89
dolanma vasitəsinə, sərfəli məşğuliyyət növünə çevrilmişdir. Bundan sonra
tikmə sənəti ilə təkcə
qadınlar deyil, həm də kişilər məşğul olmağa başlamışdır. Kişi məşğuliyyətinə çevrilən andan
etibarən tikməçilik dekorativ-tətbiqi sənətin ən kütləvi növünə çevrilmiş, peşəkar sənət sahəsi
kimi fəaliyyət göstərmişdir.
Yazılı mənbə və etnoqrafik materiallardan bəlli olduğu kimi, Azərbaycanda
bədii tikmə
texnikası XIX əsrdə də özünün əməli əhəmiyyətini itirməmiş, həm həvəskar ev peşəsi,
həm də
peşəkar sənət növü kimi öz fəaliyyətini davam etdirmişdir.
Peşəkar tikmə dükanları əvvəllər olduğu kimi, XIX əsrdə də, əsasən, şəhərlərdə və iri
sənət-ticarət mərkəzlərində cəmləşmişdi. Bu da təsadüfi deyildi. Belə ki, keçmişdə tikmə-bəzək
məmulatının əsas müştəriləri şəhər əhalisinin kübar zümrələrindən, bir də əcnəbi müsafir və
tacirlərdən ibarət idi. Bu səbəbdən də
ağlabənd,
zəminduz (güləbətin tikmə) və
təkəlduz (ilməli
tikmə) dükanları, əsasən, şəhərlərdə fəaliyyət göstərirdi. Bu həm də bədii tikmə üçün gərək olan
zəruri xammal növlərini istənilən vaxt şəhərin rəvac satış bazarına
malik olan ticarət
dükanlarından tapıb əldə etmək imkanı ilə bağlı idi.
Tikmə-bəndləmə əməliyyatı «yerlik» məqsədi ilə seçilmiş yekrəng ipək, yun, kətan və
pambıq parça, habelə bu parçalardan tikilmiş geyim, məişət və şəxsi əşyalar üzərində müxtəlif
rəngli sap, güləbətin tellər, pilək, pərək, muncuq, qiymətli daşlar, habelə rəngbərəng kiçik parça
tikələri vasitəsilə nəqş-bəzək nümunələri yaratmaqdan ibarət idi. Tikmə əməliyyatı təkcə parça
üzərində deyil, aşılı gön-dəri və keçə məmulatları üzərində də görülürdü.
«Qarmaq», yaxud «qüllab» adlanan tilişkəli
polad iynənin meydana gəlməsi, habelə
toxuculuq və boyaqçılıq sənətlərinin sonrakı inkişafı tikmə texnikasının xeyli dərəcədə
təkmilləşməsinə və tikmələrin cazibədarlığının artmasına gətirib çıxarmışdır.
Azərbaycan tikmələri həm bəzək materialının növünə, həm də işlənmə texnikasının
səciyyəsinə görə, tipoloji cəhətdən bir-birindən fərqlənirdi. Bundan əlavə, tikmə ilə «çəki»
arasında da müəyyən fərq var idi. Belə ki, divar çəkilərinin nəqş-bəzək ünsürləri, adətən, ulduzlu
iynə ilə, həm də parça üzərində, tikmələr isə həm xam parça, həm də hazır məmulat (geyim və
məişət vasitələri) üzərində icra olunurdu.
Ona görə də, nəqşləri bəsit tikiş texnikası ilə rəngli
yalnız saplar vasitəsilə salınan «çəki»dən fərqli olaraq, tikmələrin bəzəkləri həm
bəxyələmə
(ilməsalma), həm də
bəndləmə üsulu ilə icra olunurdu.
Bəxyələmə tikiş növlərinə
ilmə, cülmə («quş gözü»),
sırıma, (qoşa və ya təksırıq),
sınıq,
düz, dalğalı tikiş («ilanyolu») və s. daxil idi.
Bəndləmə texnikası ilə əvvəlcədən hazırlanmış bədii təsvir vasitələri (
muncuq, inci,
mirvari, pilək, pərək, «pitik» adlanan
parça tikələri və s. adi sapla bu və ya digər nəqşin rəddi
əsasında məmulat üzərinə bənd edilirdi.
Bədii təsvir vasitələrinə, başqa sözlə, bəzək materialının növünə görə, Azərbaycan
tikmələri
güləbətin və ya
rəngli sap vasitəsilə salınan bəzək ünsürlərindən
ibarət olmaqla
müxtəlif tipoloji növlərə ayrılırdı.
Bəxyələmə (ilmə-cülməli) tikmələrin çox geniş çeşidi: «təkəlduz», («ilməli», «gəzmə»,
«doldurma»), «məlilə» («nağda»), «cülmə», «güləbətin», «zəminduz», «örtmə», «sırıma»,
«xanduz» (şəbəkəli) və s. təşəkkül tapmışdır.
Bundan fərqli olaraq, bəndləmə tikmələr
pilək, pərək, sərmə, bafta, hərəmi, şəms,
şahpəsənd, çapara, qaragöz və s. kimi bəzək elementlərinin müəyyən nəqş motivinin rəddi üzrə
məmulat üzərinə bənd etmə yolu ilə əldə olunurdu. Xırda doğranmış parça tikələrinin (pitik)
nəqş motivi üzrə məmulat üzərinə otuzdurulub (qondarılıb) bərkidilməsi də bəndləmə texnikası
ilə icra edilirdi.
XIX əsrdə Azərbaycanda peşəkar tikmə sənəti, əsasən, Şamaxı, Bakı, Naxçıvan, Şəki,
Şuşa, qismən də Gəncə, Qazax, Lənkəran şəhərlərində cəmləşmişdi. Bu dövrdə bədii tikmə
sənəti iki istiqamətdə: Şəkidə
qüllabduzluq (təkəlduzluq), Bakı və Şamaxıda isə
güləbətin tikmə
üzrə davam etdirilməkdə idi.
220
Şəki və Gəncə şəhərlərində təkəlduz tikmələrin «gəzmə» və
«doldurma» növləri geniş yayıldığı halda, Şamaxı, Təbriz, Bakı, bir qədər sonralar isə Şuşa
şəhəri üçün güləbətin tikmə texnikası («zəminduz», «məliləduz») daha çox səciyyəvi olmuşdur.
İlməli tikmənin hər iki tipi Azərbaycanın digər şəhərlərində də geniş yayılmışdı.
221
Bunlardan
fərqli olaraq, «xanduz»
adlanan
222
Dostları ilə paylaş: