103
ron yarımadasında mövsümi məskənlərin şəhərətrafı
bağlar olmaqla xüsusi bir növü də təşəkkül
tapmışdır. Bağ tipli məskənlərin yaranmasında təsərrüfat məşğuliyyətindən daha çox iqlim
amilləri başlıca rol oynamışdır. Bir qayda olaraq, yay mövsümündə kapitalist Bakısının imkanlı
ailələri Abşeron kəndləri yaxınlığındakı bağ evlərinə köçürdülər. Belə evlər geniş yaşayış mas-
sivini təşkil edirdi. Bu mənada Abşeronda bağ evlərinin salındığı yaşayış massivləri tipoloji
cəhətdən müvəqqəti yaşayış məskəni səciyyəsi daşıyırdı. Belə məskən tipləri Böyük və Kiçik
Qafqaz yaylalarında daha geniş yayılmışdı.
İnsan məskənləri ilk növbədə təbii-coğrafi şəraitlə üzvi surətdə bağlı olsa da, zaman
keçdikcə sosial-iqtisadi amillərin təsiri ilə inkişaf edərək, müəyyən tipoloji dəyişmələrə məruz
qalmışdır. Ona görə də hər bir məhəlli məskunlaşma bölgəsinin sosial-iqtisadi inkişaf
səviyyəsindən asılı olaraq məskən növləri təşəkkül tapmışdır.
Mövsümü məskənlərin tipik nümunəsi olan şəhərətrafı
bağ kəndlərinə
köçmə ənənəsi,
Abşeron bölgəsində Sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Bu xüsusilə, Bakı əhalisi
üçün daha çox səciyyəvi hal almışdır. Ənənə olaraq, yayda Bakının bürkülü havasından qorun-
maq üçün əhalinin xeyli qismi «bağ» adlanan dənizkənarı kəndlərə köçür və isti yay mövsümünü
«bağ evləri»ndə keçirirdi. Havalar sərinləşib soyuqlar başlayanda bağ evlərinin sakinləri onu tərk
edirdilər. Küləkdöyən balaxanıya malik bu mafraq divarlı evlər, daşqura barı ilə əhatələnirdi.
Meynə və meyvə bağlarının kölgəli şəraitində yaşayış üçün əlverişli olan sərinlik yaradırdı. Bağ
mövsümü başa çatandan sonra əhali bağları tərk edib, şəhərə köçürdü.
Müvəqqəti səciyyəli mövsümi məskənlərin Azərbaycanda geniş yayılmış növü maldar
(köçəbə) elat əhalisinə məxsus
poligen səciyyəli
oba və
binə tipli məskənlər olmuşdur. Etno-
qrafik faktlardan göründüyü kimi, yüngül çubuq konstruksiyalı alaçıqlardan ibarət olan
oba tipli
elat məskənləri mövsümi səciyyə daşımışdır. Elat (köçəbə) əhalisi qışlaqlardan yaylaqlara doğru
və əksinə hərəkət etdikcə yol boyunca yığma-sökmə inşaat ünsürlərinə malik alaçıqlar tikməklə
köç düşərgələri salırdı.
Yazdaq və ya
küzdək düşərgəsi kimi səciyyələndirilən bu müvəqqəti
məskənlər köç yolları boyunca tədricən öz yerini dəyişirdi. Bundan fərqli olaraq,
qışlaq tipli
məskənlər sabit
yaşayış evi (külfət qazması, gəmrə, aradoldurma, çubuq-çitəmə ev) və təsərrüfat
tikililərinə (pəyə, mal gəmrəsi, qoyun qazması, banıstan, küz, samanlıq, anbar, quraqlıq, vana,
kəriskə, təndirxana və s.) malik olurdu.
Adları çəkilən müvəqqəti səciyyəli məskən növləri köçəbə məişət tərzi keçirən maldar
elat əhalisinə məxsus olub, sonralar oturaqlaşma prosesinin güclənməsi nəticəsində onların
əsasında bir sıra
törəmə kəndlər yaranmışdır. Həm də törəmə kəndlər bilavasitə qışlaqlardakı
binə, qazma, oba və ya yataqlar əsasında əmələ gəlirdi. Bunun səbəbi isə, hər şeydən öncə, qış-
laqlardakı təsərrüfat üçün yararlı daimi torpaq fonduna – əkin və hənd sahələrinə malik olması
ilə izah edilir.
Şəhər, qəsəbə və kəndlərdən ibarət olan daimi məskən tipləri
böyük təkamül yolu
keçmişdir. Bu məskənlər ailə vahidlərinin sayına görə
böyük, orta və
kiçik olmaqla üç qrupa
bölünürdü. Daimi məskənlər arasında say etibarilə 50-60 ailədən ibarət orta kəndlər çoxluq təşkil
etmişdir.
Coğrafi yerləşmə mövqeyinə görə, əkinçi (rəncbər) və maldar əhaliyə məxsus
dağ,
dağətəyi (yayla) və
aran (düzən,
küdrü) kəndləri bir-birindən fərqlənmişdir. Coğrafi vəziyyətinə
görə, kənd tipli məskənlərin
sahilboyu (dəniz, çay, arx kənarı),
yamac, meşəiçi (tala), dərəboyu,
Dostları ilə paylaş: