XƏZƏr universiTƏSİ Təhsil Fakültəsi Təhsil Departamenti



Yüklə 41.15 Kb.
tarix28.11.2016
ölçüsü41.15 Kb.
XƏZƏR UNİVERSİTƏSİ

Təhsil Fakültəsi

Təhsil Departamenti

Təhsil proqamlarının təşkili və qiymətləndirmə

adlı kursunun iş planı (syllabus)

Dönəm: 2014/2015 tədris ili, Yaz semestri

Müəllim: Dr. Elza Səmədova

E-mail: elzasemedova@khazar.org



Kursun təsviri: "Təhsil proqramlarının (kurikulum) təşkili və qiymətləndirilməsi” fənninin tədrisinin əsas məqsədi ali məktəblərin pedoqoji fakültə və ixtisaslarında təhsil alan tələbələrdə təhsil proqramlarının (kurikulumların) hazırlanması, strukturu və komponentlə arasındakı əlaqələr haqqında əsas anlayışlarla tanış etməkdir. Fənnin əsas məqsədi eyni zamanda təhsildə qiymətləndirmə ilə əlaqədar əsas anlayışlar haqqında məlumat verməkdir.
Dərsin məqsədləri və gözlənilən təlim nəticələri:


  1. Təhsil proqramlarının hazırlanması ilə əlaqədar əsas anlayışları izah edir;

  2. Təhsil proqramlarının hazırlanmasına dair yanaşmaları bilir.

  3. Təhsil proqramlarının strukturunu izah edir.

  4. Təhsil proqramlarının əsas komponentləri arasındakı əlaqaləri izah edir.

  5. Azərbaycanda tətbiq edilən ümumi təhsil proqramının modelini izah edir.

  6. Təlim strategiyası anlayışını izah edir.

  7. Təlim tədris prosesində istifadə edilən usul və formanın məqsədəuyğunluğunu müəyyənləşdirir

  8. Qiymətləndirməyə dair əsas anlayışları bilir;

  9. Qiymətləndirmənin növlərini və onların funksiyalarını izah edir;

  10. Qiymətləndirmə üsullarının əsas xüsusiyyətlərini bilir, üstünlüklərini və məhdudiyyətlərini izah edir.

  11. Beynəlxalq qiymətləndirmələrin əhəmiyyətini izah edir;


Kursun sonunda tələbələrdə aşağıdakı bacarıqların inkişaf etdirilməsi gözlənilir:
Tədqiqar aparma, təhliletmə, tətbiqetmə, şərhetmə, mühakiməetmə, nəticə çıxarma, problem həlletmə, səmərəli ünsiyyət qurma, təqdimatetmə, qrup şəklində işləmə, qrupu və özünüqiymətləndirmə.

Təlim strategiyası: Dərsdə müxtəlif təlim metod və formalarından (məs. fərdi, qruplarla və cütlərlə iş ) və üsullarından (məs. müzakirə, beyin həmləsi, təqdimatlar vs.) istifadə ediləcəkdir.


Qiymətləndirmə forması:

Aralıq imtahanı: 35 %

Final imtahanı: 35 %

Davamiyyət (participation): 5 %

Dərsə hazırlıklı gəlmək və fəallıq (activity) 10 %

Qrup və fərdi işlərin hazırlanması və təqdimatı 10 %

Quiz 5%

Tədqiqat işi ( bonus) 5 %



Cəmi: 100 bal
İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planınnda göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa dillərdə olan, mənbələrə də müraciət etmək lazımdır.

3. Aralıq və Final imtahanlarının hər ikisində imtahan tapşırıqları qısa cavablı və ya cavabı məhdudlaşdırılmış açıq suallar, müqayisəli təhlil tipli suallardan ibarət ola bilər.

4. İstifadə ediləcək ədəbiyyatın bir qismi (xarici mənbələr) tərəfimizdən təmin ediləcəkdir.



Fəallıq, qrup və fərdi işlərin qiymətləndirilməsi:

1. hər bölmənin sonunda aparılacaq müzakirə mövzuları və sualları tələbələrə əvvəlcədən veriləcəkdir və tələbələr bu mövzulara və tapşırıqları fərdi və ya qrup işi olaraq hazırlamalıdırlar.

2 Müzakirə mövzuları və tapşırıqlar syllabusda göstərilən həftə içərisində təqdim olunmalıdır. Geçikdirilən işlərə bal verilməyəcəkdir.
Müzakirə mövzuları ( 1-ci bölmə üçün nümunə) :


  1. Müsair təhsil fəlsəfələrinə görə təhsil müəssisələri nələrə məsuliyyət daşıyır və məktəbin funksiyası nə olmalıdır?

  2. Azərbaycan təhsil sistemində hansı təhsil fəlsəfəsi hakim fəlsəfə olaraq qəbul edilməlidir?

  3. Amerika, Avropa, Türkiyə və Azərbaycan təhsil sistemlərini təhsil proqramları tarixi baxımından müqayisə edin.

  4. Təhsil porqramlarının psixolojik əsasları proqram hazırlamanın hansı mərhələsində daha çox fayda verir?

  5. Təhsil porqramlarının ictimai əsasları təhsil proqramlarınin hazırlanmasına nə qədər təsir edir? Vs.

Dərs kitabları :

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Özcan Dəmirəl, Təhsildə proqram hazırlama ( nəzəriyyədən praktikaya),

20-ci nəşr, Pegem Nəşr., Ankara, 2013. ,

Təhsildə ölçmə və dəyərləndirmə, Redaktor. Hakan Atılqan, 6-cə nəşr, Anı nəşr.Ankara 2013

Qiymətləndirmə və monitorinq nəticələrindən istifadəyə dair təlim materialı, Xəzər Universiteti Nəşr. , Bakı 2013,

Yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim vəsaiti, Xəzər Universiteti Nəşr. , Bakı 2013,

Istifadə ediləcək diğər mənbələr:


  1. George J., Posner, Analyzing the Curriculum, http://www.amazon.com/Analyzing-The-Curriculum-George-Posner/dp/0072823275#reader_0072823275

  2. Robert J. Marzano John S. Kendall, Designing & Assessing Educational Objectives, Applying the New Taxonomy, California, USA, Corwin Press, 2008

Azərbaycan Respublikasının Təhsil Qanunu, Bakı, “Qanun”, 2009

Abbasov Ə., Təhsil İslahatı və kurikulumların hazırlanması problemleri// ATPİ-nin Elmi əsərləri, 2005, N.1


Abbasov Ə., Yeni fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri/ ATPİ-nin Elmi əsərləri, 2007, N.1

Abbasov Ə., Süleymanova A. , Məktəb kurikulumlarının hazırlanması / / ATPİ-nin Elmi əsərləri, 2007, N.4

Abbasov Ə., Sultanova İ. , Taksonomiydan standarta / / ATPİ-nin Elmi əsərləri, 2008, N.4

Abbasov Ə., Ümumtəhsil kurikulumlarının növləri //Kurikulum, 2008, N.1

Abbasov Ə., Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə tədqiqatların nəticələri barədə // ATPİ-nin Elmi əsərləri, 2009, N.1

Ağayev Ə. , Pedoqoji fikrimiz, dünənimiz, bu günümüz,, Bakı 2000.

Əhmədov A., Abbasov Ə., Talıbov T., Təhsil kurikulumlarının xarakterik cəhətləri // Kurikulum 2009, N. 1.

Hüseynzadə R. L., Erkən və orta əsrlərdə Azərbaycanda tərbiyyə, təhsil və pedaqoji fikir, Bakı, Nurlan, 2007

Mehrabov, A.O., Azərbaycan təhsilinin müasir problemləri, Bakı, Mütərcim, 2007

Mehrabov, A.O., Cavadov, İ., Ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmə, Bakı, Mütərcim, 2007

Rüstəmov F., Pedaqogika Tarixi, Bakı, “Nurlan”, 2006

Varış, Fatma, Eğitimde Program Geliştirme, Alkım Yayınları, Ankara,1996.

Veysel. Sönmez, Program Geliştirmede Öğretmen El Kitabı.. Ankara, Anı Yayıncılık, 2001

http://www.ppd.com.tr/kaynaklar/15-egitim-ogretim-programinin-degerlendirilmesi.html

http://www.nylc.org/sites/nylc.org/files/files/250CIPP.pdf

http://kefad.ahievran.edu.tr/archieve/pdfler/Cilt6Sayi1/JKEF_6_1_2005_13_19.pdf

http://www.nationalforum.com/

http://biologmehmet.blogcu.com/program-gelistirmede-temel-kavramlar/11335794

http://www.kurikulum.az/index.php/az/resurslar/jurnal/nesrler

http://www.edu.gov.az/upload/file/cixish-16.10.09.pdf



Istifadə oluna biləcək digər mənbələr


Həftə / Tarix

MÖVZULAR

SAAT




I MODUL: Təhsil proqramlarının quruluşu və məzmunu

26

1

26.01.2015

28.01.2015

Təqvim planın müzakirəsi. Təhsil proqramlarının hazırlanması ilə əlaqədar əsas anlayışlar. Təhsil proqramlarının hazırlanması tarixi

4


2-3

02.02.2015

04.02.2015

09.02.2015

Təhsil proqramlarının hazırlanmasının ictimai, psixoloji, fəlsəfi əsasları: (cəmiyyətin ehtiyacları, təhsil fəlsəfələri, öyrənmə nəzəriyyələri çərçivəsində təhsil proqramına baxış)

6

3-4

11.02.2015

16.02.2015

Təhsil proqramları hazırlanmasında əsas prinsiplər və yanaşmalar,təhsil programları modelləri

4

4-5

23.02.2015

25.02.2015

02.03.2015

Təhsil proqramlarının strukturu, komponentləri, bu komponentlərin birbirləri ilə olan əlaqələri

Təhsil proqramlarında hədəflərin, təlim nəticələrinin, standartların, məzmunun və bacarıqlar müəyyən edilməsi.



6

5.-6

04.03.2015

09.03.2014

11.03.2015


Təhsil proqramlarında təlim nəticələrinin, standartların bilik və fəaliyyət komponentləri və onlların təhlili, məzmunu təşkil edən biliklərin növləri və taksonomiya anlayışı

(* Mart Qadınlar bayramı)



Quiz

4+2




II MODUL: Təhsil proqramında nəzərdə tutulan təlim strategiyası

12

7-8

16.03.2015

23.03.2015

26.03.2015


Proqresiv təlim yanaşması. Təlim strategiyaları. Təlimin təşkili prinsipləri. Planlaşdırma növləri və planlaşdırma nümunələri

(* Novruz Bayramı)



2+4


8

Aralıq imtahanı

2

9.

18.03.2015

30.03.2015


Təlim məqsədlərinin təyin olunması, təlimdə yüksək idraki bacarıqların formalaşdırılması, təlim metod və formalarının məqsədəuyğunluğu

4




III MODUL: Təhsil proqramında nəzərdə tutulan qiymətləndirmə strategiyası

22

10

01.04.2015


Təhsildə qiymətləndirmə ilə əlaqədar əsas anlayışlar: ölçmə, dəyərləndirmə, meyar,

Monitorinq və qiymətləndirmənin məqsədləri



2

10.

06.04.2015

Azərbaycanın Qiymətləndirmə Konsepsiyası

2

11-12

08.04.2015

13.04.2015

15.04.2015


Qiymətləndirmə növləri (diaqnostik, formativ, summativ), və əsas xüsusiyyətləri, istifadə yerləri, qiymətləndirmənin məzmunu, qiymətləndirmə vasitələrinin növləri, üsulları

6

12.-13

20.04.2015

22.04.2015

Qiymətləndirmə standartları: Beynəlxalq qiymətləndirmələrdə istifadə olunan standartlar,

4

14

27.04.2015

28.04.2015

Qiymətləndirmə (ölçmə) vasitələrinin əsas xüsusiyyətləri, validlik, etibarlılıq, işləklik

4

15

04.05.2015

06.05.2015

Dəyərləndirmə: təhsildə dəyərləndirmə, qiymətləndirmə nəticələrinin təhlili prinsipləri

4




Final





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə