Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə100/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   96   97   98   99   100   101   102   103   ...   194
Dəmirin kəşfi ilə əlaqədar olaraq, məhsuldar qüvvələrin sonrakı inkişafı ibtidai icma qu-
ruluşunun dağılmasına və ilk sinifli cəmiyyətin yaranmasına səbəb oldu. Dəmir alətlər meşə 
sahələrini əkin üçün yararlı hala salmaq və suvarma sistemlərini genişləndirmək üçün geniş im-


 
101
kanlar açdı, ağacişləmə, evtikmə, nəqliyyat vasitələrinin (qayıq, araba, kirşə) inkişafına, hərbi 
texnikanın təkmilləşməsinə  səbəb oldu. Dəmir alətlərdən istifadənin genişlənməsi nəticəsində 
məhsuldar qüvvələrin inkişafı ibtidai icma quruluşunda köklü təbəddülat yaratdı.  Əmək 
məhsuldarlığının yüksəlməsi nəticəsində izafi məhsul istehsalı artmış, insanın insan tərəfindən 
istismarına  şərait yaranmış, tayfa quruluşu sürətlə dağılmağa başlamışdı. Cəmiyyətdə ictimai 
təbəqələşmə  dərinləşdikcə tayfa zadəganları  zəhmətkeş xalq kütləsindən ayrılır, istehsal 
vasitələri hakim azlığın mülkiyyətinə çevrilirdi. Tayfaların və tayfa ittifaqlarının yaranması ilə 
nəticələnən bu proses getdikcə  dərinləşir, ilk dövlət qurumlarının rüşeymləri yaranırdı. Belə 
şəraitdə artmaqda olan münaqişə  və hücumların qarşısını almaq üçün yaşayış  məskənləri təbii 
istehkam və müdafiə divarları ilə  əhatə olunurdu. Azərbaycanın dağlıq rayonlarında qalıqları 
hələ də durmaqda olan siklop tikililəri bu ərazilərdə yarımoturaq həyat tərzi keçirən o zamanki 
maldar tayfalara məxsus olmuşdu
10
.  
Azərbaycan  ərazisində  qala tipli yaşayış  məskənləri də  məhz bu dövrdə yaranmışdır. 
Azərbaycanın bir sıra bölgələrində həmin qalaların qalıqları zəmanəmizədək gəlib çatmışdır. 
Sənət və ticarətin inkişafına təkan verən ilk sinifli cəmiyyətin meydana gəlməsi yaşayış 
məskəninin yeni tipinin – şəhər və qəsəbə tipli məskənlərin yaranmasına əlverişli zəmin hazır-
lamışdır. Azərbaycanda şəhər tipli ilk yaşayış məskənləri hələ e.ə. I minilliyin əvvəllərində mey-
dana gəlmişdir. Assur və Urartu mixi yazılarında e.ə. I minillikdə Mannada çoxlu şəhərlər, 
habelə istehkamlı və saraylı «şah şəhərləri» olduğu barədə xəbər verilir.
11
 
İlk dəmir dövründə Azərbaycanda kənd tipli çoxsaylı yaşayış məskənləri ilə yanaşı, bir-
birindən fərqlənən müxtəlif şəhərlər: şəhər-qala, onların ətrafında əmələ gələn şəhər tipli qəsəbə 
və  «şah  şəhərlər» (yəni paytaxt) mövcud olmuşdur. II Sarqonun (e.ə. 714-cü il) kitabələrində 
Manna  ərazisində  İzurtu, Uşkay, Aniaştaniya, Ulxu, Tarun, Tarmagis (Təbriz)  şəhər-qalaların 
olduğu xəbər verilir.
12
 
Sosial-iqtisadi inkişaf etibarı ilə öz dövrünə görə nisbətən irəlidə olan Atropatenada 
şəhərsalma təcrübəsi xeyli inkişaf etmişdi. Tarixi mənbələr Qazaka, Fraaspa, Fanaspa, Anqazana 
kimi bir sıra şəhərlərin adını zəmanəmizə çatdırmışdır.
13
 Arxeoloji tədqiqalar nəticəsində Urmiya 
ətrafında bir sıra  şəhər-qalaların qalıqları tapılmışdır. Həsənli və  Həftəvan təpələri, Mərlikdə 
aparılmış qazıntılar nəticəsində şəhər mədəniyyəti üçün səciyyəvi olan çoxlu maddi mədəniyyət 
nümunəsi aşkar edilmişdir. E.ə.I minillikdə Azərbaycanın cənub əyalətlərində Ərdəbil, Qandzak, 
Fraaspa (Marağa), Salmas, Nəriz, Xoy, Naksuana (Naxçıvan) şəhərləri yaranmışdır.
14
 
E.ə. I minilliyin ikinci yarısında Azərbaycanın şimal əyalətlərində Alban dövlətinin mey-
dana gəlməsilə Arran və  Şirvan  əyalətlərində bir sıra  şəhərlər yaranmışdı. Plini (I əsr) və 
Ptolomey (II əsr) Albaniyanın baş şəhəri Qəbələnin (Kabalaka, Xabala) adını çəkirlər. Ptolomey 
o zaman Albaniyada 29 şəhər və yaşayış məntəqəsinin olduğunu xəbər verirdi.
15
 Bunların aras-
ında Qəbələ ilə yanaşı, Kamaxiya (Şamaxı), Paytakaran (Beyləqan),  Şəki, Xunan, Dərbənd və 
adları xüsusi vurğulanırdı.
16
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin