Xanduz milli tikmələrin məhəlli növü olub, əsasən, Lənkəran-Astara bölgəsində geniş
yayılmışdır.
229
Bu texniki üsulla, başlıca olaraq, süfrə hazırlanırdı. Tikmə növünün adı da
buradan yaranmışdır.
Xanduz tikmə üsulunda əvvəlcə parçanın toxuma telləri müəyyən qaydada çıxarılıb
şəbəkələnir, sonra onun üzəri iynə, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sap
vasitəsilə işlənirdi.
Şəbəkələnmiş parça çox vaxt tikmə həvəskarlarının özləri tərəfindən hazırlanırdı. Bu
məqsədlə kətan parçanın əriş və arğacı say hesabı ilə, təkəmseyrək olmaqla, çıxarılıb seyrəldilir
və şəbəkə halına salınırıdı. Sonra həmin şəbəkəli parça vasitəsilə məmulat üzərində lazımi naxış
salınırdı. Bunun üçün usta əvvəlcə şəbəkəli parçanı qasnağa (kargaha) kip keçirilmiş məxmər,
atlaz, ağ, kətan və s. parça üzərinə qoyur, sonra əlində olan hazır naxış nümunəsinə baxaraq,
rəngli saplarla bəzəyi say hesabı ilə işləməyə başlayırdı. O, yeni ilmə əldə etmək istədikdə iynəni
say üzrə şəbəkəli saplardan eninə və bir də uzununa götürürdü. Çox vaxt iynə şəbəkəyə çəpəki
keçirilirdi.
230
Bunun sayəsində süfrə bəzəkli hala düşürdü.