Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə99/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   95   96   97   98   99   100   101   102   ...   194
Tuncun  kəşfi ilə  bəşəriyyət tarixində yeni mədəni-tarixi mərhələ başlanmışdır. Tunc 
alətlərin istehsalı Azərbaycanın oturaq əkinçi-maldar tayfalarının tarixi təkamülündə əhəmiyyətli 
rol oynamışdır. Bu irəliləyiş yaşayış məskənlərinin səciyyəsinə də öz təsirini göstərmişdir. 
İlk tunc dövründə əkinçi-maldar tayfalara məxsus Kür-Araz mədəniyyəti təşəkkül tapmış-
dır. Bu mədəniyyətin Azərbaycan  ərazisində başlıca məskənləri Göytəpə, Yanıqtəpə, Kültəpə, 
Mingəçevir, Babadərviş, Günəştəpə, Qaraköpəktəpə, Mişarçay, Dairə, Sərkərtəpə, Qəflətəpə ol-
muşdur. Arxeoloji qazıntılar zamanı bu abidələrdən dairəvi və düzbucaqlı formada, hörgülü bina 
qalıqları, ocaq yerləri, tunc əmək aləti və s. əşyalar tapılmışdır. 
Azərbaycan ərazisində orta tunc dövrünə aid Üzərliktəpə, I və II Kültəpə, Qaraköpəktəpə 
yaşayış yerləri aşkar olunmuşdur. Bu mədəniyyət əkinçi-maldar tayfaların yeni təsərrüfat forma-
larına (yarımköçəri maldarlıq) keçmələri ilə  səciyyələnir. Bol çəmənliklərdən ibarət geniş ot-
laqlara malik olan dağlıq ərazilərin məskunlaşılması yarımköçəri maldarlıq təsərrüfatının yaran-
masına, ayrı-ayrı tayfaların əlində heyvan sürülərinin toplanmasına, tayfa üzvləri arasında əmlak 
bərabərsizliyinin meydana çıxmasına səbəb olmuşdur. Bu sərvətlərin qorunması zərurəti yaşayış 
məskənlərinin möhkəmləndirilməsinə  tələbatı artırmışdı. Bütün bu amillər öz növbəsində, 
yaşayış məskənlərinin yeni tipoloji növlərinin yaranması ilə nəticələnmişdir. 
Siklop tikililərdən ibarət möhkəmləndirilmiş istehkamlı yaşayış yerləri ilk dəfə məhz bu 
dövrdə yaranmağa başlamışdır.
9
 
Tunc dövrünün son mərhələsinə aid Azərbaycan ərazisində Xocalı, Gədəbəy, Mingəçevir, 
Naxçıvan, Qazax rayonu ərazilərində çoxlu yaşayış məskəni aşkar edilmişdir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin