Fənn: Məktəb təliminə hazırlıq Qrup: mq2-19 Müəllim


Əxlaq tərbiyəsinin məzmunu və metodları



Yüklə 489,82 Kb.
səhifə4/6
tarix10.05.2022
ölçüsü489,82 Kb.
#57223
1   2   3   4   5   6
Daşdəmirova Sevinc Məktəb təlimi

Əxlaq tərbiyəsinin məzmunu və metodları.

Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir.

  “Əxlaq - insanın mənəvi, dərin keyfiyyətləri, cəmiyyətə və başqalarına qarşı münasibətləri müəyyən edən normaları davranış qaydalarını özündə birləşdirir”. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması,  kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən “əxlaqlı!, “yüksək etikalı”, “mədəni əxlaqlı”, “əxlaqsız” kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi “etikaya” istinad edir.

Əxlaq tərbiyəsinin mahiyyəti dedikdə, adamın özünə, başqalarına (dosta, tanışa, böyüyə, kiçiyə, qadına, kişiyə, başqa xalqlara və s.) əməyə, Vətənə, ictimai quruluşa, ictimai-siyasi qrup və təşkilatlara, dövlətə və s. olan münasibətinin şüurlu surətdə formalaşması nəzərdə tutulur. Bu cür münasibətin formalaşması prosesi-əxlaq tərbiyəsi prosesidir. Əxlaq tərbiyəsini səciyyələndirən bir sıra əlamətlər vardır. Bunlardan biri adından göründüyü kimi, əxlaqla, davranışla, əxlaqi keyfiyyətlərlə bağlıdır. Əxlaq tərbiyəsi zamanı tərbiyəçi hansısa əxlaqi keyfiyyəti və ya keyfiyyətləri tərbiyə olunanlara aşılamağa çalışır.

Elmi pedaqogikada “əxlaq tərbiyəsi” ifadəsini ilk dəfə olaraq elmi pedaqogikanın banisi sayılan böyük çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişdir. O, bir sıra əsərlərində həm “əxlaq qaydaları”, həm də “əxlaq tərbiyəsi” ifadələrini işlətmişdir. Komenskidən təxminən 400 il əvvəl şərqin böyük mütəfəkkiri Nəsirəddin Tusi “Əxlaqi Nasiri” də əxlaq tərbiyəsinin böyük bir sistemini vermişdir. Tusi pedaqogikasında başlıca amil sayılan əxlaq tərbiyəsi nəzəriyyəsini mütəfəkkir alim 3 mənbədən - özünün ailə tərbiyəsindən, Azərbaycan xalqının tərbiyə ənənələrindən və özünəqədərki nəzəriyyəçilərin tərbiyə haqqındakı fikirlərindən seçdiyi səmərəli toxumların əlaqələndirilməsi, tənqidi təhlil yolu ilə ümumiləşdirilməsi və dərin elmi süzgəcdən keçirilməsi əsasında yaratmışdır. Keçmişin, öz dövrünün təlim-tərbiyə məsələləri üzrə təcrübəsini düzgün dərk etdiyindən, Nəsirəddin Tusi gələcək nəsillərin tərbiyəsinə ağıllı istiqamət vermək imkanına malik olmuşdur.

Əxlaq tərbiyəsinin məzmununa vətənpərvərlik, dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq insanlara humanist münasibət, onu əhatə edən mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.

İnsanların tərbiyəsində millilik çox əhəmiyyətlidir, öz-özlüyündə bir gözəllikdir və hər zaman qiymətləndirilməlidir. Hətta cahil insan da müəyyən tərbiyəli cəhətlərinə görə sevilməlidir. İstənilən ixtisasın sahibi, hər şeydən əvvəl, müəyyən səviyyəyə malik olmalıdır. Kiçik yaşlardan qazanılan həmin səviyyə olmadan insanın şəxsiyyət kimi formalaşması və yaxşı mütəxəssis olması, demək olar ki, qeyri-mümkündür.

Milli tərbiyə, adət-ənənə və mədəniyyətlərdən uzaq cəmiyyətlər kobud, cahil və etibarsız olurlar. Məktəblərdə bütün fənlərlə yanaşı, tərbiyə, milli mədəniyyətlə bağlı mövzular keçilməli, yaşadıqları Vətəni cənnətə çevirəcək sağlam ruhlu və xarakterli nəsillər tərbiyələndirilməlidir. Lakin bəzən bunun əksi ilə qarşılaşırıq və belə əhəmiyyətli dərslərin, mövzuların arxa planda qaldığını görürük ki, bu da bütün insanları ciddi şəkildə narahat etməlidir.

Uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya çıxarır. Hər bir uşaq da oz valideynlərinin tərbiyəsi ilə formalaşıb, kimlik tapan insan adlı bir əsərə çevrilir. Bu baxımdan tərbiyə valideynlərin üzərinə duşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Ata-ana bu çətin, şərəfli və məsuliyyətli işlə Allah tərəfindən vəzifələndirilmiş və müqabilində də onlara böyük savablar vəd edilmişdir.


Yüklə 489,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin