Kəllə, gövdə və ətraflarım skeleti plan



Yüklə 172,2 Kb.
səhifə1/7
tarix03.03.2023
ölçüsü172,2 Kb.
#86533
  1   2   3   4   5   6   7
Başın skeleti


Kəllə, gövdə və ətraflarım skeleti
PLAN:
1.Kəllənin beyin və üz hissəsinin sümükləri.
2. Gövdənin skeleti.
3.Aşağı ətrafların azad və qurşaq hissəsi.
4. Yuxarı ətrafın azad və qurşaq hissəsi.


ƏDƏBİYYAT

  1. K.Balakişiyev. İnsan anatomiyası. Bakı, 1998.

  2. K.Hacıyeva. İnsan anatomiyası. Bakı, 1974.

  3. M. Sanin. Anatomiə çeloveka. Moskva, 1986.



Kəllə-müxtəlif mənşəli və funksiyalı, bir-birilə fasiləsiz birləşmələr vasitəsilə birləşmiş sümüklərdən təşkil olunmuşdur. Kəllə baş beyin və duyğu orqanları üçün tutacaq, həzm və tənəffüs orqanlarına məxsus istinad və mühafizə funksiyalarını yerinə yetirir. Kəllənin topoqrafik nisbətdə 2 hissəsi vardır:beyin şöbəsi və üz şöbəsi.
Kəllənin beyin hissəsinin yuxarı hissəsi kəllə qapağı, aşağı hissəsi isə kəllə əsası adlanır.
Kəllənin beyin hissəsi 4 tək və 2 cüt sümüklərdən təşkil olunmuşdur. Tək sümüklərə: alın sümüyü, əsas sümük, ənsə sümüyü, xəlbir sümük, cüt sümüklərə: təpə sümüyü və gicgah sümüyü aiddir. Bu sümüklərdən alın, gicgah sümüklərinin pullu hissələri, ənsə sümüyünün pulunun bir hissəsi və təpə sümüyü kəllə qapağını, ənsə, alın, gicgah və xəlbir sümüklərinin bir hissələri, əsas sümüklə birlikdə kəllə əsasını təşkil edirlər.
- Təpə sümüyü – cüt sümüklərdən olub kəllə qapağının orta hissəsini təşkil edir və formaca 4 bucağa bənzəyir.
-Ənsə sümüyü kəllənin dal hissəsini təşkil edən tək sümük olub 4 hissədən ibarətdir. Əsas hissə, yan hissələr, ənsə pulu.
-Alın sümüyü – kəllə qapağının ön hissəsini təşkil edən təksümük olub 4 hissədən ibarətdir. 1. Alın pulu 2-göz yuvası hissələri və bunların arasında yerləşən 1 burun hissə.
Alın pulunun 3-xarici, daxili və gicgah səthi vardır. Alın pulu göz yuvası hissələrindən göz yuvasıüstü kənar vasitəsilə ayrılır. Göz yuvası hissələr nazik sümük səfhələri olub göz yuvasının yuxarı divarını təşkil edir. Bu hissələrin arasında xəlbir sümüyünün xəlbir səfhəsinə məxsus oyma, göz yuvası səthinin bayır tərəfində isə göz yaşı vəzinə məxsus çuxurcuq vardır.
-Gicgah sümüyü-cüt sümüklərdən olub, kəllənin yan hissələrini təşkil edir. Bu sümük 3 hissədən ibarətdir. Pulu hissə, daşlıq hissə və təbil hissə. Bu hissələr bir-birilə xarici qulaq dəliyi ətrafında birləşir. Xarici qulaq dəliyi içəriyə doğru xarici qulaq keçəcəyinə keçir.
- Əsas sümük – tək sümüklərdən olub kəllə əsasının ortasında üfiqi vəziyyətdə yerləşir. Bu sümük cisimdən, 1 cüt böyük qanadlardan, 1 cüt kiçik qanadlardan və 1 cüt də qanadabənzər çıxıntıdan ibarətdir. Cisminin yuxarı səthi türk yəhəri adlanır. Türk yəhərinin ortasında hipofizə (beyin artımına) məxsus çuxur, yan tərəflərində isə yuxu şırımları yerləşir və ön hissəsi yəhər qaşı, dal hissəsi isə yəhərarxası adlanır. Əsas sümüyü cisminin daxilində beyin sinirlərinə məxsus girdə və oval dəliklər və arteriyaya məxsus tin dəliyi vardır və burada görmə kanalı da yerləşir.
- Xəlbir sümüyü – tək sümük olub alın sümüyünün göz yuvası hissələrinin arasında yerləşir və özü də xəlbir səfhədən onun ortasından aşağıya doğru gedən perpendikulyar səfhədən və bundan yanlara yerləşən labirintlərdən təşkil olunmuşdur.
Xəlbir səfhə üfiqi istiqamətdə yerləşərək, kəllə boşluğuna doğru baxır. Bunun üzərində 18-20-yə qədər qoxu dəlikləri yerləşir.

Üz kəlləsində göz yuvaları, burun və ağız boşluqları, gicgahaltı və qanadabənzər-damaq çuxurları vardır. Kəllənin üz hissəsinin skeleti 6 cüt və 3 tək sümüklərdən təşkil olunmuşdur.

Yüklə 172,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin