ADPU Quba filialı ll kurs İbtidai sinif müəllimliyi 2102 B Fənn: Pedaqoji fikir tarixi Müəllim: Ayşən Babayeva Tələbə: Rufanə Ələsgərova Mövzu: XlX-XX əsrlərdə Avropa və Amerikada məktəb və pedoqoji fikir
XlX-XX əsrlərdə Avropa və Amerikada məktəb və pedaqoji fikir Dünyanın bütün ölkələrində gənc nəslin təhsil və tərbiyəsi indiki dövrdə
böyük aktuallıq kəsb edir. ABŞ, Qərbi Avropa, Yaponiya, Rusiya və s. tanınmış
nüfuzlu ölkələrdə böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı əldə olunmuş nailiyyətlər, töhfələr bütün dünya ölkələrinə öz təsirini göstərmişdir. Eyni zamanda Azərbaycanda da dünya ölkələrinin təhsil sistemi geniş müzkirə mövzularından biri olmuşdur. Bu baxımdan bir çox ölkələr Ümumavropa təhsil məkanına inteqrasiya olunmaqla, hər bir ölkənin təhsilinin öz spesifikasına uyğun müəyyənləşməsiəsas çıxış yolu olmuşdur.
Dünya hazırda vahid deyil, məhz buna görə də təhsilin hər hansı bir vahid modeli də mövcud ola bilməz. Buna baxmayaraq biz ölkələri az və çox inkişaf etmiş ölkələrə bölürük, bunlar içərisində elələrini seçirik ki, özümüzü onlara oxşatmaq böyük əhəmiyyət kəsb etsin və nəticə etibarı ilə müasir inkişaf etmiş cəmiyyətin insanının hər hansı bir modeli təsvir oluna bilsin.
Təhsil-tərbiyəyə sinfi yanaşma Robert Ouen Robert Ouen Cənubi İngiltərənin kiçik bir şəhərində anadan olmuşdur, 8 yaşına qədər aldığı təhsillə kifayətlənmişdir. 20 yaşında ikən Mançestrdə fabrik müdiri olur. Mançestr ədəbiyyat-fəlsəfə cəmiyyətinə daxil olur. 1800-cü ildən Şotlandiyanın Nyu-Lenark şəhərində fabrik müdiri olur. O, cəmiyyətin dəyişdirilməsi ideyasını tarixdən kənar həqiqət kimi başa düşürdü. Burada Xarakterin təşəkkülü üçün yeni institut təşkil edir. 1816-1825-ci illərdə Amerikada “Yeni harmoniya” adlı icma təşkil edir. Lakin icma dağılır.
R.Ouen “Cəmiyyətə yeni baxış və ya xarakterin formalaşmasına dair təcrübələr”, “Yeni əxlaq dünyası haqqında mühazirələr”, “İnsanın yer üzərində yeni yaşayışı” və d. əsərlərinin müəllifidir.
R.Ouenin pedaqoji sahədə böyük xidməti ondan ibarətdir ki, o, uşaqların ictimai tərbiyəsi və təlimin məhsuldar əməklə birləşdirilməsi ideyasını irəli sürməklə, onu elmi cəhətdən əsaslandırmaqla kifayətlənməmiş, öz ideyalarını praktikada həyata keçirmişdir.
R.Ouen özünün Nyu-Lenarkdakı böyük xidmətini gənc nəslin tərbiyəsi və fəhlələrin xarakterini yenidən tərbiyə etmək uğrunda apardığı islahatda görürdü.
R.Ouen ağıllı, düşüncəli, texniki cəhətdən savadlı, gözəl adətlərə və meyillərə malik, bir-birilə dost, sahibkarlara xeyirxah münasibət bəsləyən yeni fəhlələr tərbiyə etmək. Yetkin fəhlə kollektivi yaratmaq istəyirdi. O, uşaqların da həmin ruhda böyüməsinə çalışırdı. R.Ouen əmək tərbiyəsinə də xüsusi yer ayırırdı. Uşaqlar kiçik yaşlarından böyüklərin əmək fəaliyyəti ilə tanış olur, onu müşahidə edir, onlara bəzi zəruri əmək vərdişləri aşılanırdı.
Nyu-Lenarkda R.Ouen, uşaqların bədii tərbiyəsinə də xüsusi əhəmiyyət verirdi. Nəğmə, musiqi, rəqs, rəsm, nəzakətli davaranış, səliqəli geyim, işin icrasında dəqiqlik, daxili yaşayış qaydalarında və gün rejimində ahəngdarlıq bədii tərbiyə üçün R.Ouenin istifadə etdiyi vasitələr idi. R.Ouenin qəti əmin idi ki, tərbiyə insanlığı ya xeyirxahlığa, ya da şərə aparır. Tərbiyənin yaxşı və ya pis olması tədris olunan fənnlərin məqsədindən, məzmunundan, tətbiq olunan prinsip və metodlardan asılıdır. O, təlim və tərbiyə prosesində tətbiqi, zəruri olan aşağıdakı metodları fəqrqləndirirdi:
1.Yaş xüsusiyyətlərinin nəzərə alınması;
2.Əyanilik;
3.Uşaqların meyil və qabiliyyətlərinin nəzərə alınması;
4.Metodun uşağın təbiətinə uyğunluğu;
5.Mərhəmət və xeyirxahlıq.
R.Ouenin məktəblə bağlı tələbləri qəti və olduqca ciddi idi. O, deyirdi ki, məktəbdə: 1.Uşaqları təhqir etməməli və cəzalandırmamalı;
2.Uşaqlara hərbi hazırlığ verməli;
3.Uşaqların sualına dəqiq və aydın cavab verməli;
4.Məşğələlər uşaqları yormamalı;
5.Müsahibə, sual-cavab yolu ilə ancaq dəyərli şeylər öyrədilməli;
O xarakterin düzgün təşəkkülü üçün 5 amili irəli sürmüşdür:
1.İnsan orqanizmi ilə xarici şəraitin qarşılıqlı təsiri;
2.Öz iradəsindən asılı olmayaraq hiss və etiqadlarını xarici aləmdən alması;
3.Bu hiss və etiqadların iradə adlandırılması;
4.Nə fitri, nə də sonrakı tərbiyə vasitəsi ilə iki fərdi tam eyniləşdirməyin mümkün olmaması;
5.Üzvi xəstəliklər müstəsna olmaqla, hər bir uşağın yaşadığı mühitin təsiri ilə ən aşağı və ən ali vücudun təşəkkülü mümkümdür. Ouenin tələbi əsasında İngiltərədə Müəllimlər Seminariyası açılmağa başlamışdır. O ümumi, pulsuz, icbari təhsil olmasını tələb edirdi. O, yalnız öz təhsil tərbiyə müəssisələri üçün deyil, həm də bütün İngiltərə üçün müəllim hazırlığı işinə müsbət təsir göstərmişdir.
Robert Ouen (1771-1858) bütün ideyalarını “İnsan xarakterinin yaranması haqqında” və “Yeni mənəviyyat aləmi kitabı” əsərində vermişdir. O, “İnsan xarakterinin yaranması haqqında” adlı əsərində insanı təbiətə müvafiq tərbiyə etməyi məsləhət görür. Ouen öz ideyalarını qanun halında verir və onun motivlərini göstərirdi.
Birinci qanun: hamı anadan olandan kamillik dövrünə qədər tərbiyə və təhsil almalıdır. Bu xarakteri formalaşdırmaq üçün isə dünyada bədbəxtliklərin səbəblərini araşdırmaq, xalqlar, millət, irq fərqini aradan götürmək, ümumi işi düzgün idarə etmək, yaxşı qaydalar qoymaq lazımdır. Bütün əyriliyi, yaltaqlığı, tənbəlliyi aradan qaldırmaq lazımdır. Insan xarakterinin formalaşmasında fiziki, əqli, əxlaqi və praktik fəaliyyət mühüm rol oynayır. Bunun üçün cəza və mükafatdan uzaqlaşmaq lazımdır.
İkinci qanun: hamı tərbiyə işində, ev təlimində ümumi qaydaya tabe olmalıdır. Bu qanunun mahiyyəti odur ki, insanı anadan olduğu gündən düzgün tərbiyə etmək lazımdır. Bunun üçün tərbiyədə yalnız bərabərlik, intizam əsas şərtdir. Insanların ya hamısı xoşbəxt olmalıdır, ya da heç biri. Bu ən düzgün və ağıllı yoldur. Bu demokratiyanın başlanğıcıdır.
Üçüncü qanun: bütün uşaqlar doğulandan sonra onlar xüsusi bir qəsəbədə olmalı, valideynlərin onlarla müəyyən bir müddət asudə vaxt keçirməsi üçün şərait yaradılmalıdır.
Dördüncü qanun: bütün uşaqlar qəsəbədə bir yerdə tərbiyə və təhsil almalıdır. Bütün uşaqlar erkən yaşdan təbiət qanunları ilə tanış olmalı, ən zəruri biliklərə yiyələnməlidirlər. Uşaq erkən yaşdan ictimai həyata atılmalıdır. Yalnız uzun zaman cəmiyyətin fəaliyyəti nəticəsində insan hər tərəfli inkişaf edə bilər. Bunun üçün uşaq ağıllı mühitlə əhatə olunmalıdır. Uşaqları ağıllı tərbiyə etmək üçün kişiləri və qadınları qabaqcadan nümunəvi müəssisələrdə təlimatlandırmaq lazımdır. Uşağı tərbiyə edən müəllim özü tərbiyəli olmalıdır.