BAKI AVRASİYA UNİVERSİTETİ
Elmi-nəzəri jurnal
SİVİLİZASİYA
ЦИВИЛИЗАЦИЯ
CIVILIZATION
“Sivilizasiya” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 06 iyul 2012-ci il (Proto-
kol №10-R) tarixli qərarı ilə aşağıda göstərilən elm sahələri üzrə dissertasiya-
ların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına
daxil edilmişdir: Tarix, Antropologiya və Siyasi elmlər; Fəlsəfə və Sosiologi-
ya elmləri; Filologiya elmləri; Sənətşünaslıq sahəsi.
4-cü (28-30) buraxılış
Bakı-2016
Təsisçi
Bakı Avrasiya Universiteti
Baş redaktor
F.e.d., prof. Hüseynli Nazim Ziyad oğlu
Baş redaktorun müavini
S.e.d., prof. İbrahimova Gülzar İsaxan qızı
Məsul katib
Fil.ü.f.d., dos. Şıxıyeva Səadət Məmməd qızı
REDAKSİYA HEYƏTİ
Tarix, antropologiya və siyasi elmlər üzrə:
Prof.Dr. Attar Aygün (Türkiyə)
AMEA-nın həqiqi üzvü, t.e.d., prof. Bünyadov Teymur Əmiraslan oğlu
T.e.d., prof. Cəfərov Əsədulla Qüdrət oğlu
T.e.d., prof. İsgəndərov Anar Camal oğlu
T.e.d., prof. Qasımlı Musa Cəfər oğlu
T.e.d., prof. Şükürov Kərim Kərəm oğlu
T.e.f.d., dos. Mehdiyev Aqşin Şəfaət oğlu
S.e.d., prof. Məmmədov Hikmət Baba oğlu
B/m.Qasımov Səyavuş Kamran oğlu
S.e.d., prof. Nəsirli Elman Xudam oğlu (şöbə redaktoru)
Fəlsəfə və sosiologiya elmləri üzrə:
Prof. Dr. Suat Günsel ( KKTC)
Prof.Dr. Məmmədov Nizami Mustafa oğlu (Moskva)
Doç. Dr. Abdıldayev Kurmanbek (Qırğızıstan)
F.e.d., prof. Orucov Zahid Məlik oğlu ( Moskva)
AMEA-nın müxbir üzvü, prof. Əliyev Bəxtiyar Həmzə oğlu
F.e.d., prof. Rüstəmov İzzət Əşrəf oğlu
F.e.d., prof. Məmmədov Əziz Bəşir oğlu
F.e.d., prof. Talışlı Siyavuş Murtuza oğlu
F.e.f.d., dos. Məmmədov Hüseyn Qaraxan oğlu
F.e.f.d. Rəhimov Mütəllim Qara oğlu (şöbə redaktoru)
Filologiya elmləri üzrə:
Prof. Dr. Bozkurt İsmayıl (Türkiyə)
AMEA-nın müxbir üzvü, fil.e.d., prof. Cəfərov Nizami Qulu oğlu
Fil.e.d., prof. Qasımov Cəlal Əbil oğlu
Fil.e.d.,prof. Cəlilov Firudin Ağası oğlu
Fil.e.d.,prof. Qasımov İkram Ziyad oğlu
Fil.e.d. prof. Veysəlli Fəxrəddin Yadigar oğlu
Fil.e.d., dos. Rzayev Seyfəddin Gülverdi oğlu
Fil.ü.f.d, prof. Məmmədov Novruz İsmayıl oğlu
Fil.ü.f.d.,dos. Quliyev Əsgər Qədir oğlu
Fil.ü.f.d.,dos. Gündoğdu Səriyyə Gülağa qızı
Fil.ü.f.d.,dos. Məmmədova Elmira Kekeç Fikrət qızı
Fil.ü.f.d.,dos. Rzayeva Sevda Ramiz qızı
Fil.ü.f.d.,dos. Cəlil Fərəh Cabbar qızı
B/m. Musayev Nəsrəddin Musa oğlu
Fil.e.f.d., prof. Tahirzadə Ədalət Şərif oğlu (şöbə redaktoru)
Sənətşünaslıq sahəsi üzrə:
T.ü..f.d., prof. Muradov Vidadi Aydın oğlu
Fəl.ü.f.d., dos.Qaraməmmədli Yasin Alı oğlu
Sən. ü.f.d., prof., əməkdar incəsənət xadimi Hacızadə Bayram Kamal oğlu
Sən. e.d., prof. Həsənzadə Cəmilə Yusif qızı (şöbə redaktoru)
© Bakı Avrasiya Universitetinin nəşri, 2016
4
İ Ç İ N D Ə K İ L Ə R
TARİX, ANTROPOLOGİYA VƏ SİYASİ ELMLƏR
İradə MƏMMƏDOVA
Lənkəran xanlığının əhalisinin məşğuliyyəti ...............................................................6
Gülzar İBRAHİMOVA
Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan Respublikasının rolu.............14
Vidadi MURADOV
Naxçıvan diyarında ticarət-sənətkarlıq obyektlərinin tikintisi
(XVIII-XX əsrin əvvəlləri)............................................................................................28
Fərəh HÜSEYN
İrəvan şəhərinin təsviri Osmanlı mənbələrində...........................................................34
Arif ƏLİZADƏ
Almanların Cənubi Qafqaza köçürülməsi və Azərbaycan tarixində yeri və rolu ........39
Rəna BAXIŞOVA
Şimali Azərbaycanın Qarabağ bölgəsinin memarlığı tarixindən ................................43
Cəmalə MİRZƏYEVA
İran İslam Respublikasının inzibati-ərazi bölgüsündə Güney Azərbaycan .................49
Həlimə KAZIMOVA
Xocalı soyqırımının törədilməsində Rusiya Federasiyasının 366-ci alayının iştirakı
Rusiya tarixşünaslığında .............................................................................................56
Gülər QAFQAZLI
XVIII yüzillikdə Marağanın sosial-iqtisadi tarixinin öyrənilməsində
Osmanlı müfəssəl dəftəri bir mənbə kimi ....................................................................61
Нармина АМИРБЕКОВА
Использование артиллерии в азербайджанских войсках в конце
ХVШ - начале Х1Х веков ...........................................................................................65
Вугар МАМЕДЗАДЕ
Стратегический анализ первого президентского срока Ильхама Алиева...........70
Гюнель АЛИЕВА-МАМЕДОВА
Военно-техническое сотрудничество
Азербайджана с Россией (1991-2015 гг.) ................................................................74
Leyla ƏLİYEVA
İrəvan qalası istiqamətində Qacar və Rusiya orduları arasında hərbi əməliyyatlar ..79
Bəxtiyar HƏSƏNOV
Azərbaycanın Qarabağ regionunun inzibati ərazi bölgüsü (XX əsrin əvvəlləri).........85
5
Günel MƏMMƏDOVA
Milli dövlətin yaranmasında milli-mənəvi dəyərlərin rolu..........................................93
Elman CƏFƏRLİ
Naxçıvan Muxtar Respublikasının 1998-ci il konstitusiyası........................................98
Xalid NİYAZOV
Kütləvi informasiya azadlığının siyasi-hüquqi təminatı ..............................................107
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA
Elxan HÜSEYNOV
Abduksiya metodu və onun elmı idrakda rolu .............................................................116
Закир МАМЕДАЛИЕВ
Соотношение общинного и личностного начал в культуре..................................123
Эльфана КАСУМОВА
Дизайн как сложный синтез художественно-эстетического
и социокультурного проекта ...................................................................................128
Pərvin HƏSƏNOVA
Nəzəri bilik və onun qnoseoloji aspektləri...................................................................137
Ислам ИСЛАМОВ, Гюлнара ЮСИФОВА
Изучение понятий «ценность», «ценностные ориентации»
в междисциплинарном аспекте ...............................................................................146
Əli HƏZİYEV
İnformasiya mübadiləsi qloballaşma kontekstində......................................................153
Səadət HƏSƏNOVA
Stressə dayanıqlılığın prixokorreksiyası və prixoprofilaktikası ..................................158
Агнесса ПАШИНСКАЯ
Категории «ситуация», «состояние», «качество» в контексте философской
антропологии как метаантропологии....................................................................163
FİLOLOGİYA
Səadət ŞIXIYEVA
“Otuz iki” sayının bədii-fəlsəfi məna tutumu (Nəsimi şeiri əsasında) ........................172
Nazilə ABDULLAZADƏ
Meyxana janrı klassik poeziya və şifahi xalq yaradıcılığı
sintezində (Əliağa Vahidin yaradıcılığı əsasında) .....................................................191
Cavidə MƏMMƏDOVA
İngilis ədəbiyyatında Corc poeziyası...........................................................................198
6
Ayşən MƏMMƏDRZAYEVA
Tarixi roman və zaman................................................................................................203
Гюльнара ГАСАНОВА
О силе таланта и разума Л.Н.Толстого (по книге А.М.Мирзаджанзаде
«Этюды о гуманизации образования») ...................................................................208
Ədalət ABBASOV
Sadə cümlənin sintaktik-struktur sxemi: sintaktik-semantik təhlil
(“Bir gəncin manifesti” əsasında)...............................................................................213
Turanə ZEYNALOVA
Azərbaycan dilindəki zoonim tərkibli frazeologizmlər və onların özəllikləri ..............218
Aidə ŞƏBİYEVA
Nitqin yaranması və dərk olunmasında linqvopsixologiyanın rolu.............................226
SƏNƏTŞÜNASLIQ
Kəmalə PƏNAHOVA
İncəsənət əsərlərində mistik əlamətlərin təcəssümü ....................................................232
7
TARİX, ANTROPOLOGİYA VƏ SİYASİ ELMLƏR
İradə MƏMMƏDOVA
∗
LƏNKƏRAN XANLIĞININ ƏHALİSİNİN MƏŞĞULİYYƏTİ
Açar sözlər: Lənkəran xanlığı, əhalinin məşğuliyyəti, əkinçilik, maldarlıq, sənətkarlıq,
arıçılıq
Giriş
Xanlıqlar dövründə Azərbaycan ərazisində mövcud olmuş ayrı-ayrı xanlıqların
əhalisinin məşğuliyyətinin araşdırılması, əhalisinin yüksək məhsuldarlıq əldə etdikləri
təsərrüfat sahələrinin və ərazilərinin müəyyən edilməsinin, eləcə də onların müasir tə-
sərrüfat sahələri ilə müqayisəsi faydalı ola bilər. Keçmişdə Azərbaycan xanlarına çoxlu
gəlir gətirmiş təsərrüfat sahələrinin müəyyən edilməsi, dövlətimizin iqtisadi inkişaf pla-
nının müəyyənləşdirilməsində öz rolunu oynaya bilər. Hal-hazırda əsas gəlir mənbələri-
nin neft sektorunda olduğunu nəzərə alaraq, qeyri-neft sektoruna diqqətin artırılması və
bu sektorda gəlir gətirə biləcək sahələrin araşdırılması və bu sahələrə investorların cəlb
edilməsi mühüm əhəmiyyət kəsb edir və bu məsələ Azərbaycan prezidenti İlham Əliye-
vin də diqqət mərkəzindədir. Bu baxımdan müraciət olunan mövzu aktuallıq təşkil edir.
Belə ki, Azərbaycan ərazisində mövcud olmuş Lənkəran xanlığının əhalisinin başlıca
məşğuliyyətinin araşdırılması və bu istiqamətdə gəlir gətirən sahələrin müəyyənləşdiril-
məsi, hal-hazırda bu sahələrin təyin edilməsi, investisiya qoyulması və inkişaf etdiril-
məsində əvəzsiz rol oynaya bilər.
Lənkəran xanlığı əlverişli coğrafi, strateji və iqtisadi mövqeyə, təbii resurslara,
dağlıq və düzənlik ərazilərə, münbit torpağa, su mənbələrinə, subtropik iqlim şəraitinə
malik olmuşdur.
Lənkəran xanlığının əhalisinin məşğuliyyətinin əsasını kənd təsərrüfatı, ilk növbə-
də isə əkinçilik və maldarlıq təşkil edirdi.
1. Əkinçilik
Lənkəran xanlığının əhalisi dənli bitkilərdən başqa müxtəlif keyfiyyətli çəltik,
pambıq, kətan, qarğıdalı və müxtəlif bostan bitkiləri əkirdi [19, h.III, s. 216].
Lənkəran xanlığının əhalisi çəltik becərməsi ilə məşhur idi. Bu barədə Leqkobıto-
vun məlumatları da əhəmiyyət kəsb edir. Onun yazdığına görə Lənkəran xanlığında
çəltik böyük müvəffəqiyyətlə becərilirdi. Demək olar ki, Lənkəran xanlığının bütün əki-
nə yararlı aşağı hissəsində, Qızılağac və Ərkivan kəndində, İranın cənub sərhədlərinə
kimi uzanan ərazi çəltik əkinləri ilə örtülü idi. Bütün çətinliklərə baxmayaraq Lənkəran
xanlığının əhalisi çəltik əkini ilə həvəslə məşğul olurdu. Lənkəran xanlığında becərilən
çəltik İranda və Həştərxanda gəlirlə satılırdı.Xanlığın əhalisi düyüdən un çəkir və ondan
çörək də bişirirdilər [19, h.III, s.217-218]. İndinin özündə belə, cənub bölgəsində düyü
unundan halva çalınır.
Lənkəran xanlığında 4 mindən 6 min girədək və ya 25 mindən 37 min pudadək çəl-
tik səpilirdi. Xanlığın sakinləri itkilər istisna olmaqla hər il 60 mindən 70 min girədəkvə
ya 375 mindən 437 min puda qədər çəltik əldə edirdilər [19, h.III, s.218]. F. Ağamalı
∗
tarix üzrə fəlsəfə doktoru, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu irade.mammadli@gmail.com
Bakı Avrasiya Universiteti
8
əsərində yanlış olaraq, Leqkobıtova əsaslanaraq Lənkəran xanlığında 280-325 min pud
çəltik istehsal olunduğunu göstərir [1, s. 45].
Leqkobıtov Lənkəran xanlığında əhalinin çəltiyi təmizlədiyi zaman onun ¼ hissəsini
itirdiyini, hər il 11,200-dən 13,100 xalvara qədər və ya 281,250-dən 328,250 puda qədər
təmiz düyü aldığını, dağlarda suvarılan əkin sahələrinin az olması üzündən çəltiyin də az
miqdarda səpildiyini yazırdı [19, h.III, s.218]. Lənkəran xanlığında çəltik əkini ilə əsasən
Astara, Lənkəran mahallarının Qumbaşı murdabının hövzəsi boyunda olan ərazinin,
Zuvand və Ərkivan mahallarının bəzi kəndlərinin əhalisi məşğul olurdu [18, s.545].
Lənkəran xanlığında çəltikçiliklə məşğul olan kəndlər bunlar idi [18, s.548]:
Ərkivan
mahalının
Lənkəran mahalının Zuvand
mahalının
Lürən,
Qızılavar,
Sığdaş
kəndləri
Amburanı, Boladı, Bəlləbur, Vəl, Veravur, Vələdi,
Vilvan, Gərmətük, Dərəkənd, Cil, Zovilə, Gərgəlan,
Kənarmeşə, Kosalar, Lüasər, Yuxarı Nüvədi, Aşağı
Nüvədi, Rva, Separadi, Səfidor, Sofnakəron, Sey-
dəkəran, Tutapeştə, Şağlasar, Şəğlaküçə, Şürük,
Şiləvər, Şixəkəran, Xərxətan kəndləri
Əlisu, Xüş,
Sevaker,
Bubiyanı
kəndləri
Lənkəran xanlığında çəltik əkini çoxlu su tələb etdiyi üçün südan istifadənin istillər
(süni düzəldilmiş su anbarları) vasitəsilə həyata keçirilməsi geniş vüsət almışdı. Çəltik
əkini üçün çox əhəmiyyətli olan bu istillər Xəzər dənizinin alçaq sahil zolaqlarında yer-
ləşirdi. Lənkəran xanlığı Cənubi Qafqazın şərqində su anbarları (istilləri) vasitəsilə su-
dan istifadənin geniş vüsət aldığı yeganə ərazi idi [21, s.40].
Lənkəran xanlığında əhali yüksək keyfiyyətli düyü sortları yetişdirirdi. Xanlıqda
mövcud olan düyü sortları bunlardır: çilə (çilay) və ya qızıl, yetim vəya rəsmi, mazan-
daran, reyhani, akulə, vilgicri, çtem və ya çitım, şətəliv, əmbərbu, bebu [14, s.191-192].
Kistenevə görə, Lənkəran ərazisində əhali əsasən rəsmi, reyhani və akulə düyü sortları-
nı yetişdirirdi.
∗
Lənkəran xanlığında əhalinin əldə etdiyi akulə sortu 1 min xalvar və ya
25 min puda qədər idi. Akulə sortunun dəni iri, ağ və ümumiyyətlə əla keyfiyyətli oldu-
ğu üçün İranda çox qiymətləndirilir, şah sarayına götürülürdü [19, h.III, s.218-219].
Lənkəran xanlığında taxıl əkini və iri buynuzlu mal-qaranın saxlanması ilə əsasən
düzən zonanın əhalisi məşğul olurdu [18, s.54]. Lənkəran xanlığında taxılçılıq Səfidəşt
mahalının demək olar ki, bütün kəndlərində, Drığ və Ərkivan mahallarının bir sıra
kəndlərində daha çox inkişaf etmişdi [18, s. 546-548; 3, s. 50]. Xanlığında yetişdirilən
buğda İranın çox hissəsinin taxıla tələbatını ödəyirdi.
Lənkəran xanlığında səpilən buğdanın miqdarı təxminən 19 min girə və ya 115 min
puda qədər idi. Əhalinin əldə etdiyi məhsul torpağın keyfiyyətindən, yağışın bol olma-
sından, pis və ya yaxşı becərilməsindən asılı idi. Əlverişli şərait olurdusa, onda əhali 1
toxumdan 7-dən 12-dək toxum ala bilirdi. Leqkobıtov hər il Lənkəran xanlığında əhali-
nin 170 min gir və ya 1 milyon 135 min pud, məhsuldarlıq aşağı olanda isə 170 min gir
və ya 968,750 puda qədər buğda əldə etdiklərini yazırdı [19, h.III, s.216-217].
Xanlıqda arpa əkini sahələri əsasən dağlarda yerləşirdi, onun əhalisi 9 min gir və ya
47,200 puda qədər arpa səpir, orta hesabla 60 min gir və ya 315 min pud məhsul əldə
∗
Kistenevin nəşr edilməmiş əlyazmasından gətirilən iqtibas Vermişevin göstərilən əsərindən götürülmüşdür [14, s.192].
Sivilizasiya
9
edirdi. Xanlığın sakinləri hər il 200-dən 300 girədək və ya 1.050-dən 1.375 puda qədər
darı səpirdi [19, h.III, s.217-219].
Lənkəran xanlığının Muğan və Salyan torpaqlarının əhalisi əsasən taxıl əkirdi.
Xanlığın bu torpaqları suvarılırdı [17, 3-cü şöbə, s.103-123; 1, s.44]. Taxılçılıq Səbidəşt
(Səfidəşt) mahalının demək olar ki bütün kəndlərində, Drığ və Ərkivan mahallarının bir
sıra kəndlərində daha çox inkişaf etmişdi [18, s.546-548].
Lənkəran xanlığının əhalisi pambıq və kətan əkini ilə də məşğul idilər. Xanlıqda
pambığın əkilməsi elə də əhəmiyyətli deyildi, əhali 800 batman və ya 200 pud pambıq
səpir, hər il 2.400 batman və ya 600 pud pambıq, 400 puda qədər çiyid əldə edirdi.
Pambığın hamısı, demək olar ki əhalinin öz tələbatlarının ödənməsinə sərf olunurdu
[19, h.III, s. 219].
Səyyah H.Z. Şirvani Lənkəran xanlığında əhalinin ildə 125-126 min pud kətan isteh-
sal etdiyini yazırdı [1, s. 65]. Leqkobıtova görə isə xanlıqda200 qouz və ya 125 pud kətan
səpilir və 350 girədək kətan alınırdı [19, h.III, s. 219]. Xanlıqda kətan əkini sahələri
düzənlik zonda yerləşirdi. Xanlığın əhalisi kətanı öz təlabatlarını ödəmək üçün istehsal
edir, toxumlarının isə böyük hissəsini Gilana satırdılar. Gilanda bu toxumlardan yağ
düzəldilirdi. Şopen əsərində Leqkobıtovu tənqid edərək yazırdı: “o, əhali kətanı özü üçün
istifadə edir cümləsinə yağ düzəltmək üçün sözünü əlavə etməliydi”. Onun fikrincə, əhali
kətandan kətan parça toxumağı bilmirdi [24, s. 69]. Fikrimizcə, Şopen yanlışlığa yol verir,
çünki xanlıqlar dövründə kətan parça ilə vergi verilirdi (61 ədəd) [10, s.32].
2. İpəkçilik
Bronevskinin məlumatına görə, Lənkəranda əhali az miqdarda, ancaq keyfiyyətinə
görə heç də Gilan ipəyindən geri qalmayan ipək istehsal edirdi [12, c.I, s.227]. Bronevs-
kinin bu məlumatı xanlıqda ildə 3 min pud xam ipək yığıldığını yazan digər mənbə ilə
də uzlaşır [8, f.77, siy.5, iş 16, v.117]. Rus konsulu Skibinevskinin məlumatına görə,
1795-ci ildə bir həştərxanlı tacir Lənkəranda istehsal edilmiş, keyfiyyətcə Rəşt ipəyinə
bərabər20 pud ipək almışdır.Konsul yazırdı: “Lənkəranda, ipək istehsalını yaxşı vəziy-
yətə gətirməyin mümkünlüyünə heç bir şübhə yoxdur; lakin, gilanlıların, xüsusilə Ağa
Məhəmməd xanın hücumları indiyədək də Lənkəran əhalisinə onu becərməyə mane
olur. Çünki 1795-ci ilin yayında gilanlılar Lənkərana hücum edərək, tut ağaclarının ək-
səriyyətini qırdılar” [9, c.II, s.697]. Butkov bunun səbəbini rus tacirləri Sarı adasına gəl-
dikdən sonra Lənkəran xanlığının əhalisinin ipəyin becərilməsini çoxaldılmasında gö-
rürdü [13, h. II, s.333].
Tumanovskinin məlumatına görə isə, “baxmayaraq ki, Sarı adlanan yerdə (Lən-
kəran xanlığına aid olan ada), kifayət qədər ipək vardır, onu gizlicə və az miqdarda
satırlar. Qorxurlar ki, əllərindən alarlar. Ona görə də ipək mallar az və bahadır” [8, f.77,
siy.6, iş 477, v.92-93].
Leqkobıtova görə Lənkəran xanlığında tut bağları çox az olduğu üçün burada yığı-
lan ipəyin miqdarı 60 pudu keçmirdi [19, h.III, s. 222]. Arxiv sənədində isə əhalinin
ildə orta hesabla 1800 puda qədər barama məhsulu götürdüyü yazılır [8, f.77, siy.7, iş 6,
v.23]. Göründüyü kimi, ayrı-ayrı illərdə əhalinin istehsal etdiyi ipəyin miqdarı müxtəlif
göstərilir. Ona görə də, əvvəllər xanlıqda çoxlu ipək istehsal edildiyi, sonralar isə xanlı-
ğın ərazisinin vaxtaşırı müharibəmeydanına çevrilməsinin ipəkçiliyin inkişafına mane
olduğu qənaətinə gəlmək olar. Bu səbəbdən də müxtəlif mənbələrdə, müxtəlif məlumat-
lara rast gəlinir.
Bakı Avrasiya Universiteti
10
3. Balıqçılıq və arıçılıq
Lənkəran xanlığının əhalisinin məşğuliyyəti içərisində balıqçılıq və arıçılıq da [15,
c.I, kitab II, s. 325] mühüm əhəmiyyət kəsb etmişdir.Balıq ovu xəzinə mülkiyyətini təşkil
etmişdir [19, h.III, s.224]. Lənkəranın 15 verstliyində Gamışavan (Busedan) çayında balıq
vətəgəsi, ondan bir az uzaqda Çalyadan və ya Qalyadan vətəgəsi yerləşirdi [11, s.127].
Lənkəran xanlığında gözəl yerlərin olması burada əhalinin arıçılıqla uğurla məşğul
olmasına imkan verirdi. Xanlıqda nəinki bəylər, hətta adi sakinlər belə 30-dan 200-dək
arı pətəyi saxlayırdılar. Lənkəran xanlığında bunların sayı ümimilikdə 11 minə çatırdı.
Yay yaxşı keçəndə əhali 10 min batman və ya 2.500 puda qədər bal, 1800 batman və ya
450 pud mum alınırdı. Hər il xanlıqda 250 puddan çox bal satılırdı [19, h.III, s. 223].
Lənkəran xanlığında istehsal olunan bal öz dadına və ətrinə görə fərqlənirdi. Xüsusilə
Zuvand mahalında istehsal olunan bal tamına və ətrinə görə xurma şirəsinə oxşayır və
digər yerlərindəkindən daha şəfalı idi [5, s. 13]. Lənkəran xanlığında əhali ipəkçilikdən,
arıçılıqdan, balıq və quş ovundan xüsusi gəlir əldə edir, çoxlu miqdarda buynuzlu mal-
qara, at və qoyun saxlayırdılar [6, c.IV, sən. 1152].
4. Maldarlıq
Lənkəran xanlığında əhalinin əsas məşğuliyyət sahələrindən, eyni zamanda əsas
gəlir mənbələrindən biri də maldarlıq idi. Xanlıqda demək olar ki, bütün sakinlərin kəli,
inəyi, öküzü, qoyunu və qoçu, atı və eşşəyi var idi. XVIII əsrin sonu – XIX əsrin
əvvəllərində xanlıqda 3 min baş iribuynuzlu mal-qara, 30 min başdan çox qoyun, bir
min at var idi [22, f. 52 (f. VUA), iş 19229, v.6]. Xanlığın Rusiya imperiyası tərəfindən
işğalı ərəfəsində burada 260 min başa qədər mal-qaravar idi [23, s. 395-396]. XIX əsrin
əvvəllərində isə Lənkəran xanlığında 11 minə qədər kəl, 14 minə qədər öküz, 11 minə
qədər inək, 46 minə qədər qoyun, 7 minə qədər eşşək, 17 minə qədər at, 120-dən çox
olmayaraq dəvə saxlanılırdı [19, s.221]. Xanlıqda çox yaxşı kəl cinsləri var idi. Yaxşı at
cinsləri isə İrandan gətirilir və baha satılırdı.
Lənkəran xanılığının Zuvand və Drığ mahallarında heyvandarlıq üstünlük təşkil
edirdi [18, s. 545].Lənkəran xanlığının Gülüstan müqaviləsindən sonra Qacarlar İran-
ının ərazisində qalmış olan Asalim və Gərgənrud mahallarının əhalisinin əksəriyyəti
inək və qoyun saxlayırdı [5, s.12].
Dostları ilə paylaş: |