Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə97/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   93   94   95   96   97   98   99   100   ...   194
Son Paleolit (35 min – 12 min il bundan əvvəl) məskənləri Qazax rayonu ərazisində 
Damcılı mağarası,  Şıxlı  kəndi yaxınlığındakı Yataq düşərgəsi, habelə Qobustan düşərgələri 
(Firuz, Ana zağa, Ovçular zağası) ilə təmsil olunur.
5
 
Zaman keçdikcə məhsuldar qüvvələr inkişaf edir, əmək alətləri təkmilləşir, məşğuliyyət 
növlərində, tədricən də olsa, dəyişiklik baş verirdi.  
Bu dövrün insanları  ovçuluq  məşğuliyyəti ilə  əlaqədar olan gəzərgi  məişət tərzindən 
oturaq həyata keçməyə başlamışlar. Bununla əlaqədar olaraq təbii mağaralarla yanaşı, qazma və 
daxma («daqura»)  tipli evlərdən ibarət ilk süni məskənlər yaranmağa başlamışdır. Bu hal ov 
heyvanları tükənmiş ovlaq sahələrini dəyişmək, yeni qida mənbələri axtarmaq zərurətindən irəli 
gəlmişdir. Süni tikililərdən ibarət yerüstü düşərgə  məskənlərinin meydana gəlməsində  qədim 
kökləri hələ Azıx mağarasının  aşel dövrü təbəqəsində izlənilən  daşqura  hörgü texnikasının 
mühüm rolu olmuşdur. Yerüstü daxmalar ya bəsit «daşqura» texnikası ilə, ya da «pərdi – basma» 
üsulu ilə tikilirdi. Hər iki ev tipinin etnoqrafik paralelləri Azərbaycanda yaxın keçmişədək qal-
maqda idi. Onların sonrakı  təkamülü daimi səciyyəli  qəbilə  məskənlərinin yaranması ilə 
nəticələnmişdir. 
Son Paleolit dövründə  matriarxat (nəsli qəbilə quruluşu) özünün ən yüksək inkişaf 
mərhələsinə çatmışdır. O zamankı  nəsli  məskənlərin  əsasını  ana  ətrafında cəmləşmiş  qəbilə 
icmaları təşkil edirdi.  
Müvəqqəti sığınacaq kimi istifadə olunan və öz sakinlərini tez-tez dəyişən təbii mağara, 
qayaaltı oyuq və açıq tipli düşərgələrdən fərqli olaraq, süni tikililərdən (qazma, kühül, daxma) 
ibarət qəbilə  məskənlərində  məişət həyatı qismən də olsa, daimi səciyyə daşıyırdı.  Əvvəllər 
olduğu kimi, bu məskənlərin sakinlərinin başlıca məşğuliyyəti yenə  də  yığıcılıq, ovçuluq və 
balıqçılıq olaraq qalırdı. O zamankı insanların təsərrüfat və ev məişəti də məhz bu məşğuliyyət 
növlərinə uyğun idi. Ovlaq sahəsinin qida ehtiyatı tükəndikdə onlar tərk etmək məcburiyyətində 
qalırdılar. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin