Beynəlxalq elmi-praktik konfrans 01-02 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Texnologiya Universietində “Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Texnologiya Universieti, İstanbul Texniki Univesiteti və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konfrans Göygölün yaranmasının 877 illiyinə həsr olunur.
Kofransın panelləri aşağıdakılardır:
- Qida məhsulları texnologiyası, iaşə və turizm sənayesi
- Standartlaşdırma və ekspertiza sənayesi
- İstehlak mallarının texnologiyası sənayesi
- Rabitə və informasiya texnologiyaları sənayesi
- Maşınqayırma texnologiyası sənayesi
- Metallurgiya sənayesi
- Ekologiya
- İqtisadiyyat və idarəetmə
Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi format daxilindədir.
Tezislərə tələblər:
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi və iş yeri tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər 15 iyul 2016-cı ildən gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir: e-mail: conference@atu.edu.az
Təqdim olunan materiallar geri qaytarılmır. Tezislərin qəbulu haqqında məlumat 20.07.2016-cı ilədək veriləcək. Tam məqalələr 01.09.2016-cı ilə qədər qəbul olnacaq.
Məqalələrin yazılış qaydaları:
Mətnlər cüt məsafəli, A4 formatlı kağızın bir üzündə çap edilməlidir. Səhifələr ardıcıl rəqəmlərlə nömrələnməlidir. Mətnlər jurnal formatına uyğun tərtib edilməli və ingilis, azərbaycan və ya rus dillərində olmalıdır. Riyazi simvollar italik olaraq yazılmalıdır.
Mətnlər aşağıdakı formatda tərtib edilməlidir:
Başlıq səhifə
Xülasə və açar sözlər
Mətn
Mənbə və istinadlar
Başlıq səhifədə məqalənin adı, müəlliflərin tam adı, tədqiqatın aparıldığı universitet(lər)in ünvan(lar)ı, poçt və elektron ünvanı, faks və telefon nömrələri qeyd edilməlidir.
Xülasə 300 sözdən artıq olmamaq şərti ilə mövzunun məqsəd, gedişat, əldə edilən yenilik və nəticələri ifadə etməlidir.
Açar sözlər 3-10 söz arası olmalıdır.
Mətnin əsas hissəsi aşağıdakı yarımbaşlıqlara ayrılmalıdır:
Giriş
Metodlar
Nəticə
Müzakirə
İstinad mənbələri
Məlumatlandırma hissəsində qrant və digər maliyyə dəstəkləri haqqında məlumat verilməlidir.
İstinadlar
Məqalənin dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5 dollar, Azərbaycan vətəndaşları üçün isə hər səhifəyə görə 5 manatdır, məcmuənin dəyəri xarici vətəndaşlar üçün 20 dollar, azərbaycan vətəndaşları üçün isə 10 manatdır.
Ödəmə aşağıdakı rekvizitlər üzrə aparılır:
Dövlət Xəzinədarlıq Agentliyi
kod – 210005; VÖEN – 1401555071;
müxbir hesab – AZ41NABZ01360100000000003944;
S.W.I.F.T.BIK – STREAZE22;
alan müştəri – Azərbaycan Texnologiya Universiteti;
hesab – AZ86CTRE00000000000002160606; VÖEN – 2300343181