Kəllə, gövdə və ətraflarım skeleti plan



Yüklə 172,2 Kb.
səhifə4/7
tarix03.03.2023
ölçüsü172,2 Kb.
#86533
1   2   3   4   5   6   7
Başın skeleti

Aşağı ətrafın skeleti. Aşağı ətrafın skeleti 2 hissəyə bölünür:

  1. Çanaq qurşağı

  2. Aşağı ətrafın azad hissəsi.

Çanaq qurşağı sümüklərinə bir cüt çanaq sümükləri aiddir. Aşağı ətrafın azad hissəsi bud sümüyü, baldırda qamış və inci sümükləri yerləşir. Ayaq isə 3 hissəyə bölünür.
1. Ayaq daraqarxası 2 ayaq darağı, barmaqlar.
Çanaq sümüyü – sirkə kasası ətrafında birləşmiş 3 hissədən ibarətdir. 1. qalça sümüyü. 2. oturaq sümüyü. 3. qasıq sümüyü.
1. Qalça sümüyü çanaq sümüyünün sirkə kasasından yuxarı yerləşən hissəsini təşkil edir. Bunun sirkə kasasını əhatə edən hissəsinə qalça sümüyü qismi, yuxarı enli hissəsinə isə qalça qanadı deyilir. Qalça qanadının yuxarı kənarı qalça darağı adlanır.
Qalça qanadının daxili səthi bası qolub, qalça çuxuru adlanır. Bayır səthi isə kələ-kötür olub üzərində əzələlərinin başlanğıcına məxsus xətləri vardır. Qalça qanadının dal hissəsində oma sümüyü ilə birləşməyə məxsus seyvanabənzər səth və yuxarı tərəfə qalça qabarıqlığı yerləşir.
2. Oturaq sümüyü çanaq sümüyünün sirkə kasasından aşağı və dala yerləşən hissəsi olub, cisimdən və şaxədən ibarətdir. Oturaq sümüyü cismi ilə şaxəsinin birləşən yerinin aşağı hissəsi oturaq qabarı adlanır. Oturaq qabarından yuxarı oturaq tipi yerləşir ki, bu da böyük oturaq oymasını, kiçik oturaq oymasından ayırır.
3. Qasıq sümüyü çanaq sümüyünün sirkə kasasından önə yerləşən hissəsi olub 1 cisimdən və iki-yuxarı və aşağı şaxələrdən ibarətdir.
Qasıq və oturaq sümükləri birlikdə qapanan dəliyi əhatə edir. Qasıq sümüyünün yuxarı şaxəsinin altında, yəni qapanan dəliyə baxan hissəsində qapayıcı şırım yerləşir.
Qalça oturaq və qasıq sümükləri 16 yaşına qədər bir-birilə qığırdaq vasitəsilə birləşir. Lakin, 16 yaşından sonra sümükləşmə nəticəsində bu 3 sümükdən 1 çanaq sümüyü əmələ gəlir.
Bud sümüyü-bədəndə olan ən uzun və ən canlı sümükdür. Başqa uzun sümüklər kimi bud sümüyü də 1 cisimdən-diafizdən və 2 ucdan epifizdən ibarətdir. Bud sümüyünün yuxarı kürəvi ucu bud sümüyü başı adlanır.
Bud sümüyünün cismi silindirəbənzər olub, ön səthi hamar və qırıq, dal səthi isə kələ-kötür və basıqdır. Dal səthində bayır və içəri dodaqlardan təşkil olunmuş boylama istiqamətdə kələ-kötür xətt yerləşir.
Bud sümüyünün aşağı ucu nisbətən canlı olub, içəri və bayır kondiluslardan təşkil olunmuşdur. Bud sümüyünün aşağı ucunun ön tərəfində diz qapanıa məxsus oynaq səth, dal səthində isə üçbucaq şəklində dizaltı səth vardır.
Qamış sümüyü – üçtərəfli uzun sümük olub, baldırın içəri tərəfində yerləşir. Yuxarı canlı ucu bud sümüyü ilə birləşməyə məxsus içəri və bayır kondiluslardan təşkil olunmuşdur. Bayır kondilusun bayır tərəfində incik sümüyü ilə birləşməyə məxsus oynaq səth vardır.
Qamış sümüyünün cismi 3 tərəfli olub, üzərində 3 kənar (ön, içəri, bayır) və 3 səth (içəri, bayır və dal) ayırd edilir. Ön kənar iti olub, sümük boyu uzanır. Aşağı ucun içəri tərəfində içəri topuq, bayır tərəfində incik sümüyünə məxsus və alt tərəfində aşıq sümüyü birləşməyə məxsus oynaq səthlər vardır.
İncik sümüyü. İncik sümüyü uzun və nazik sümük olub baldırın bayır tərəfində yerləşir. Yuxarı ucu piramid şəkildə olub incik sümüyü başını, aşağı ucu isə bayır topuğu əmələ gətirir.

Yüklə 172,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin