Cülmə tikmə. Bəxyələmə texnikası əsasında hazırlanan tikmələrin məhəlli növlərindən
biri dəcülmə idi. Cülmə tikmələr ən çox Naxçıvan bölgəsində geniş yayılmışdı. Bu texniki üsul
ilə parça, yaxud əyin-baş geyimlərinin müvafiq hissələrinə (yaxa, ətək, qolağzı, cib və ətəyin yan
yarıqlarının kənarına) bəzək salınırdı. Bunun üçün müxtəlif rənglərə boyadılmış keci, yun və ya
pambıq sapların köməyi ilə məmulat üzərinə rəddi salınmış naxış növünün mühit xətti üzrə
ardıcıl davam etdirilən xırda və narın dairəciklər (cülmələr) əmələ gətirilərək lazımi bəzək-nəqş
motivi yaradılırdı.
Cülmə tikmə üçün qırmızı rəngli tafta və ya tirmə parça üzərində ağ rəngli sapla həndəsi,
yaxud nəbati motivli naxışlar salmaq daha çox səciyyəvi olmuşdur.
91
Cülmə texnikası ilə ən çox baş geyimləri (araqçın, şəbkülah, təsək) bəzədilirdi. Bəzən don
(arxalıq), tuman və küləcənin ətək, yaxa və qolağzı da cülmə tikməsi ilə bəzədilirdi.
224