başlıca yer 
tuturdu.  İkili səciyyə daşıyan xəncər- dən həm hücum, həm də müdafiə  məqsədiilə istifadə 
olunmuşdur. Adətə görə keçmişdə həddi-büluğa çatandan sonra bütün kişilər yanlarında xəncər 
gəzdirirdilər. 
Dəstək (qəbzə) və tiyə olmaqla iki hissədən ibarət düzəldilən xəncərin tiyəsi nisbətən qısa, 
düz və ikiağızlı olmaqla, uca doğru tədricən nazilib itmil forma kəsb edirdi. Bu da onun sancma-
deşmə silah növü kimi işlənməsi lüzumundan irəli gəlirdi. Elə bu səbəbdən də sancılarkən qan 
çıxsın deyə xəncər tiyəsinin ortasına «nov» salınırdı. Xəncər tiyəsi bəzən qoşa novlu hazırlanırdı. 
Xəncər tiyəsi müxtəlif ölçülərdə düzəldilirdi. Qısa tiyəli xən- cər növü «qəmə» adlanırdı. 
Qəmənin tiyəsi bir qədər də  qısa olub bıçaq kimi istifadə edildikdə  «qəməlti» adlanırdı. 
Qəmədən fərqli olaraq, qəməlti kəsici  əmək aləti olmaqdan əlavə, yeri gəldikdə sancma silah 
növü kimi də işlənirdi. 
Qılınc kimi, xəncər də qında gəzdirilirdi. Bu məqsədlə xəncə- rin qınının yuxarı hissəsinə 
xüsusi olaraq metal «bənd» düzəldilib bərkidilirdi. 
Keçmişdə  xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst geyim komplektini 
tamamlayan dekorativ bəzək növü sayılırdı. Bu səbəbdən də onun qınının və qəbzəsinin yaraşıqlı 
görünməsinə xüsusi diqqət yetirilirdi. Odur ki, çox vaxt onların səthi zərgərlik üsulu ilə bəzədilib 
süstləndirilirdi. Orta əsrlərdə zadəgan zümrələri arasında qın və dəstəyi nəfis şəkildə bəzədilmiş 
polad xəncərləri qeyrət, hünər və alicənablıq nişanəsi kimi bir-birinə hədiyyə etmək dəb halını 
almışdı. 
Təbərzin.  Kəsici silahların tipik nümunələrindən biri olan təbərzin  hələ  tunc dövründə 
meydana gəlmişdir. Tunc təbərzin ilk vaxtlar tökmə-qəlib üsulu ilə, antik dövrdən etibarən isə 
həm də istidöymə üsulu ilə düzəldilmişdir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin