Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Qızlar Universiteti
Fakültə: Sosial-pedaqoji
İxtisas: Məktəbəqədər təlim və tərbiyə
Fənn: Məktəb təliminə hazırlıq
Qrup: MQ2-19
Müəllim: Həsənova Pərişan
Tələbə: Daşdəmirova Sevinc
Bakı 2022
Mövzu 1: Məktəb təliminə hazırlıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri.
2. Ekoloji mədəniyyət anlayışının məktəb təliminə hazırlıq dövründə əhəmiyyəti.
3. Uşaqların məktəb təliminə hazırlığında valideynin rolu.
4. Əxlaq tərbiyəsinin məzmunu və metodları.
5. Uşağın məktəb təliminə sosial emosional hazırlığı məsələnin məktəbəqədər təhsil proqramında qoyuluşu.
Məktəb təliminə hazırlıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri.
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd edilir: “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.”
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli Qərarı məktəbəhazırlıq təhsilinin (1il) icbariliyinin təmin olunmasına istiqamətlənir. Qərara əsasən, dövlət ümumtəhsil müəssisələrində 2016-2017-ci dərs ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılmışdır. Azərbaycan Respublikasının təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinə əsasən, həmin qruplarda işə cəlb olunacaq müəllimlərin səriştələrinin artırılması məqsədilə öyrədici təlimlər keçirilir. Vəsait 36 akademik saatlıq təlimin məzmununu əhatə edir.
Buraya təlim zamanı istifadə olunacaq sənəd və materiallar salınıb. Təlimlərdə əsas diqqət inkşaf sahələrinin əhəmiyyətinə, standartların şərhinə, həmin standartları reallaşdırmaq üçün müvafiq fəaliyyətlər hazırlamağa, öyrənmənin oyun üzərində qurulmasını təbliğ etməyə, məktəbə hazırlıq məsələlərində kök salmış stereotipləri sındırmağa yönələcəkdir. Fiziki, sosialemosional, estetik və yaradıcı inkişaf sahələrinin əhəmiyyəti və mahiyyəti xüsusi vurğulanır.
Vəsaitdə YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə ərsəyə gəlmiş “Beşyaşlıların qısa müddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram”dan istifadə edilmişdir. Vəsaitdə tezaurus (terminoloji lüğət) və istifadə edilmiş ədəbiyyat siyahısı da vardır. Daha çox və dərindən öyrənmək istəyənlər həmin mənbələrdən əlavə məlumat ala bilər. “Məktəbəhazırlığın təşkili Qaydaları” 8 yanvar 2010-cu ildən qüvvəyə minmişdir.Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb və məktəbəhazırlığın təşkili məsələlərini tənzimləyir. Beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir (“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən 2020-ci ilədək mərhələli şəkildə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə cəlb edilməsi 90 faizə çatdırılmalıdır).
16 iyun 2017-ci ildə Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. Beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir. (Sənəd təhsil nazirinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib.)
2017-ci ildə Məktəbəqədər Təhsil Kurikulumunun təkmilləşdirilmiş variantı Təhsil Nazirliyinə təqdim edilmişdir. Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər.
Məktəbəhazırlığın məqsəd və vəzifələri
Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Məktəbə hazırlığın vəzifələri:
uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi,
uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
Məktəbəqədər təhsilin əhəmiyyəti. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür və qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir.
Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının, mühafizəsinin, ətraf aləmə həssas (şüurlu) münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir. Məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların zəruri həyati bacarıqlara yiyələnmələrini və məktəb təhsilinə hazırlığını təmin edir.
Məktəbəqədər təhsil uşaqların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir. Məktəbəqədər yaş dövründə ən optimal inkişaf mərhələsi keçən sahələrdən biri də - davranışdır. Erkən yaşlarda sensor və emosional təsirlərə daha çox məruz qalan uşaq davranışı 3 yаşdan başlayaraq artıq bütün quruluşları ilə birgə məqsədəuyğun istiqamətdə inkişafa yönəlir. Bu dövrə qədər əldə оlunun psiхоfiziоlоji və psiхоsоsiаl imkаnlаr оnа dаhа mürəkkəb münаsibətlər sistеminə dахil оlmаğа, kоqnitiv prоsеslərlə müşаyiət оlunаn əqli tаpşırıqlаrı yеrinə yеtirməyə, məntiqi mühаkimə yürütməyə imkаn vеrir.
Məktəbəqədər yaş dövründə əsas istiqamətverici faktorlardan biri-motivasiyadır. İnsanın həyаtındа mühüm rоl оynаyаn mаrаqlаr, sоsiаl yönəlmələr, ətrаfdаkı insаnlаrın, mühitin tələblərinə uyğunlаşmаq хüsusiyyəti də məktəbəqədər yaşın sonunda uşağın motivasiya sahəsində toplanır. Mоtivаsiyа sаhəsinin yаrаnmаsı rоllu оyun fəаliyyəti ilə sıх bаğlı olur. Nəticədə uşаğın fəаliyyətində hissi-pеrsеptiv qаvrаmа аrха plаnа kеçməyə bаşlаyır. Оnun hərəkətləri еmоsiоnаl təsirlərdən təmizlənərək dаhа şüurlu, irаdi məzmun аlır.
Dostları ilə paylaş: |