Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə36/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   32   33   34   35   36   37   38   39   ...   194
 
Yaraqlar 
Təhlükədən qorunmaq, yaxud başqasına hücum edib ona xətər yetirib zərərsizləşdirmək 
üçün döyüş-savaş vasitəsi olan silah çox qədim zamanlardan meydana gəlmişdir. 
Hələ daş dövrü insanları  dəyənək, toppuz, toxmaq, koğa, çomaq, yaba, sapand, sapand 
daşı, yay-ox və s. kimi bəsit zərbə, sancma və atma silah növləri düzəltmişlər. Onlar hətta daş və 
ya sümük «xəncər» kimi ilk kəsici-deşici silah növlərinin hazırlanması texnikasına da yiyələnə 
bilmişdilər. Azərbaycanın daş dövrü abidələrindən aşkar olunmuş çoxsaylı ibtidai silah növləri 
qədim insanların silahqayırma sahəsindəki ilk əməli təcrübəsindən soraq verir. 
Azərbaycan  ərazisinin zəngin təbii və  mədəni sərvətləri tarix boyu yadelli işğalçıların 
diqqətini özünə cəlb etmişdir. Ona görə də, yerli əhali aramsız olaraq, bitib-tükənmək bilməyən 
saysız-hesabsız hərbi yürüş və hücumlara məruz qalmışdır. Hətta o, dünya ağalığı təmənnasına 
düşmüş cahangir dövlətlərin, qüdrətli imperiyaların dəfələrlə münaqişə  məkanına, hərbi 
əməliyyat meydanına çevrilmişdir. 
Hər dəfə  məmləkət üçün təhlükə, təcavüz qorxusu yaranıb, savaş  məqamı yetişəndə igid 
ərlər, mərd  ərənlər silaha sarılıb vətən torpağını, onun sərvətlərini qorumalı olmuşlar. Savaş 
meydanlarında yağı düşmənlə üz-üzə gələn mərd igidlər əliyalın deyil, kəsərli, təkmil yaraqlarla 
silahlanar, hünər göstərib ad-san çıxarardılar. Məhz bu səbəbdən də, ölkəmizin qədim sakinləri 
daima silah-sursat, əsləhə tədarükü qayğısına qalır, onları təkmilləşdirməyə çalışırdılar. Bütün bu 
səylərin nəticəsində ölkəmizdə  müdafiə  və  hücum  silahlarının müxtəlif tipoloji növləri 
yaranmışdır. Yurdumuzun müxtəlif guşələrində aparılan arxeoloji qazıntılar zamanı  qədim daş 
dövründən başlamış son orta əsrlərədək  ənənəvi yaraqların zəngin tipoloji növləri aşkar 
olunmuşdur. 
Arxeoloji materialları yazılı  mənbələrdəki məlumatlarla tutuşdurduqda bəlli olur ki, 
dəmirin kəşf olunmasından sonra, xüsusilə, antik dövrdə qonşu  Şərq ölkələrində olduğu kimi, 
Azərbaycanda da soyuq silahların bütün tipoloji növlərinin təşəkkülü prosesi başa çatmışdır. 
Bundan sonra ənənəvi yaraq istehsalında baş verən irəliləyiş onların tipoloji dəyişməsində deyil, 
əsasən, keyfiyyət etibarilə təkmilləşməsində özünü büruzə vermişdir. 
Yunan coğrafiyaşünası Strabon e.ə.I əsrdə baş vermiş bir döyüşdə albanların 60 min piyada 
və 22 min nəfərlik süvari qoşunla Roma sərkərdəsi Pompeyə qarşı vuruşduqlarını xəbər verərək 
yazırdı ki, alban döyüşçüləri yay-ox, zirehli geyim, uzunsov qalxan və üzərinə gön çəkilmiş 
dəbilqədən istifadə edirdilər.
65
 
Alban döyüşçülərinin o zamankı silah növlərindən bəhs edən Strabon süvari həvəskarı olan 
albanların savaş zamanı  zirehə  bürünmüş atlardan istifadə etdiklərini də  xəbər verməyi 
unutmamışdır.
66
 
Roma tarixçisi Plutarx e.ə. 66-cı ildə romalıların Albaniyaya hərbi yürüşündən bəhs 
edərkən Alban hökmdarının qardaşı Kozisin 60.000 piyada və 12 min süvaridən ibarət orduya 
başçılıq etdiyini və Roma sərkərdəsi ilə  əlbəyaxa döyüşdə nizə ilə onu vurub ölümcül 
yaraladığını xəbər verir.
67
 
Azərbaycanın qədim və antik dövrə aid arxeoloji abidələrindən (Mingəçevir,  Şamaxı, 
Nüydi, Qırlar, Uzunboylar adlı yaşayış yerlərindən, habelə Qəbələ, Quba, Şəmkir, Lənkəran və 
Lerik rayonlarındakı nekropollardan) külli miqdarda soyuq silah və  əsləhə növləri:  qılınc, 
xəncər, yay-ox, nizə, mizraq (cida), cəng yabası, sapand daşları, «durbaş» adlanan ikipərli nizə 
ucluqları, kəməndsalan, kəməndqaytaran,  habelə bir sıra müdafiə  ləvazimatı:  dəbilqə, cövşən, 
qolçaq, qalxan  və s. aşkar edilmişdir.
68
 Bu cəhətdən Ağsu rayonundakı  Qırlar kəndi 
yaxınlığındakı şəhərgahda aparılmış arxeoloji qazıntılar zamanı qəbir abidələrindən aşkar edilən 


 
41
silah-sursat növləri xüsüsi maraq doğurur. Buradakı torpaq qəbirlərdən iki ədəd dəmir qılınc, iki 
ədəd xəncər, nizə  və ox ucluqları, sümükdən düzəldilmiş kaman hissələri, ikibarmaqlı  cəng 
yabası, sapand daşları, hətta kəsici silahları itiləmək üçün bülöv daşı da tapılmışdır.
69
 
Azərbaycan ərazisində arxeoloji abidələrdən əldə olunmuş soyuq silah və sursat qalıqlarını 
yazılı  mənbə  və etnoqrafik məlumatlarla tutuşdurduqda məlum olur ki, ənənəvi yaraq növləri 
təkcə tipoloji cəhətdən deyil, istehsal texnologiyasına görə də böyük təkamül yolu keçmişdir. 
Azərbaycan yaraqlarının təkamül tarixində baş verən bu irəliləyiş  hücum  (kəsici, deşici, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin