Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
  1   2   3   4   5   6   7   8   9   ...   75
informatika cavab01az



"İnformatika" fənnindən imtahan suallarının cavabları 

1. “İnformatika” elminin predmeti  haqqında ümumi məlumat 

İ

nsanın informasiyaya  münasibəti  informasiya emalının avtomatlaşdırılması  



mümkünlüyündən  sonra kökündən  dəyişməyə və inkişaf etməyə  başlamışdır. 

Bunun  da nəticəsində  yaradıcı və mütəxəssis  insanların  intelektual  fəaliyyətinin 

məhsulu kimi  informasiya  ehtiyatları  sürətlə  çoxalmağa  başlanmışdır.  

İ

nformatika  -    kompüterlərdən  və  şəbəkələrdən,  xüsusən  İnternetdən 

istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. 

 

“İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə 



informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını 

öyrənir. 

 

İ

nformatikanın fundamenti (əsası) - hesablama prosesləri və 



hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama 

elmləridir. 



Akademik B.M.Qluşkovun və B. S. Mixaleviçin  fikrinə görə  informatika  

kompüterləşdirilmiş  informasiya  sistemlərinin  fəaliyyətinin  

layihələşdirilməsinin,  işlənilməsinin,  yaradılmasının,  səmərəliliyinin  

qiymətləndirilməsinin, onun müxtəlif  sahələrdə  tətbiqinin və  təsirinin bütün  

aspektlərini öyrənən  kompleks elmdir.  

İnformatika  bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. 

İ

nformasiya  və  avtomatika  sözlərindən  yaranmış  İnformatika  (ingiliscə 

Informatics)  terminini  ilk  dəfə  fransızlar  (1960-ci  il)  avtomatlaşdırılmış 

informasiya  emalı  sahəsini  adlandırmaq  üçün  istifadə  etmişlər.  “İnformatika” 

termini  bəzi  hallarda  “Kompüter  elmləri”  (Computer  science)  termini  ilə 

eyniləşdirilir.  Hazırda  “İnformatika”  elmi  informasiya  emalı  proseslərinin 

(informasiyanın  toplanması,  ötürülməsi,  saxlanması,  dəyişdirilməsi,  ləğvi  və  s.) 

kompüter  texnikası  vasitələri  ilə  avtomatlaşdırılmasından  bəhs  edən  elm  sahəsi 

kimi formalaşmışdır. 

İ

nformasiya (latınca informatio)  ifadə olunma formasından asılı olmayaraq 

insanlar,  canlılar,  cansızlar,  faktlar,  hadisələr,  proseslər  və  s.  haqqında  olan 

məlumat  və  biliklərdir  Biliklər  isə  müəyyən  faktlar  və  onlar  arasındaki  asılılıqlar 

şə

klində ifadə olunur. 



İ

nsanlar  min  illər  ərzində  çox  boyük  həcmli  informasiyalar  toplamış  və 

onları müxtəlif üsul və vasitələrlə saxlamışlar. 

   İnformasiyanın  1)  faydalılıq,  2)  tamliq,  3)  həqiqilik,  4)  qiymətlilik,  5) 

təzəlilik və s. kimi xassələri vardır. 

   İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə 

formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. 

   İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və 

onu digər əlifbaya da keçirmək olar. 



İ

nformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə 

ifadə olunur.  




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin