Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə33/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   29   30   31   32   33   34   35   36   ...   194
xırmandaşı düzəldilirdi. 
Daş mədənlərinə yaxın olan kəndlərdə daşdan, həmçinin, hovuz, nov, novça (şırdan), axur, 
qıstab və s. hazırlandığı qeydə alınmışdır. 


 
38
Daşdan, habelə xatirə abidələri (başdaşı, sinədaşı, sənduqə) düzəldilirdi. Bu ənənələr indi 
də davam etdirilməkdədir. Təkcə  sənduqə sinə daşı ilə  əvəz olunmuşdur. Bundan əlavə, orta 
əsrlərdə  qəbirüstü abidə kimi geniş yayılmış  at   qoç heykəlləri son orta əsrlərin axırlarında 
aradan çıxmağa başlamışdır. 
Azərbaycanda ağac məmulatı istehsalı qədim tarixə malikdir. Azərbaycan meşələri istehsal 
əhəmiyyətli ağac növlərinin - qarağac, palıd, göyrüş, vələs, çökə, dəmirağacı, zoğal, alça, 
yemişan,  əzgil,  şabalıd, qoz, fındıq, fıstıq (pir) və s. zəngin ehtiyatına malikdir. Bu qiymətli 
xammaldan tarixən müxtəlif növ ev avadanlığı və mətbəx ləvazimatı hazırlanmışdır. 
Əhalinin keçmiş məişətində, xüsusilə varlı ailələrdə ağacdan düzəldilmiş beşik, miz, masa, 
taxt  (ağac çarpayı, login) kürsü  və s. kimi ev avadanlığı mühüm yer tuturdu. Məişət 
müxəlləfatının bu növləri şəhər əhalisi arasında, ələlxüsus kübar ailələrdə daha geniş yayılmışdı. 
Yüngül və qaim ağac növlərindən hazırlanan nehrəni düzəltmək üçün yoğun ağac 
kötüyünün tərəfdən onun içini «əydi» adlanan xüsusi alətlə yonub çıxarırdılar. Sonra onun hər 
iki başına girdə qapaq düzəldib bərkidirdilər. Ağac nehrə «çatma» və ya «çatma ayağı» adlanan 
3  ədəd başı haça ağacdan asılmaqla çalxanırdı. Bunun üçün çatmalar başbaşa çatılandan sonra 
nehrə sicim vasitəsilə onlardan asılır və içərisi ağartı ilə doldurulurdu. 
Ağacdan düzəldilmiş cürbəcür  mücrü, sandıq, sandıqça, rəhil, ovşala qaşığı  və s. kimi 
məişət əşyaları zərif oyma nəqşlərlə bəzədilirdi. 
Keçmiş  məişətdə  işlənən ağac məmulatı arasında  taxıl çanağı  (daqqa),  qənd çanağı, 
həvəngdəstə xüsusi yer tuturdu. 
Qənd çanağının ortasındakı  çıxıntının üzərində xüsusi qənd çəkici ilə  qənd sındırılırdı. 
Qənd çanağı formaca girdə  və dördkünc olmaqla, iki cür hazırlanırdı. Kəllə  qənd iri qəlpələrə 
parçalandıqdan sonra tabağa tökülüb qənd çanağında xırda doğranırdı. 
Azərbaycanda  saxsı  məmulatı istehsalı özünün əməli  əhəmiyyətini sonralar da qoruyub 
saxlamışdır. Ev məişətinin elə bir sahəsi yox idi ki, orada dulus məmulatı işlənməsin. Bu cəhət 
orta  əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının da diqqətini cəlb etmişdir.
55
  Zəngin 
çeşidə malik olan dulus məmulatı  hər  şeydən öncə, məişət ehtiyaclarını  təmin etməkdən irəli 
gəlmişdir. Ona görə  də Azərbaycanın dulus ustaları  əhalinin zəruri məişət və  təsərrüfat 
ehtiyaclarını ödəmək üçün müxtəlif növ saxsı məmulatı istehsal etmişlər.  
Ənənəvi  metal  məmulatının xeyli hissəsini dəmir  əşyalar təşkil edirdi. Bunların böyük 
əksəriyyəti qədim tarixə malik olub, əhalinin ev məişəti və  təsərrüfat həyatında geniş yer 
tutmuşdur. Bunların arasında balta, dəhrə, çapacaq, bıçaq, qəndqıran çəkic, ərsin, qıra (koğa) və 
s. mühüm yer tuturdu. 
Bundan əlavə, keçmiş ev məişətində bir sıra dəmir məmulatı: sac, sacayağı, şiş, qiyməkeş 
(poladdan), bıçaq, qırxılıq, qənd qayçısı, parça qayçısı, qırxılıq, manqal, maşa, xəkəndaz və s. 
işlənirdi. 
XIX  əsrdə  dəmir məmulatının başlıca istehsal mərkəzləri arasında  Şamaxı  qəzasının 
Dəmirçi və  Əhən kəndləri, Yelizavetpol (Gəncə) qəzasının Bayan, Quşçu, Seyid və Daşkəsən 
kəndləri,
56
 Cavanşir qəzasının Kasapet kəndi, Cəbrayıl qəzasının Hadrut kəndi,  Şuşa qəzasının 
Ağdam icması, Nuxa qəzasının Küsnət kəndi xüsusilə fərqlənirdi.
57
 
Ənənəvi dəmir məmulatı arasında başlıca çörəkbişirmə vasitəsi olan sac  mühüm yer 
tuturdu. 
Dairəvi formada olub, ortası azacıq qabarıq şəkilə salınmış sacda yayma (yuxa), xamralı, 
lavaş, çitqa və s. çörək növləri bişirməkdən  əlavə,  ət, göy və balqabaq qutabı, fəsəli, kökə, 
maxara və s.də bişirilirdi. Keçmişdə sac bütün ailələrdə işlənirdi.
58
 Xüsusilə köçəbə (elat) məişəti 
üçün sac ən sərfəli çörəkbişirmə vasitəsinə çevrilmişdir. Metal sac mənşə etibarilə qədim dövrün 
gil saclarından törəmişdir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin