106
ınırdı. Bəzi etnoqrafik bölgələrdə tayfa böyük, əqrəba isə kiçik, yaxud
orta patronim vahid hesab
olunurdu.
Kiçik patronimlər «nəsil», «uşağı», «köbək», «gil», «lər» (lar), «nebi» və s. istilahlarla
ifadə edilən qohum qruplardan ibarət idi. Bu səbəbdən də yaşayış məskənlərinin məhəllə ərazi-
bölgüləri (coğa, com, comalaq, dingə, məhəllə, bölgə və s.) çox vaxt patronimik bölmələr (tirə, el,
oymaq, toxum, əqrəba) ilə uyğun gəlmir, ondan böyük və yaxud kiçik olurdu. Bəzi hallarda isə
məhəllə-ərazi bölgüləri patronimik vahid (oba, oymaq, təbəh, köbək) ilə tam üst-üstə düşürdü.
Məsələn, indiki Kürdəmir rayonunun Sorsor və Alıcanlı kəndində «oba» həm patronimik vahid,
həm də məhəlləni bildirən ərazi bölgüsü sayılırdı. Sabiq Zərdab icmasına daxil olan Yarməmməd
bağı nəsli və ərazi bölgüsünü bildirən müxtəlif oymaqlara, Abbasxanlı kəndi isə təbəhlərə
bölünürdü. Etnoqrafik müşahidələrdən
bəlli olduğu kimi, yuxarıda sadalanan terminlər sinonim
deyildilər. Onların bəziləri məhəllədən xeyli böyük olub bir neçə patronim qrupu əhatə edirdi.
Bəzən isə məhəllə patronim vahidə mütabiq gəlmirdi. Məsələn, Kürdəmir icması bir sıra co-
ğalara, onların hər biri isə, öz növbəsində, məhəllələrə bölünürdü. Bundan fərqli olaraq, Növcü
kəndi iki coğadan ibarət olmuşdur: onların hər birisi isə bir neçə dəngəyə, bunlar da, öz
növbəsində, məhəllələrə bölünmüşdü. Yaxud, Muradxan icması comalara, onlar isə dəngələrə
bölünmüşdü.
Şirvan düzündəki bir sıra kənd icmalarında (məsələn, Növcü, Şilyan, Çaxırlı)
dəngə həm
də bir neçə məhəlləni əhatə edirdi.
Şirvanın Qaraqoyunlu, Topçu, Göylər icmasında isə dəngə məhəllə ilə eyniləşirdi, yəni
kəndin hər dəngəsi bir məhəllədən ibarət idi. Şıxməzid icmasında isə tamam bunların əksinə
olaraq, dəngə məhəllədən xeyli kiçik idi. Başqa sözlə desək, burada məhəllə dəngələrə ayrılırdı.
Etnoqrafik materiallar göstərir ki, Şirvanda kənd icmasının ən böyük və qədim sosial
bölgüləri «coğa» və «com» olmuşdur. Muğan kəndlərində isə ən böyük sosial struktur vahidi
«tirə» idi. Bu bölmələrdə ailə nüfuzunun sayı artıb böyüdükcə onlar torpaq sahəsi əldə etmək
məqsədilə tirədən ayrılıb yeni məhəllə əmələ gətirirdilər. Beləliklə, zaman keçdikcə yeni
dəngələr, daha sonra isə onun tərki- bində yeni məhəllələr yaranırdı.
«Oba», «binə», «qışlaq», «qazma» və digər sosial struktur vahidləri maldarlıq təsərrüfatı
ilə bağlı olub, elat icmalarının daxili bölmələrini bildirirdi. Bu
təsisatlar çox vaxt monogen
səciyyə daşıyır və patronim adlarla ifadə olunurdu. Digər tərəfdən «oymaq» və «təbəh» bölgüləri
patronim səciyyə daşımaqla, yarımköçəri elat icmalarına məxsus qan qohumluğu münasibətlərini
də bildirirdi. Şirvan düzündəki Yarməmməd bağı vahid elat icması olub müxtəlif oymaqlara
bölünürdü. Abbasxanlı kəndinin isə hər məhəlləsi bir təbəhdən ibarət idi. Həm də təbəhlər biri -
digərindən o qədər aralıda yerləşirdi ki, onların hər biri ayrıca coğa, com və ya obanı xatırladırdı.
Bu sayaq elat icmalarının bir qismi zaman keçdikcə böyüyüb müstəqil kəndə çevrilmişdi.
Bəzi coğalar isə yaşayış məskəninin daxili bölgüsü olaraq qalmış və onun böyüyüb
genişlənməsini təmin etmişdir.
Bir qayda olaraq, yaşayış məskənlərində məhəllələr çox vaxt patronim adlar daşımışdır.
Bu isə yenə də monogen səciyyəli yaşayış məskəni daxilində vaxtilə çox güclü olmuş,
lakin
zaman keçdikcə zəifləyib unudulmuş qan qohumluğu əlaqələrini əks etdirirdi.
Bəzən məhəllə ya özünün coğrafi vəziyyətinə (Yuxarı baş, Aşağı baş, Orta dəngə, Aşağı
məhəllə, Çökək məhəllə, Çuxur məhəllə və s.), ya məhəllənin əsasını təşkil edənlərin peşə
mənsubiyyəti (Misgərlər, Dabbaqlar, Dəmirçilər, Kömürçülər, Çarvadarlar məhəlləsi) ilə ad-
landırılır, yaxud köçüb tərk etdikləri köhnə məskənin (Gəncəli, Ağdaşlı, Kolanılı, Sarablı,
Qəbələli, Ərdəbilli və s.) adını daşıyırdı. Tayfa adlarını (şahsevənlər, padarlar, udulu, göyçəli və
s.) daşıyan məhəllələr də az deyildi.
Səciyyəvi haldır ki, böyük yaşayış arealı təşkil edən çoxsakinli iri kənd icmaları başlıca
olaraq, Azərbaycanın düzənlik rayonlarında təşəkkül tapmışdır. İndiki
Ağsu rayonunun Növcü
kəndi üç para kənddən, keçmiş Kürdəmir icması 12, Zərdab icması isə 18 para kənddən ibarət
olmuşdur. H.Zərdabinin yazdığına görə, keçən əsrin 50-ci illərində Zərdab 600 evli bir kənddən
ibarət idi. Suvarma suyunun çatışmaması üzündən kənd əhalisi əkinçiliklə intensiv məşğul ola
bilmirdi. Onlar taxıl əkini üçün hər il daşqın sularının çəkilməsini gözləyirdilər. Ona görə də
Zərdablıların başlıca məşğuliyyəti ipəkçilik idi. Kür çayı boyunca 10 verst məsafədə onların tut
107
bağları var idi. İldə bir dəfə, yaz gələndə ipək qurdu bəsləmək üçün onlar öz tumcarlıqlarına
köçüb orada
küm tikir və barama yetişdirirdilər. Bu iş başa çatandan sonra geri dönüb, yenidən
evlərinə qayıdırdılar. Lakin XIX əsrin ortalarında zərdablıların təsərrüfat həyatında dəyişiklik
yarandı. Çar hökuməti Kür çayında balıq ovunu məhdudlaşdırdı. Bu hal zərdablıları öz bağlarına
köçməyə, həmin sahələri ağac və kolluqdan təmizləyib, ipəkçiliklə yanaşı, əkinçiliklə də məşğul
olmağa vadar etdi. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün sonralar Kür çayı
üzərində çarx və nasos stansiyaları qurulmağa başlanmışdır. Əkinçilik
müntəzəm qulluq tələb
etdiyindən zərdablılar əkin sahələrini tərk edib geri qayıtmayır və bu yerlərdə məskunlaşıb yeni
kəndlər salırdılar.
19
Köhnə kənddən qopub ayrılmış bu 18 para kənd Zərdabla birlikdə vahid kənd icması
təşkil edirdi. Göründüyü kimi, «törəmə» kəndlərin yaranması prosesində sosial-iqtisadi amillər,
təsərrüfat məşğuliyyətində yaranan dəyişiklik həlledici rol oynamışdır.
Ənənə olaraq törəmə kəndlər «bala», «kiçik», «düz», «aşağı», «yuxarı», «dağ», «dərə»,
«orta», «ikinci», «yeni» «təzə», «köhnə», «əski», «para» və s. sözlər qoşmaq yolu ilə çıxdıqları
ilkin əsli kənddən fərqləndirilirdi. Bəzən isə əski (köhnə) kəndlərin ondan qopub ayrılmış
patronimlərə «para» kəlməsi qoşulmaqla (Əskipara, Üçpara, Beşpara, Altıpara, Doqquzpara və
s.) ifadə olunurdu. Bu halda icmanın tərkib hissələrini əmələ gətirən patronım qrupların sayı,
yaxud onların təzə və ya köhnə olması müəyyənləşirdi.
Dostları ilə paylaş: