Adpu quba filialı LL kurs İbtidai sinif müəllimliyi 2102 b fənn: Pedaqoji fikir tarixi


Avropada məktəb və pedoqoji fikir



Yüklə 24,94 Kb.
səhifə4/4
tarix01.12.2022
ölçüsü24,94 Kb.
#71709
1   2   3   4
Avropada məktəb və pedoqoji fikir
XIX əsrdə Prussiyada təhsil başlıca olaraq dünyəvi xarakter daşıyırdı. 1810, 1816, 1817-ci il qanunları Prussiyada təhsilin dünyəviliyini və dini azadlığını təsbit etmişdi. Dövlət orta məktəbləri kilsədən ayıraraq onların fəaliyyət göstərməsinə nəzarət edirdi. XIX əsrin 70-ci illərində dini məktəblər yenidən gücləndi. Almaniyada ibtidai və orta məktəblər fəaliyyət göstərirdi. İbtidai məktəblərdə dinin təsiri güclü idi. Lüteran və katolik məktəbləri var idi. Orta məktəblərə şəhər realnı məktəbləri və gimnaziyalar daxil idi. Realnı məktəblər müasir təhsil verirdi. 1859-cu ildə ölkədə 3 tip orta tədris müəssisə ləri fəaliyyət göstərirdi:
1) yeni klassik gimnaziya; 2) realnı məktəb; 3) qarışıq məktəblər.
Almaniya Prussiyada Qərbi Avropa ölkələri arasında qadınlar üçün orta təhsil müəssisəsi açan ilk dövlətlərdən biridir. Universitetə daxil olmaq hüququ verən orta məktəblər varlılar üçün nəzərdə tutulmuşdu. Almaniyada sənaye məktəbləri də var idi. 1810-cu ildə yaradılmış Berlin Universiteti pedaqoji və elmi-tədqiqat istiqamətində fəalliyət göstərirdi. Ölkədə 1930-cu ilin əvvəllərindən pulsuz ibtidai təhsil və ödənişli orta təhsil sistemi mövcud idi. Bu sistemdə başlıca olaraq 6-10 yaşlı uşaqlar üçün icbari dördillik ibtidai təhsilin ilk mərhələsi fəalliyyət göstərirdi. Ona paralel olaraq 3 tip təhsil müəs sisəsi var idi: 1) 10-14 yaşlı uşaqlar üçün ibtidai məktəb; 2) 10-16 yaşlılar üçün xalq məktəbi; 3) doqquzillik orta məktəb. İbtidai təhsil müəssisəsi hesab olunan birinci və ikinci tip məktəblər peşə yonümlü idi. Orta məktəbləri bitirənlər universitetə qəbul olmaq hüququna malik idilər. Bu məktəblərin 3 tipi var idi: 1) gimnaziya; 2) realnı peşə məktəbi; 3) ali alman texniki məktəbi.
XX əsrin ikinci yarısında Almaniyada 9 illik pulsuz icbari təhsil həyata keçirildi. İbtidai təhsildən sonrakı təhsil sistemi 3 mərhələdən ibarət idi: əsas məktəb, realnı peşə məktəbi, gimnaziya. Gimnaziya tam orta təhsil verməklə universitet tipli məktəblərə qəbul olunmaq hüququ verirdi. Almaniyada ümumtəhsilin tipləri mövcud idi. Bu tip məktəblərdən başqa Almaniyada "nizami", "orta" və "2-ci pillə" məktəblər də var idi.
Almaniyada 324 ali məktəb var. Yüksək beynəlxalq nüfuza malik uni
versitetlərdə təhsil vahid elm və tədris fəaliyyəti prinsipinə görə qurulmuşdur. Ali məktəbləri seçərkən aşağıdakı məktəblər arasından seçmək olar:
-pedaqoji və digər ali məktəblərlə birləşən, texniki, texniki universi tetləri özündə birləşdirən və 1,3 milyondan çox tələbəsi olan 118 universitet;
-52 ali incəsənət (rəssamlıq), musiqi məktəbi və ali kinomatoqrafiya məktəbi (30 minə yaxın tələbə);
-154 (400 mindən çox tələbə).
Alman ali məktəblərində tədris alman dilindədir, lakin ali məktəblərdə magistratura proqramı üzrə təhsil alman dili və həm də ingilis dilində aparılır.
Ali məktəblərdə tədris ili iki semestrə bölünür: qış və yay. Almaniyanın ali məktəblərində dərsə istənilən semestrdən başlamaq olar (qış - sentyabr - oktyabrdan, yay - mart - apreldən), sənəd qəbulu iki dövrdə olur və qış se mestri üçün sənəd qəbulu 15 iyula kimi, yay semestri üçün isə 15 yanvara kimidir.
Hazırda Almaniyada təhsil sisteminin mərhələləri ibtidai, orta və ali məktəblərdən ibarət olan üç pilləli strukturdan ibarətdir. Həmin strukturun hər bir pilləsində həm dövlət, həm də özəl təhsil müəssisələri var. Almaniya dövləti bütün vətəndaşlara məcburi orta təhsil verir, buna görə də dövlət ibtidai və orta məktəblərində təhsil ödənişsizdir. Bir çox dövlət universitetlə rində də təhsil ödənişsizdir. Təhsil sisteminin rəhbər orqanları təhsil və mədə niyyət nazirlərinin daimi konfransından və Almaniya təhsil müəssisələri rek torları konfransından ibarətdir. Torpaqlar (ərazilər) səviyyəsində təhsil prose sinə rəhbərliyi torpaqlar (ərazilər) üzrə nazirliklər həyata keçirir, onlar, mə sələn, həmin torpağın (ərazinin) məktəblərindən istifadə olunmaq üçün dərs liklər təsdiq edirlər. Hər torpaqda (ərazidə) federal “çərçivə” qanunu fəaliyyət göstərir.
Almaniyada müasir təhsil sisteminin əsas xüsusiyyətləri Veymar Res publikası (1920-ci illər) dövründən formalaşmışdır, o vaxt orta məktəbin tam xalq məktəbinə və gimnaziyaya bölünməsi baş vermişdi. 1950-ci illərin əvvəl lərinə qədər realnı məktəbdə və gimnaziyada təhsil ödənişli idi.
Almaniyada məktəbəqədər uşaq müəssisələri şəbəkəsi zəif inkişaf etmişdir. Uşaq bağçaları əsas etibarilə şəxsi (xüsusi) mülkiyyətdədir, oraya üç yaşından beş yaşına qədər uşaqlar gedir.
Almaniyada ibtidai məktəbdə təhsil altı yaşdan başlanır və dörd-altı il ərzində davam edir. İlk iki sinifdə fənlərin standart quruluşu olmur, riyaziy yat, alman dili, ölkəşünaslıq, musiqi və din üzrə baza bilikləri kompleks şəkildə, yəni təlim-tərbiyə kursu çərçivəsində tədris edilir.
Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin