Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə58/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   54   55   56   57   58   59   60   61   ...   194
Xam ipək məmulatı. Yazılı  mənbələr orta əsrlərdə Azərbaycan  şəhərlərində istehsal 
olunmuş ipək parçaların bir qrupunun adını  zəmanəmizə çatdırmışdır. Onların bir qismi 
(siqlatun, xitai) gəlmə  mənşəyə malik olub, Azərbaycanda hələ monqol işğallarından xeyli 
əvvəllər istehsal olunmağa başlamışdır.  
 Azərbaycanda baramaçılıq məşğuliyyəti və bu zəmin əsasında ipək istehsalının hələ erkən 
orta  əsrlərdə geniş yayıldığı  nəzərə alınarsa, onda burada ipək parçaların zəngin çeşidlərinin 
mövcud olduğunu söyləmək olar. Lakin həmin dövrə dair yazılı  məxəzlərin qıtlığı  və mövcud 
mənbələrdə ümumən toxuculuq sənətinə, o cümlədən də ipək toxuma istehsalına dair 
məlumatların kasad olması  səbəbindən yerli ipək parçaların növləri, eləcə  də onların adları 
barədə müfəssəl məlumat azdır. Azərbaycandan bəhs edən erkən orta əsr  ərəb, fars, erməni 
mənbələri burada ipək, o cümlədən xam ipək məhsulunun bolluğu və ipək parçalar toxunduğu 
barədə konkretlikdən çox uzaq olan ümumi məlumat verməkdən irəli getmir. 
Erkən orta əsrlərdə Azərbaycanda xam ipəkdən toxunma zərif parça növləri barədə 
məlumatın məhdud olmasının bir səbəbi də əhalinin böyük əksəriyyətinin məişətində ev istehsalı 
olan keci parçaların üstün yer tutması ilə izah olunur. Baramadan keci sap hazırlamağı və ondan 
cecim tipli parçalar toxumağı, demək olar ki, hamı bacarırdı. Kütləvi istehsal səciyyəsi daşıyan 
keci parçaları  əldə etmək hamıya müyəssər olduğu halda, xam ipəkdən karxana şəraitində, 
mütəhərrik toxucu dəzgahlarında hazırlanan yüksək keyfiyyətli, zərif ipək parçaların başlıca 


 
66
müştərisi cəmiyyətin azlıq təşkil edən yuxarı zümrələri idi. Başqa sözlə, yüksək keyfiyyətli ipək 
parçalar məhdud daxili bazara malik olmaqla, əsasən, ixrac üçün istehsal olunmuşdur. 
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanın xam ipək parçalarına həm daxili, həm də 
xarici bazarda tələbat artdığından onların zəngin çeşidi və tipoloji növləri yaranmışdır. Orta əsr 
mənbələri Azərbaycan  şəhərlərində istehsal olunmuş ipək parçaların xeyli qisminin adlarını 
dövrümüzə çatdırmışdır. 
Bədi-texniki xüsusiyyətlərinə görə, Azərbaycanın kustar ipək parçaları istehsal texnikası 
baxımından güləbətin və tafta toxunuşlu olmaqla iki qrupa bölünür. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin