nformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması
proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq
məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və
istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən
metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.
İ
nformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-
yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil
olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu,
informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya
resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış
serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN,
WAN, XML, HTTP və s. göstərmək olar.
Dostları ilə paylaş: |