Mövzu 13 Loqopediyanın predmeti, məqsədi və vəzifələri



Yüklə 18,06 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü18,06 Kb.
#35450
  1   2   3   4   5   6
Def.Loq.əsas. Müh.13


MÖVZU 13
Loqopediyanın predmeti, məqsədi və vəzifələri
Nitq insanın ən vacib psixi funksiyalarından biridir. Nitqli ünsiyyət insanlar arasında sosial əlaqələri yaratmaqla yanaşı, həm də idrak fəaliyyətinin ali formalarını inkişaf etdirir. Uşaq nitqə yiyələnməklə ətraf aləmin ümumiləşdirilmiş gerçəkliyini qavrayır, öz təfəkkürünü inkişaf etdirmək bacarığına malik olur. Buna görə də uşaqda düzgün nitq tərbiyəsi təkcə estetik əhəmiyyət daşımayıb, həm də onun şəxsiyyət kimi kamilliyi, əqli və psixi inkişafı üçün çox gərəklidir. Nitq və təfəkkür bir-biri ilə arasıkəsilməz əlaqədədir. Nitqin bu və ya digər dərəcədə pozulması uşağın həm əqli, həm də psixi inkişafında müəyyən çətinliklər törədir. Düzgün və səlis nitqin olmaması uşaqları utancaq, özünə qapanmış, aqressiv edir. Məktəbdə belə uşaq özünü daha çox rahat hiss edir. O özü ilə həmyaşıdları arasındakı fərqi xüsusi kəskinliklə hiss etdiyindən ünsiyyətə girməkdən, kollektivdə olmaqdan imtina edir, bu isə öz növbəsində onun ümumi inkişafına mənfi təsir göstərir. Məhz buna görə də ailə, uşaq müəssisələri və məktəb qarşısında duran ən mühüm vəzifələrdən biri uşaqlarda düzgün və səlis nitq mədəniyyətinin inkişaf etdirilməsidir. Bu vəzifənin uğurla həyata keçirilməsi defektologiyanın mühüm sahələrindən biri olan loqopediya elmi ilə sıx əməkdaşlıq etməklə mümkündür. Uşaqlarda çox rast gəlinən qüsurlardan biri nitq fəaliyyətinin pozulmasıdır. Buna loqopatiya deyilir. Loqopatiya loqopediyanın əsas mövzusudur.

Nitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkişaf etdirir. Nitq uşağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak proseslərinin formalaşmasına səbəb olur. Tamamilə aydındır ki, uşağın nitq inkişafında baş verən pozğunluq – onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılması kimi ciddi qüsurları uşağı ən vacib vasitədən –özünü təsdiqlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək,bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir. Nitq qüsurları adı altında sözlü ünsiyyət vasitələrinin normal formalaşmadan qalması başa düşülür. Nitq inkişafı qüsurları anlayışı təkcə şifahi nitqlə məhdudlaşmayıb, onun yazılı formasını da əhatə edir .




Yüklə 18,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin