Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə98/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   94   95   96   97   98   99   100   101   ...   194
Mezolit  dövründə (12-9 min əvvəl) buzlaqların  əriməsi iqlim şəraitinin dəyişməsinə 
səbəb olmuş, heyvan və bitki aləminin artıb, təxminən müasir vəziyyətə düşməsi ilə 
nəticələnmişdir. Azərbaycanda Mezolit dövrü məskənləri başlıca olaraq Damcılı  və Qobustan 
düşərgələri ilə təmsil olunur. Bu dövrün daş alətləri  mikrolit (trapesiya, seqment, üçbucaq for-
malı) lövhəciklərdən düzəldilməklə, sümük və ya ağac dəstəyə malik olmuşdur. 
Ovetmə vasitələrinin təkamülü tarixində  sıçrayış sayılan  kaman  və  ox bu dövrdən 
etibarən yaranmağa başlanmışdır. Qazax rayonundakı Damcılı yaşayış yerindən tapılmış çax-
maqdaşı  və «obsidian» adlanan dəvəgözü daşından hazırlanmış  ox ucluqları artıq Mezolit 
dövründə ox və kamanın ixtira edildiyini göstərir.  
Mezolit dövrünün əmək prosesində baş verən sosial-texniki irəliləyişlər nəticəsində ibti-
dai insanlar dəstə halında yaşayış  tərzindən ana nəslindən ibarət  qəbilə icmasına  qədər inkişaf 
edərək, müasir antropoloji əlamətlərini kəsb etmiş, zəkalı, düşünən insana (homosapiensə) 
çevrilmişdir. Fərdi ovetməyə imkan verən  kaman kollektiv əməyin məzmununa təsir 
göstərməkdən əlavə, həm də məhsuldar qüvvələrin sonrakı inkişafına güclü təkan vermişdir. İb-
tidai icma tarixində baş verən bütün bu irəliləyişlər yeni bir inkişaf mərhələsinə keçid üçün 
zəmin hazırlamışdır. 
Neolit dövrünün ən mühüm tarixi nailiyyəti qədim insanların təbiətdəki hazır məhsulları 
mənimsəmə  məşğuliyyətindən (yığıcılıq, ovçuluq, balıqçılıq)  istehsal  təsərrüfatına keçmələri 
olmuşdur. Cəmiyyət tarixində irəliyə doğru çox böyük sıçrayış olan bu dövrdə bir sıra  dənli 
bitkilər becərilməyə başlamış,  toxa  əkinçiliyi  meydana gəlmişdir. Neolit dövrü insanları 
tərəfindən heyvanların  əhliləşdirilməsi tədricən  maldarlıq  təsərrüfatının yaranması ilə 
nəticələnmişdir. Beləliklə, qədim insanların azuqə və xammal təminatında ciddi dönüş baş ver-


 
100
miş, saxsı qab istehsalı, bəsit toxuculuq məşğulliyəti yaranmış, cilalı daş baltalar meydana çıx-
mışdır. 
Əkinçilik və maldarlıq məşğuliyyətinin yaranması ilə bağlı olaraq, Neolit dövründə 
oturaq məişət  tərzi getdikcə güclənirdi. Beləliklə, süni tikililərdən ibarət daimi yaşayış 
məskənləri – kənd tipli məskənlərin ilk prototipi yaranırdı. Bunlar patriarxal qəbilə 
məskənlərindən ibarət idi. Süni tikililərdən ibarət ilk qəbilə  məskənlərinin meydana gəlməsi 
məhz Neolit dövrünə təsadüf edir. Azərbaycanda Neolit məskənləri Qobustan, Gillikdağ, Xanlar 
düşərgəsi, Damcılı, Yanıqtəpə və Həsənlinin alt təbəqəsində aşkar olunmuşdur. 
6
 
Azərbaycan qəbilələrinin sosial-iqtisadi həyatında baş verən mütərəqqi irəliləyişlər 
əhalinin təsərrüfat məşğuliyyəti və məişət tərzində ciddi dəyişikliklərin yaranmasına gətirib çıx-
armışdır. İstehsal təsərrüfatının, xüsusilə əkinçilik və maldarlığın yaranması ilə əlaqədar olaraq 
oturaq məişət həyatının bərqərar olması daimi məskənlərin meydana gəlməsini labüd etmiş, onun 
iqtisadi əsasını təşkil etmişdir. 
Azərbaycanda  Eneolit dövrünün oturaq yaşayış  məskənləri,  əsasən, Urmiya gölü 
ətrafında, Naxçıvan  ərazisində (Kültəpə), Mil-Muğan (Kamiltəpə,  Əlikömək təpəsi) və  Gəncə-
Qazax düzənliyində  (Şomutəpə, Töyrətəpə, Qarğalar təpəsi, Cinni təpə, Babadərviş) aşkar 
edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Eneolit dövründə 
Azərbaycanın əkinçi-maldar tayfaları daha çox düzənlik ərazilərdə, başlıca olaraq, Kür çayından 
cənubda yığcam halda məskunlaşmışlar. Erkən əkinçi məskənlərinin yaranması üçün o zaman 
bu  ərazilər olduqca əlverişli təbii  şəraitə malik olmuşdur. E.ə. VI minilliyin II yarısından IV 
minilliyin ortalarınadək bu yerlər başdan-başa «yaşayış təpələri»ndən ibarət Eneolit məskənləri 
ilə örtülmüşdür. Oturaq həyat tərzinin möhkəmlənməsi ilə  əlaqədar olaraq, bəzi məskənlər iri 
yaşayış  məntəqələrinə çevrilmişdir. E.ə. IV minilliyin ortalarında Azərbaycan düzənliklərində 
təbiətin dəyişməsi, xüsusilə quraqlıq başlaması ilə əlaqədar olaraq, qədim əkinçi məskənləri tərk 
edilərək burada həyat dayanmışdır.
7
 Lakin bir müddət keçəndən sonra, düzənliklərdə iqlim 
şəraiti dəyişib məskunlaşma üçün əlverişli hala düşmüşdür. 
Azərbaycanın Eneolit məskənlərində iki inşaat-memarlıq üslubu – düzbucaqlı və dairəvi 
plana malik kərpic hörgülü tikililər təşəkkül tapmışdır. Yastı damlı, düzbucaqlı evlərə malik 
məskənlər daha çox Urmiya ətrafı üçün, ikinci tip kəndlər isə Kür vadisi, xüsusilə, onun orta ax-
ını ətrafındakı ərazilər üçün səciyyəvi olmuşdur.
8
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin