87
Azərbaycanın digər xalçaçılıq mərkəzləri də dünya muzeylərinə çoxlu sənət töhfələri
bəxş etmişdir. XVII əsrdə Şirvanda toxunmuş ornamental xalça nümunəsi hazırda Amerikanın
Pensilvaniya muzeyində, yenə həmin dövrə aid digər bir Qarabağ xalçası isə Almaniyanın
Drüsseldorf muzeyində nümayiş etdirilir. 1732-ci ildə yenə də Qarabağda toxunmuş başqa bir
xalça Münhendə şəxsi kolleksiyada saxlanılır. 1712-ci ildə Qubada toxunmuş xalça isə
Koliforniya ştatının Nort Hollivud şəhərində şəxsi kolleksiya nümunələri arasına düşmüşdür.
XVIII-XIX əsrlərdə toxunmuş Qazax, Qarabağ, Quba xalçalarının
bir çox nümunələri
Istanbul, Münxen, London, Vyana və digər şəhərlərdəki sənət muzeylərinin qiymətli eksponatına
çevrilmişdir.
216
Azərbaycanın
süjetli xalçaları da beynəlxalq ticarət meridianlarına çox erkən çıxmış və
hazırda dünya muzeylərində nadir incəsənət əsərləri kimi fəxri yer tutmaqdadır. Bu cəhətdən
«Ovçuluq» adlı süjetli xalçalar daha geniş yayılmışdır. XVI əsr Təbriz xalçaçılıq məktəbinin
məhsulu olan «Ovçuluq» adlı süjetli xalça (XVI əsr), Qarabağın «Qoca» (XVII əsr), Şirvanın
«Şamaxı» adlı xalçaları hazırda Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyinin nadir
eksponatları arasında görkəmli yer tutur.
217
«Ovçuluq» mövzusuna həsr olunmuş və 1522-ci ildə
Təbrizdə güləbətin qatışığı ilə, olduqca nəfis şəkildə toxunmuş başqa bir süjetli xalça
Londondakı Viktoriya və Albert muzeylərində xalq dekorativ-tətbiqi
sənətinin nadir nümunəsi
kimi nümayiş etdirilir.
218
Naməlum el sənətkarları tərəfindən böyük ilham və məhəbbətlə yaradılan ornamental və
süjetli xalça çeşniləri misilsiz incəsənət nümunələri olub, özünün milli-etnik mənsubiyyətini
bənzərsiz fərdi bəzək-nəqş dekoru vasitəsi ilə dünyaya bəyan edir. Bu qüdrətli el sənətkarları
yaratdıqları sənət örnəkləri üzərində özlərinin imza–möhürbənd etiketlərini qoymağı rəva
bilməsələr də, bu nəfis sənət əsərlərində Azərbaycan təbiətinin füsünkar mənzərələrini, onun
əhalisinin zəngin məişətinin əsrarəngiz səhnələrini
xalça üzərinə köçürməklə, sənət istehsalının
real tarixini, mədəniyyət irsinin pozulmaq bilməyən gerçək salnaməsini yadigar qoymuşlar.
Dostları ilə paylaş: