Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Bağ. Keçmişdə, adətən, kişi  şalvarı, habelə qadın tumanları «nifəli»



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə86/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   82   83   84   85   86   87   88   89   ...   194
Bağ. Keçmişdə, adətən, kişi  şalvarı, habelə qadın tumanları «nifəli»  tikildiyindən onlar 
enli  bağ vasitəsi ilə beldən bağlanırdı. Ona görə də milli geyimlər dəbdən düşənə qədər əhalinin 
ev məişətində müxtəlif rəngli keci sap və ya ipdən toxunan başı qotazlı bağa ehtiyac böyük idi. 
Bu ehtiyacı  nəzərə alaraq hər bir evdə  qız-gəlin al-əlvan rəngli keci saplardan şalvar (tuman) 
üçün bağ toxuyardı. 
Dağlıq Şirvanda bağ toxumaq üçün «şalabəndçü» adı ilə bəlli olan düzbucaqlı quruluşa 
malik xüsusi toxuma-hörmə alətindən istifadə olunmuşdur. Dik dayanan çapara  dəzgahından 
fərqli olaraq bağ  dəzgahı maili vəziyyətdə, qucaqda tutulub toxunurdu. Dəzgahın qollarına 
keçirilmiş üst oxu mütəhərrik, alt oxu isə sabit vəziyyətdə dayanırdı. Dəzgah qollarının yuxarı 
başında açılmış şaquli düzümə malik deşiklər üzrə üst oxunun mövqeyini dəyişdirməklə, bağın 
boyunu uzadıb-qısaldabilirdilər. 
Toxuma prosesi «rəxt» adlanan qarğı paralarından düzəldilmiş bir çərək uzununda yastı 
və hamar pərlər vasitəsilə görülürdü.
219
 
 
Qaytan  (şərid).Keçmişdə Azərbaycan  əhalisinin ev məişətində  yastı  şərid  mühüm yer 
tutmuşdur. Şəridin ensiz növü olan qaytan alt və üst geyimlərinin yarıq və çapıqlarını bağlayıb 
çözmək məqsədi ilə geniş istifadə olunmuşdur. Çox vaxt qaytan ilgə-düymə  əvəzinə  işlənirdi. 
Qolçaqlı arxalıq, atmaqol çuxanın qolaltı yarıqları, çutqu qulaqları  məhz qaytan vasitəsi ilə 
bağlanırdı. Hətta önlüyün kənar qulaqcıqları, döşlüyün «üzəngi» adlanan boyun asması, təsək 
üzəngisi çox vaxt qaytandan düzəldilirdi. 
Şərid, habelə «gözək» və ya «çubuq bağı» adı ilə elat məişətində də geniş yayılmışdır. 
Alaçıq tipli evlərin çubuqlarını bir-birinə bağlamaq üçün xüsusi olaraq hazırlanmış rəngbərəng 
qısa «çubuq ipi»ndən istifadə olunarmış. Qarabağ maldarları arasında daha çox «gözək» adı ilə 
tanınan çubuq ipinin hər iki ucu al-əlvan boyalı iplərdən düzəldilmiş qotaz ilə tamamlanırdı. 
Bütün bunlardan əlavə, çuval, xurcun, heybə, məfrəş, duz torbası və s. kimi toxuma qabların ağzı 
yenə də ucu qotazlı gözək ipi ilə bağlanırdı. Keçmiş məişətdə dolaq ipi və çariq bağı çox vaxt 
yastı qaytandan düzəldilirdi. 
Gözək və ya qaytanın 2-3 ibarət bükdərilmiş iplərini bir neçə tağa ayırandan sonra 
sünbülvari formada hörürdülər.          

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin